Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1q məlhəmin tərkibində 50 mq dimetilsulfoksid, 30 mq rasemik kamfora, 30 mq skipidar, 20 mq benzilnikotinat, 2 mq nonivamid vardır.
Əzələ və oynaq ağrıları.
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - xoralar, dəri xəstəlikləri; - hamiləlik və laktasiya dövrü; - uşaq və yeniyetmə yaş dövrü. Yuxarıda qeyd edilmiş xəstəlik və ya hallardan hər hansı biri olduqda, preparatı istifadə etməzdən əvvəl həkimə məlumat vermək lazımdır.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi barədə müvafiq məlumat olmadığı üçün bu dövrlərdə ondan istifadə etmək olmaz.
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
Məlhəm xaricə istifadə edilir. İdmançılarda qızışdırıcı vasitə kimi istifadə edildikdə, 2-3 q məlhəm applikator vasitəsilə əzələ nahiyəsinə yaxılır və dəriyə masaj hərəkətlərilə yüngül qızartı əmələ gələnə qədər sürtülür. Məşqdən sonra məlhəm dəri səthindən sərin su ilə yuyulur. Ağrını yüngülləşdirmək üçün 1-3 q məlhəm applikator vasitəsilə ağrı nahiyəsinə ağrının intensivliyindən asılı olaraq, gündə 2-3 dəfə yaxılır və istilik effektini artırmaq üçün üzərinə sarğı qoyulur.
Müalicə kursu ərzində təqribən 50-100 q məlhəm istifadə edilir. Hər prosedurdan sonra əlləri soyuq su və sabunla yumaq lazımdır. Pediatriyada istifadə təcrübəsi yoxdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Uşaqlarda və yeniyetmələrdə istifadəsi Bu kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi barədə kifayət qədər məlumat olmadığı üçün preparatın istifadəsi əks göstərişdir.