Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin (250 mq) tərkibində 25 mq dərman kəpənəkçiçəyi (Aconitum trit.) D3, 25 mq helsemium (Gelsemium trit.) D3, 25 mq qusdurucu kök (Ipecacuanha trit.) D3, 25 mq fosfor (Phosphorus trit.) D5, 25 mq küstüşam (Bryonia trit.) D2, 25 mq dəlikyarpaq asırqalotu (Eupatorium perfoliatum trit.) D1.
Qızdırma ilə müşayiət olunan qripəbənzər infeksiyaların və yuxarı tənəffüs yollarının digər kəskin virus infeksiyalarının müalicəsi və profilaktikası. Qripin dəstəkləyici müalicəsi.
Dəlikyarpaq asırqalotu (adi asırqa lotu) bitkisinə və ya astra/mürəkkəbçiçəklilər fəsiləsinin digər nümayəndələrinə, preparatın tərkibinə daxil olan digər təsiredici maddələrə və ya preparatın hər hansı digər komponentinə qarşı yüksək həssaslıq. 1 yaşa qədər uşaqlara preparatın istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə preparatı yalnız, fayda və risk nisbətinin qiymətləndirilməsini nəzərə alaraq, istifadə etmək olar. Göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Təsir göstərmir.
Preparatdan istifadə etdikdə, hər zaman bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına riayət etmək vacibdir. Preparatın düzgün istifadəsinə dair hər hansı şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Böyüklər Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, bir saatlıq fasilələrlə 1 tablet – gündə maksimum 12 tabletə qədər istifadə etmək olar. Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1-2 tablet.
İnfeksiyaların profilaktikası məqsədi ilə, gündə 3 dəfə 1-2 tablet istifadə etmək lazımdır. Uşaqlar 1 yaşdan 11 yaşa qədər uşaqlar Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, hər 2 saatdan bir 1 tablet – gündə maksimum 8 tabletə qədər istifadə etmək olar. Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1 tablet. Yaşı 12 və daha yuxarı olan uşaqlar Kəskin vəziyyətlərdə – pasiyentin vəziyyəti yaxşılaşmayana qədər, bir saatlıq fasilələrlə 1 tablet – gündə maksimum 12 tabletə qədər istifadə etmək olar.
Davamlı müalicə məqsədi ilə – gündə 3 dəfə 1-2 tablet. İnfeksiyaların profilaktikası məqsədi ilə, 1 yaşdan 11 yaşa qədər uşaqlara gündə 3 dəfə 1 tablet, yaşı 12 və daha yuxarı olan uşaqlara gündə 3 dəfə 1-2 tablet istifadə etmək lazımdır. İstifadə qaydası Tabletlər ağız boşluğunda tədricən həll olmalıdır. Kiçik yaşlı uşaqlar üçün tabletləri az miqdar suda həll etmək olar.
Preparatı qida qəbulundan ən azı yarım saat əvvəl və ya yarım saat sonra istifadə etmək lazımdır.