Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

IMMUNORHO 300MKG 1500IU 2ML N1 SPRIS

Məhsul Kodu : 111-25136
İstehsalçı ölkə: Italiya
168,32 AZN
Daha çox Digər
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İMMUNORO, 300 mikroqram (1500 BV) əzələdaxili istifadə üçün inyeksiya məhlulu

İMMUNORO tərkibi

Təsiredici maddə: 1 əvvəlcədən doldurulmuş şprisdə 2 ml məhlulun tərkibində 300 mikroqram (1500 BV) İnsan anti – D immunoqlobulini var. İnsan donorlarının qan plazmasından hazırlanmışdır.

İstifadəsinə göstərişlər

Rh (D) mənfi olan reproduktiv yaşda olan qadınlarda immunizasiyasının qarşısının alınması üçün aşağıdakı hallarda istifadə edilir: • Antenatal profilaktika − Planlaşdırılmış antenatal profilaktika − Aşağıdakılar daxil olmaqla, hamiləlik fəsadlarından sonra antenatal profilaktika: abort/təhlükəli abort, uşaqlıqdankənar (ektopik) hamiləlik və ya uşaqlıqda kütlənin yaranması (hydatidiform mole), adətən ayrılmış və ya uşaqlıqdaxili döl ölümü hallarında, doğuşdan öncəki (ante-partum) qanaxma nəticəsində transplasentar qanaxma, şpris ilə amniotik mayenin götürülməsi (amniosentez), xorion un biopsiyası, mamalıq manipulyasiyaları, məs. uşaqlıq daxilində əl ilə uşağın düzgün v əziyyətə çevrilməsi (external version), invaziv müdaxilələr, göbək venasınd an döl qanının götürülməsi (kordosentez), kəskin qarın travması və ya bətndaxili dövrdə uşaqlıqda döl üzərində terapevtik müdaxilə • Postnatal profilaktika − Rh(D) müsbət (D, Dzəif, Dqismən) olan uşağın doğulması • Rh(D)–nin müsbət olduğu qan və ya tərkibində eritrositlərin olduğu digər məhsulların, məs. trombositar kütlənin qeyri – müvafiq qaydada köçürüldüyü Rh(D)–nin mənfi olduğu reproduktiv yaşlı qadınlar.

Əks göstərişlər

İnsan immunoqlobulini və ya bu dərman vasitələrinin digər tərkib hissələrindən hər hansı birinə qarşı hiperhəssaslıq. Xüsusi olaraq, İg A-ya qarşı anticisimlər olan xəstələrdə insan immunoqlobulinlərinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İMMUNORO hamiləlikdə istifadə üçün nəzərdə tutulur və ondan laktasiya dövründə də istifadə edilə bilər. İmmunoqlobulinlər insan südü ilə xaric olunur. İMMUNORO ilə heyvanlarda çoxalma (balalama) qabiliyyətinə dair heç bir araşdırma aparılmamışdır. Klinik təcrübələrdə İnsan anti – D immunoqlobulininin çoxalma qabiliyyətinə heç bir zərərli təsirinin olmadığı göstərilmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İMMUNORO – nun nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri yoxdur.

İMMUNORO istifadə qaydası və dozası

Anti – D immunoqlobulinin dozası Rh(D) müsbət eritrositlərin təsirinə məruz qalmaq səviyyəsinə əsasən və 0,5 ml qablaşdırılmış Rh (D) müsbət eritrositlərin və ya 1 ml Rh(D) müsbət qanın anti – D immunoqlobulinin təxminən 10 mikroqram (50 BV) ilə neytrallaşdığını nəzərə alaraq müəyyənləşdirilməlidir. Rh (D) mənfi olan qadınlarda Rh(D) immunizasiyasının qarşısının alınması: • Antenatal profilaktika. Ümumi tövsiyyələrə əsasən, hal – hazırda qəbul edilən doza 50 – 330 mikroqram və 250 – 1650 BV arasında dəyişir. o Planlaşdırılmış antenatal profilaktika: Hamiləliyin 28 – 30-cu həftəsində bir doza və ya 28 və 34 – cü həftələrdə iki doza.

o Hamiləliyin fəsadlarından sonra antenatal profilaktika: Bir doza mümkün olan ən qısa zaman ərzində və 72 saat ərzində qəbul edilməli və lazım gələrsə, hamiləlik boyunca 6 – 12 həftə intervalı ilə təkrarlanmalıdır. • Postnatal profilaktika. Ümumi tövsiyyələrə əsasən, hal – hazırda qəbul edilən doza 100 – 300 mikroqram və ya 500 – 1500 BV arasında dəyişir. Aşağı doza (100 mikroqram və ya 500 BV) qəbul edilərsə, döl – ana qanaxmasının həcmini müəyyənləşdirmək üçün sınaq yoxlaması aparılmalıdır.

