Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

IXTIOL 20% 25GR MELHEM (BORISOV)

Product Code : 111-04495
İstehsalçı ölkə: Belarus
1.50 AZN
Show More Skin Diseases
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

İXTİOL, 200 mq/q xaricə istifadə üçün məlhəm

İxtiol tərkibi

 Təsiredici maddə:  1 tubda (25 q məlhəm) 5 q ixtiol vardır. Köməkçi maddələr:emulqator T-2, sarı yumşaq parafin.

İstifadəsinə göstərişlər:

 Qızılyel iltihabı, ekzema, dərinin irinli zədələnmələri, furunkulöz xəstəliklərinin kompleks terapiyası.

Əks göstərişlər:

 Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə İxtiolun istifadəsinə dair məlumat yoxdur. Dərman vasitəsinin istifadəsi, yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra mümkündür. Laktasiya dövründə dərman vasitəsini süd vəziləri nahiyəsinə və ya gilələrə sürtmək olmaz. Pediatriyada istifadəsi Uşaqlarda istifadə təcrübəsi yoxdur.

İxtiol istifadə qaydası, dozası

Xaricə istifadə edilir, zədələnmiş nahiyəyə gündə 1-2 dəfə sürtülür. Ehtiyac olduqda, sarğı istifadə edilir. Müalicənin müddəti xəstəliyin xarakteri ilə əlaqədardır. Müxtəlif pasiyent qrupları Qaraciyər və böyrək çatışmazlığı olan 65 yaşdan yuxarı pasiyentlərdə dozanın korreksiyasının vacibliyi barədə məlumat yoxdur. Uşaqlar 12 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.