Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Korinfar 10 mq N50 tablet

Məhsul Kodu : 111-20201
İstehsalçı ölkə: Xorvatiya
2,47 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KORİNFAR, uzunmüddətli təsirə malik örtüklü tabletlər

Korinfar tərkibi

Təsiredici maddə:1 tabletin tərkibində 10,00 mq nifedipin vardır. Köməkçi maddələr:laktoza monohidrat, kartof nişastası, mikrokristallik sellüloza, povidon K25, maqnezium stearat. Örtük: hipromelloza, makroqol 6000, makroqol 35000, xinolin sarısı boya maddəsi (E104), titan dioksid,talk.

İstifadəsinə göstərişlər:

 Arterial hipertenziya. Stabil stenokardiya və vazospastik stenokardiya (Prinsmetal stenokardiyası, variant stenokardiyası).

Əks göstərişlər:

 Preparatın istənilən komponentinə, digər dihidropiridin törəmələrinə qarşı yüksək həssaslıq. Mülayim və ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatına görə B və C sinfi). Kardiogen şok. Kollaps. İfadəolunmuş arterial hipotenziya (sistolik arterial təzyiq 90 mm civə sütunundan az). Bədxassəli hipertenziya. Miokard infarktının kəskin mərhələsi (ilk 4 həftə ərzində). Qeyri-stabil stenokardiya. Kəskin angina həmlələrinin müalicəsi. Sol mədəciyin çıxış traktının hemodinamik əhəmiyyətli obstruksiyası (ağır aortal stenoz daxil olmaqla). Mədə-bağırsaq tıxanıqlığı, ezofaqus obstruksiyası. Proktokolektomiyadan sonrakı ileostomiya. Bağırsağın iltihabi xəstəlikləri və ya Kron xəstəliyi. Rifampisinlə eyni vaxtda istifadəsi (fermentlərin induksiyası nəticəsində nifedipinin qan plazmasında effektiv səviyyəsinin əldə edilməsi mümkün olmadığı üçün). Hamiləlik. Laktasiya dövrü. 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib). Qalaktozaya qarşı nadir irsi dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası sindromu (preparatın tərkibində laktoza vardır).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik dövrü Hamilə qadının klinik vəziyyəti nifedipinlə müalicənin aparılmasını tələb edən hallar istisna olmaqla, hamiləlik dövründə nifedipindən istifadə etmək olmaz. Standart müalicəyə cavab verməyən ağır arterial hipertenziyadan əziyyət çəkən qadınlarda nifedipinin “rezerv müalicə” vasitəsi şəklində istifadəsini nəzərdən keçirilməsi mümkündür. Laktasiya dövrü Nifedipin ana südünə daxil olur. Nifedipinin ana südündə konsentrasiyası, onun ananın qan zərdabında konsentrasiyası ilə müqayisə edilə bilər. Ana südü ilə xaric olunan preparatın uşaq orqanizminə təsiri məlum deyil. Bu səbəbdən, laktasiya dövründə nifedipinin istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq məsləhət görülür. Fertilliyi Ekstakorporal mayalanma zamanı nifedipin də daxil olmaqla, LKKB-in istifadəsi, tək-tək hallarda spermatozoidlərin başcıqlarında geridönən biokimyəvi dəyişikliklərlə əlaqəli olmuşdur ki, bu da spermanın funksional pozğunluqlarına gətirib çıxara bilər. Müvəffəqiyyətsiz ekstrakorporal mayalanma cəhdləri qeyd olunduqda və dölsüzlüyün digər səbəbləri istisna edildikdə, nifedipin də daxil olmaqla, LKKB-in spermatozoidlərin vəziyyətinə təsir ehtimalını nəzərdən keçirmək lazımdır.

Korinfar istifadə qaydası, dozası

 Preparat daxilə, yeməkdən sonra, çeynənilmədən və kifayət qədər maye ilə birlikdə istifadə edilməlidir. Preparatın dozası, xəstəliyin ağırlıq dərəcəsindən və pasiyentin preparata qarşı həssaslığından asılı olaraq, həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Eyni zamanda ağır serebrovaskulyar xəstəlikləri qeyd olunan pasiyentlərdə və yaşlı pasiyentlərdə preparatın dozasını aşağı salmaq lazımdır. Eyni zamanda qəbul edilən qida, preparatın təsiredici maddəsinin mədə-bağırsaq traktından sorulmasını ləngidir, lakin zəiflətmir. Preparatın böyüklər üçün tövsiyə olunan dozalanma sxemi Arterial hipertenziya Orta sutkalıq dozası – gündə 2-3 dəfə 10 mq (1 tablet). Yetərli klinik effekt əldə olunmadığı halda, preparatın dozasının gündə 2 dəfə 20 mq-a qədər (2 tablet) tədricən artırılması mümkündür. Maksimal sutkalıq dozası – 40 mq (sutkada 4 tablet) təşkil edir. Preparat 2 dəfə təyin edildiyi halda, dozaların istifadəsi arasında minimal zaman intervalı 4 saatdan az olmamalıdır. Müalicə kursunun davametmə müddəti həkim tərəfindən müəyyən edilir. Stabil stenokardiya və vazospastik stenokardiya (Prinsmetal stenokardiyası, variant stenokardiya) Başlanğıc dozası – gündə 2-3 dəfə 10 mq (1 tablet). Yetərli klinik effekt əldə olunmadığı halda, preparatın dozasını gündə 1-2 dəfə 2 tabletə (20 mqa) qədər tədricən artırmaq lazımdır. Maksimal sutkalıq dozası – 40 mq (gündə 4 tablet) təşkil edir. Bəzi pasiyentlərə nifedipinin daha yüksək dozalarının istifadəsi tələb oluna bilər. Nifedipinin sutkalıq dozasının 120 mq-dan artıq təyin olunması tövsiyə edilmir. Arterial hipertenziyanın və ya stenokardiyanın müalicəsi üçün nifedipinin 40 mq-dan artıq sutkalıq dozasının istifadəsi üçün zərurət yarandığı halda, nifedipin preparatlarının 40 mq və ya 60 mq dozalanmada təsiredici maddəsindən tədricən azad olan tablet formalarının təyin olunması tövsiyə edilir. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə (65 yaşdan yuxarı) nifedipinin farmakokinetikası dəyişir və bu səbəbdən, gənc yaşlı pasiyentlərlə müqayisədə, yaşlı pasiyentlərdə preparatın dəstəkləyici dozasının aşağı salınması mümkündür. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Qaraciyər funksiyalarının yüngül pozğunluqları qeyd olunan pasiyentlərdə nifedipinin dozası aşağı salınmalıdır. Mülayim və ağır qaraciyər çatışmazlığı qeyd olunan pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən B və C sinfi) preparatın istifadəsi əks göstərişdir. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə nifedipinin dozalarının korreksiyası tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.