Postnatal istifadə üçün preparat Rh müsbət (D, Dzəif,Dqismən) olan körpənin doğulmasından sonra 72 saat ərzində mümkün qədər tez vaxt ərzində anaya yeridilməlidir. 72 saatdan çox vaxt keçmiş olarsa, preparatın yeridilməsi dayandırılmamalı, mümkün olan ən qısa zaman ərzində yeridilməlidir. Postnatal doza, antenatal profilaktika qəbul edilsə və antenatal profilaktikanın qalıq fəallığı ana serumunda göstərilsə belə, yenə də verilməlidir. Əgər çox miqdarda döl – ana qanaxması [> 4 ml (qadınların 0.7%-0.8%-i)] halından şübhələnilərsə (məs.

döl/neonatal anemiya və ya bətndaxili döl ölümü hallarında) onun həcmi döl Hb F (fetal hemoqlobin) və ya xüsusi olaraq Rh(D) müsbət hüceyrələri müəyyənləşdirən axın sitometriyasını aşkar etmək üçün, məs. Kleihauer-Betke turşu elusiya analizi kimi müvafiq metod ilə müəyyənləşdirilməlidir. Anti – D immunoqlobulinin əlavə dozaları müvafiq olaraq qəbul edilməlidir (0.5 ml döl eritrositlərinə görə 10 mikroqram və ya 50 BV). Eritrositlərin qeyri – müvafiq transfuziyası Tövsiyə olunan doza 2ml köçürülmüş Rh(D) müsbət qan və ya 1 ml RBC konsentratı üçün 20 mikroqram (100 BV) anti – D immunoqlobulindir.

Sirkulyasiyada D müsbət eritrositlərin yükünü azaltmaq və immunizasiyanı dayandırmaq üçün tələb olunan anti – D immunoqlobulinin dozasını müəyyənləşdirmək üçün eritrosit mübadiləsi prosedurunun uyğunluğunu qiymətləndirmək məqsədilə transfuziya sahəsində mütəxəssislə məsləhətləşilməsi tövsiyyə olunur. D – müsbət eritrositlər üçün sonradan izləmə analizləri hər 48 saatdan bir aparılmalı və əlavə anti – D sirkulyasiyada heç bir D- müsbət eritrositə rast gəlməyənə kimi qəbul edilməlidir. Istənilən halda, mümkün hemoliz riskinə görə, maksimum 3000 mikroqram dozasını (15000 BV) aşmamaq təklif olunur. Alternativ venadaxili məhsuldan istifadə tövsiyyə olunur, çünki o, dərhal müvafiq plazma səviyyələrinə nail olmağa imkan verir.

Heç bir venadaxili məhsul mövcud olmazsa, bir neçə gün ərzində əzələdaxili olmaqla çox yüksək doza qəbul edilməlidir. Qəbul metodu İMMUNORO əzələdaxili təyin edilir. Böyük həcm (uşaqlar üçün > 2 ml və ya > böyüklər üçün 5 ml) tələb olunarsa, onun müxtəlif nahiyələrdən bölünmüş dozalarda qəbul edilməsi tövsiyə olunur. Əzələdaxili qəbul əks göstəriş olarsa (qanaxma xəstəlikləri) alternativ venadaxili məhsuldan istifadə edilməlidir.

Yüksək bədən kütləsi olan pasiyentlər Yüksək bədən kütləsi olan pasiyentlər (BKİ ≥ 30) üçün venadaxili anti – D məhsulundan istifadə nəzərə alınmalıdır. Uşaqlar Heç bir xüsusi tədbir və ya monitorinq tələb olunmur. İMMUNORO – nun uşaqlarda təhlükəsizliyi və effektivliyi müəyyənləşdirilməmişdir. Transfuziya tibb sahəsi üzrə mütəxəssisin məsləhəti ilə müvafiq doza hesablanmalıdır.

İnyeksiya məhlulu Məhsulun temperaturu istifadədən əvvəl otaq və ya bədən temperaturuna qədər çatdırılmalıdır. Hazırlanmış maye şəffaf və rəngsiz və ya açıq sarı yaxud açıq qəhvəyi rəngdə olur. Saxlanıldıqda, cüzi bulanıqlıq və ya azacıq miqdarda hissəcikli maddələr görünə bilər. Bulanıq və ya çöküntülərə malik məhlullardan istifadə etməyin.

Əvvəlcədən doldurulmuş şprisin başlıq valını burun və yeridin.

Prepared by  T-Soft E-Commerce.