Kesol Burun Spreyi 50mkg, 10 ml
Bitib
Stokda olanda mənə xəbər verin.KESOL, 50 mkq; 100 mkq burun spreyi, suspenziya
Kesol, beynəlxalq patentləşdirilməmiş adı: Budesonide.
KESOL tərkibi
Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 1 mq və ya 2 mq budesonid vardır.
Bir püskürtmə spreyin tərkibində 50 mkq və ya 100 mkq budesonid olur.
KESOL, istifadəsinə göstərişlər
Böyüklərdə və 6 yaşından yuxarı uşaqlarda mövsümi, illik allergik rinitlərin və vazomotor rinitlərin müalicəsi.
Burun poliplərinin müalicəsi.
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı təsiredici və ya köməkçi maddəyə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik: Epidemioloji tədqiqatlara və postmarketinq məlumatlara əsasən budesonidin intranazal istifadəsinin anadangəlmə qüsurlara səbəb olması riski artırmır. Lakin, hamiləlik zamanı yalnız fayda/risk dəyərləndirilməsi aparıldıqdan sonra istifadə edilməlidir.
Laktasiya: Budesonid ana südünə keçir. Terapevtik dozalarda südəmər uşağa təsiri gözlənilmir. Kesol laktasiya dövründə istifadə oluna bilər.
KESOL, istifadə qaydası
Dərman vasitəsi yalnız burun yolu ilə istifadə olunmalıdır.
Mövsümi və illik allergik rinitlər, vazomotor rinitlər:
Gündə 1 dəfə səhər hər burun dəliyinə 200 mkq və ya gündə 2 dəfə (səhər və axşam) hər burun dəliyinə 100 mkq tətbiq olunur. Effekt əldə olunduqdan sonra doza minimuma endirilə bilər.
Burun polipləri: Gündə 2 dəfə hər burun dəliyinə 200 mkq.
İstifadə əvvəlində flakon çalxalanmalı və sınaq püskürtmə edilməlidir. Flakon açıldıqdan sonra 3 ay ərzində istifadə olunmalıdır.
Əlavə təsirləri
Tez-tez: burun qanaxması, burun qıcıqlanması (asqırma, sancma, quruluq)
Bəzən: səpgi, dermatit, övrə, angionevrotik ödem, qaşınma
Nadir: burun arakəsməsinin perforasiyası, selikli qişada xora, disfoniya, böyrəküstü vəzi funksiyasının pozulması, inkişafın ləngiməsi (uşaqlarda), anafilaktik reaksiyalar
Məlum deyil: qlaukoma, katarakta