Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Korteksin 10 mq N10 flakon

Məhsul Kodu : 111-06589
İstehsalçı ölkə: Rusiya
55,00 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KORTEKSİN, 10 mq əzələ daxilinə yeritmək üçün məhlul üçün liofilizat

KORTEKSİN tərkibi

KORTEKSİN tərkibi, 1 flakonda 10 mq korteksin (suda həll olunan polipeptid fraksiyaları kompleksi) vardır.

Korteksin, istifadəsinə göstərişlər

Preparat beyin qan dövranı pozğunluqlarının, kəllə-beyin travmasının və onun nəticələrinin, müxtəlif mənşəli ensefalopatiyaların, koqnitiv pozğunluqların (yaddaş və təfəkkür pozğunluqlarının), kəskin və xroniki ensefalitlərin və ensefalomielitlərin, epilepsiyanın, astenik vəziyyətlərin (supraseqmentar vegetativ pozğunluqların), öyrənmə qabiliyyətinin aşağı düşməsinin, uşaqlarda psixomotor və nitq inkişafının ləngiməsinin, uşaq serebral iflicinin müxtəlif formalarının kompleks müalicəsində istifadə olunur.

Əks göstərişlər

Preparata qarşı fərdi dözümsüzlük.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir (klinik tədqiqatlardan əldə olunan məlumatların olmaması səbəbindən). Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır (klinik tədqiqatlardan əldə olunan məlumatların olmaması səbəbindən).

İstifadə qaydası və dozası

Preparat əzələ daxilinə yeritmək üçün nəzərdə tutulmuşdur. İnyeksiyadan əvvəl flakonun möhtəviyyatını 1–2 ml 0,5%-li prokain (novokain) məhlulunda, inyeksiya üçün suda və ya 0,9%-li natrium xlorid məhlulunda həll etmək və gündə 1 dəfə yeritmək lazımdır – böyüklərə 10 gün müddətində 10 mq dozada; bədən kütləsi 20 kq-a qədər olan uşaqlara 0,5 mq/kq dozada, bədən kütləsi 20 kq-dan artıq olan uşaqlara isə 10 mq dozada 10 gün müddətində əzələ daxilinə təyin olunur. Zərurət yarandığı halda, 3–6 aydan sonra təkrar müalicə kursu aparıla bilər. Hemisferik işemik insultun kəskin və erkən bərpa dövrlərində böyüklərə 10 gün müddətində sutkada 2 dəfə (səhər və günorta) 10 mq dozada təyin etmək və 10 gündən sonra təkrar müalicə kursu aparmaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.