Add to Favorite
Share

Kartijin 100MG/2 ml N10 Amp

Product code : 111-28180
0 Comment Comment
29,59 AZN
CollectionAlarm Price

KARTİJİN, inyeksiya üçün məhlul

KARTİJİN tərkibi

Təsiredici maddə: 2 ml (1 ampul) məhlulun tərkibində quru maddə hesabı ilə 200 mq natrium xondroitin sulfat vardır.

İstifadəsinə göstərişlər

Oynaqların və onurğa sütununun degenerativ-distrofik xəstəlikləri (birincili artroz, fəqərəarası osteoxondroz, osteoartroz), osteoporoz, parodontopatiyalar, sınıqlar (sümük döyənəyinin formalaşmasını sürətləndirmək üçün). Oynaqlar üzərində aparılan əməliyyatların nəticələrinin müalicəsi.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, qanaxmaya meyillilik, tromboflebitlər, böyrək çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Uşaqlar və yeniyetmələrdə istifadəsi Uşaqlarda istifadəsinə dair təcrübə yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi zamanı nəqliyyat vasitələrinin və mexanizmlərin idarə edilməsi üçün heç bir məhdudiyyət yoxdur.

KARTİJİN istifadə qaydası və dozası

Preparat əzələ daxilinə günaşırı 1 ml dozada yeridilir. Preparata tolerantlığın yaxşı olması halında, 4-cü inyeksiyadan başlayaraq, doza 2 ml-ə qədər artırılır. Müalicə kursu – 25-35 inyeksiya təşkil edir.

Product Filters
Supplier Product Code:111-28180
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce