Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Hifes 120 ml şərbət

Məhsul Kodu : 111-26939
İstehsalçı ölkə: Malayziya
10,52 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Hifes, şərbət 

Hifes tərkibi

Təsiredici maddə:  5 ml şərbətin tərkibində 1,25 mq triprolidin hidroxlorid, 30 mq psevdoefedrin  
hidroxlorid, 100 mq qvayfenezin vardır. 

Əks göstərişlər 

Psevdoefedrinə, triprolidininə və qvayfenezinə və köməkçi maddələr qarşı yüksək həssaslıq. 
Ağır böyrək çatmazlığı 
Ağır hipertenziya və ürək-damar xəstəlikləri. 
Digər simpatomimetik dərmanların qəbulu. 
Monoaminooksidaza inhibitorlarının qəbulu (2 həftədən sonra istifadəsi mümkündür).  

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Psevdoefedrin, triprolidin və qvayfenezin hamilələrdə həkimin məsləhəti olmadan istifadə 
olumamalıdır. Baxmayaraq ki, uzun müddət psevdoefedrin, triprolidin və qvayfenezin 
hamilələrdə geniş istifadə olunur, maddələrin  hamiləlik və laktasiya dövründə  
təhlükəsizliyi müəyyən edilməyib. Bu səbəbdən, təyinat zamanı anaya olan fayda və dölə olan 
potensial risk qiymətləndirilməlidir. 
Psevdoefedrin, triprolidin və qvayfenezin laktasiya dövründə həkimin məsləhəti olmadan istifadə 
olunmamalıdır. Psevdoefedrin, triprolidin və qvayfenezin ana südünə təsiri müəyyən olunmayıb.

İstifadə qaydası və dozası 

Dərman daxilə qəbul edilir. 
7 gün müalicədən, sonra simptomları özündə qeyd edən xəstə, həkiminə müraciət etməlidir. 
Tövsiyə olunan doza həddini   və ya  qəbul tezliyini  aşmayın. 
Digər histamin tərkibli preparatlarla, həmçinin, soyuqdəymə və öskürək əleyhinə vasitələrlə 
istifadə olunmamalıdır. 
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 
10 ml hər 4-6 saatdan bir. 
Maksimal gündəlik doza 40 ml şərbət 24 saat müddətində. 
6-11 yaş arası uşaqlar 
5 ml hər 4-6 saatdan bir. 
Maksimal gündəlik doza: 20 ml şərbət 24 saat müddətində. 
6 yaşdan kiçik uşaqlar üçün nəzərədə tutulmyıb (həkim tövsiyəsi istisna olmaqla). 
2-5 yaş arası uşaqlar: 
Həkimin nəzarəti altında, ehtiyatla təyin olunur. 
2,5 ml hər 4-6 saatdan bir 
Maksimal gündəlik doza: 10 ml şərbət 24 saat müddətində. 
2 yaşdan aşağı uşaqlara istifadə edilməməlidir. 
Ahil yaş dövrü 
Psevdoefedrinin, triprolidinin və qvayfenezinin yaşlı insanlarda aparılan xüsusi tədqiqatları 
mövcud deyil.  
Çox nadir hallarda, triprolidin antixolinergik təsirlər yarada bilər.  
Qaraciyər çatışmazlığı 
Triprolidin qaraciyərdə metabolizmə uğrayır, bu səbəbdən ağır qaraciyər çatmazlığı olan 
xəstələrdə qəbul dozası azaldılmalıdır. 
Böyrək çatışmazlığı 
Psevdoefedrin böyük üstünlüklə böyrəklərlə xaric olduğu üçün, yüngül böyrək çatmazlığı olan 
xəstələrdə dozanın azaldılması tələb olunur, orta ağır gedişatlı böyrək çatmazlığı olan xəstələrdə 
isə təyin olunmur.   

Prepared by  T-Soft E-Commerce.