Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq dezloratadin vardır.
− Mövsümi pollinoz və bütün ilboyu davam edən allergik rinit (asqırmanın, burundan selik ifrazının aradan qalxması və ya yüngülləşməsi, burunun qaşınması və ya tutulması, gözlərin qaşınması və qızarması, gözlərin sulanması, damaq qaşınması); − Xroniki idiopatik övrə (dəri qaşınmasının və səpgisinin azalması və aradan qalxması).
− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; − Hamiləlik və laktasiya dövrü.
Ümumi tövsiyə Hamiləlik kateqoriyası: “C”. Kontrasepsiya Dezloratadin oral q əbul edil ən kontraseptiv d ərmanlarla qarşılıqlı t əsir göstərir. Buna gör ə də, dezloratadinlə müalicə zamanı effektiv və təhlükəsiz alternativ üsul seçilməlidir. Hamiləlik dövrü Dezloratadinin hamil ə qadınlarda istifadəsi haqqında kifay ət q ədər m əlumat yoxdur.
Heyvanlar üz ərində aparılan tədqiqatlarda reproduktiv toksiklik yoxdur. Hamiləlik zamanı preparatın istifad əsinə dair klinik m əlumatlar olmadığı üçün bu dövrd ə onun istifadəsi əks göstərişdir. Laktasiya Dezloratadin ana südünə nüfuz etdiyi üçün laktasiya dövründə preparatdan istifadə etmək olmaz. Reproduksiya/Fertillik Heyvanlar üz ərində aparılan t ədqiqatlarda dezloratadinin fertilliy ə təsiri aşkar edilm əmişdir.
İnsanlar üçün potensial risk məlum deyil.
Dezloratadin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
Kataleya qida qəbulundan asılı olmayaraq sutkada 1 dəfə 5 mq dozada daxilə qəbul edilir. Tableti çeynəmədən, bütöv halda və su ilə udmaq lazımdır. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar allergik rinit (keçici v ə davamlı allergik rinit daxil olmaqla) v ə övrə ilə əlaqəli əlamətləri aradan qaldırmaq üçün yem əkdən asılı olmayaraq gündə 1 dəfə 1 tablet (5 mq) q əbul edirlər. Keçici allergik rinitin müalicəsi (həftədə 4 gündən az və ya 4 həftədən az simptomların olması) anamnez nəzərə alınmaqla aparılmalıdır: simptomlar keçdikd ən sonra dayandırılmalı v ə yenidən əmələ gəldikdə isə təkrar davam etdirilm əlidir.
Davamlı allergik rinit üçün (simptomlar h əftədə 4 günd ən çox v ə ya 4 h əftədən çox müşahidə olunur) müalicə allergenlə təmasda olan bütün dövr ərzində davam etdirilməlidir.