Bitib
Stokda olanda mənə xəbər verin.İNDOMETASİN tərkibi, 1 tubda (40 q) 4,0 q indometasin vardır.
• Kəskin və xroniki revmatoid artritin, osteoartritin, osteoartrozun, ankilozlaşdırıcı spondilitin, psoriatik poliartritin, podaqra artritinin kompleks müalicəsində əlavə vasitə kimi; • Dayaq-hərəkət aparatının qeyri-oynaq revmatizminin lokallaşmış formaları: tendinit, sinovitlər, tendovaginitlər, fassiyaların və oynaq bağlarının iltihabları, bursit; • Dayaq-hərəkət aparatının posttravmatik zədələnmələri (dartınmalar, çıxıqlar, əzilmələr) olduqda, iltihabın, ağrının və ödemin yerli simptomatik müalicəsi.
Aktiv maddəyə və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq. Astmatik tutmanın, övrənin və ya allergik rinitin klinik təzahürləri ilə müşayiət olunan, aspirinə və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı hiperhəssaslıq. Koaqulopatiya, leykopeniya, trombositopeniya. Mədə və onikibarmaq bağırsaq xoraları kəskinləşmə mərhələsində. 14 yaşa qədər uşaqlar.
Hamilə qadınlarda nəzarət olunan klinik tədqiqatlar aparılmayıb, bu səbəbdən, hamiləlik dövründə indometasinin istifadəsi tövsiyə olunmur. Preparat az miqdarda ana südünə nüfuz edir; bu səbəbdən, laktasiya dövründə qadınların istifadəsi üçün tövsiyə olunmur.
İstifadə qaydası: dəri üzərinə, yerli istifadə olunur. Məlhəmi zədələnmiş nahiyəyə, tam rezorbsiya olunana qədər ehtiyatla yeridərək, sutkada 3–4 dəfə, çəkmək lazımdır. Bir dəfə çəkmək üçün lazım olan məlhəmin miqdarı, zədələnmənin sahəsindən asılıdır və təxminən 4–5 sm təşkil edir. Ən azı 6-saatlıq intervalla istifadə etmək lazımdır. Müalicə müddəti 7–10 gündür. Bu müddət ərzində simptomatikanın yaxşılaşması müşahidə olunmadığı halda, müalicənin aparılmasını yenidən nəzərdən keçirmək lazımdır. Uşaqlar: 14 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.