İmudon 0, 1575mg N40 Tablet
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.nucleatum, ss fusiforme + C. Albicans).
nucleatum tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 2,7 mq quru maddə hesabı ilə) İmudon® (bakteriya lizatlarının qarışığı) vardır: (L. johnsonii + L. helveticus + L. delbrueckii ss lactis + L. fermentum + S. pyogenes groupe A + E. faecium + E. faecalis + S. gordonii + S. aureus + K. pneumoniae ss pneumoniae + C. pseudodiphtheriticum + F. nucleatum ss fusiforme + C. albicans) 0,1575 mq.
İstifadəsinə göstərişlər
Ağız boşluğunun və boğazın iltihabi-infeksion xəstəliklərinin müalıcəsi və profilaktikası: faringit; xroniki tonzillit; tonzillektomiyaya qədər hazırlıq və əməliyyatdan sonrakı dövr; səthi və dərin parodontoz, parodontit, stomatit (o cümlədən, aftozlu), qlossit;
eritematozlu və xoralı qinqivit; ağız boşluğunun disbakteriozu; dişlərin çəkilməsindən sonra yaranan infeksiyalar, süni diş köklərinin implantasiyası; diş protezlərinin törətdiyi xora.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək fərdi həssaslıq; 3 yaşa qədər uşaqlar; autoimmun xəstəliklər.
İmmunoloji və farmakoloji xüsusiyyətləri Otorinolarinqologiyada, stomatologiyada yerli istifadə üçün bakterial mənşəli immunstimullaşdırıcı preparatdır. Faqositozu aktivləşdirir, immunetibarlı hüceyrələrin miqdarının artmasına səbəb olur, ağız suyunda lizosimin və interferonun, A immunoqlobulinin hasilini artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İmudonun hamilə qadınlarda istifadəi barədə məlumat kifayət qədər deyil. Heyvanlar üzərində aparılan eksperimental və epidemioloji tədqiqatlar barədə müvafiq məlumat mövcud deyil. İmudon® preparatını hamiləlik və laktasiya dövründə istifadə etmək mələhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə avtomobil və ya digər mexanizmləri idarə etməklə əlaqədar hər hansı fəaliyyətin məhdudlaşdırılımasını göstərən məlumat yoxdur.
nucleatum istifadə qaydası və dozası
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr Ağız boşluğunun və boğazın kəskin iltihabi xəstəlikləri zamanı və xroniki xəstəliklərin kəskinləşməsi zamanı gündə 8 tablet qəbul edilir. Tabletlər 1-2 saat intervalla ağız boşluğunda sorulur (çeynənilmədən). Müalicə kursunun orta müddəti 10 gündür. Ağız boşluğu və boğazın kəskin xroniki iltihabi xəstəliklərinin kəskinləşməsinin profilaktikası üçün gündə 6 tablet qəbul edilir. Tabletlər 2 saat intervalla ağız boşluğunda sorulur (çeynənilmədən). Müalicə kursunun orta müddəti 20 gündür. İmudonla profilaktik müalicə kursunu ildə 3-4 dəfə aparmaq məsləhət görülür. 3-14 yaşlı uşaqlar Ağız boşluğunun və boğazın kəskin və xroniki iltihabi xəstəliklərininin kəskinləşməsinin müalicəsi zamanı, eləcə də profilaktika üçün preparat gündə 6 dəfə qəbul edilir. Tabletlər ağız boşluğunda 1-2 saat intervalla sorulur (çeynənilmədən). Müalicə kursunun orta müddəti kəskin xəstəliklər zamanı 10 gün, xroniki xəstəliklərin kəskinləşməsinin profilaktikası zamanı isə 20 gündür. Profilaktik istifadə kursunu ildə 3-4 dəfə təkrar etmək mələhət görülür.