Klotrimazol 1 % 15 ml Məhlul
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.KLOTRİMAZOL,1% xaricə istifadə üçün məhlul
KLOTRİMAZOL tərkibi
KLOTRİMAZOL tərkibi, 100 ml məhlulun tərkibində 1000 mq (10 mq/ml) klotrimazol vardır
Klotrimazol,istifadəsinə göstərişlər
Pəncənin, dırnaqların mikozları (onixomikoz), ovucun mikozu. Başın, bədənin, qasıq nahiyələrinin dermatomikozu, trixofitoz, kəpəklənən dəmrov və eritrazmanın müalicəsində istifadə olunur.
Əks göstərişlər
Klotrimazola və/və ya komponentlərə qarşı yüksək həssaslıq, hamiləliyin I trimestri, okklüzion sarğı ilə istifadə, göz nahiyəsində və daxilə istifadə.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstifadəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləliyin I trimestrində istifadəsi tövsiyə olunmur. Sonrakı dövrlərdə və laktasiya zamanı yalnız ehtiyatla və yerli istifadə şəklində tətbiq edilməlidir. Təhlükəsizlik tədqiqatları aparılmamışdır.
İstifadə qaydası və dozası
Həmişə həkimin və ya əczaçının tövsiyələrinə uyğun olaraq istifadə olunmalıdır. Xaricə istifadə üçündür. Gündə 2-3 dəfə bir neçə damcı maye ilə ehtiyatla zədələnmiş dəri sahəsinə çəkilməlidir. Simptomlar aradan qalxdıqdan sonra ən azı 4 həftə ərzində davam etdirilməlidir. 11 yaşa qədər uşaqlarda yalnız həkimlə məsləhətləşərək istifadə olunmalıdır. Dozanı unutduqda, mümkün qədər tez tətbiq edilməlidir. İkiqat doza istifadə edilməməlidir.