Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1,5 ml məhlulun tərkibində 10 mq E. coli-dən rekombinant DNT texnologiyası ilə istehsal edilən somatropin (boy hormonu) vardır. O, insan orqanizmində yaranan boy hormonuna identikdir. 1 ml məhlulda 6.7 mq somatropin var.
• Aktiv maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
• Somatropin yenitörəmələrin aktivliyi əlamətləri olduqda istifadə edilməməlidir. Boy
hormonu (BH) terapiyasına başlamazdan əvvəl beyindaxili yenitörəmələr qeyri-aktiv
olmalıdır və xərçəng əleyhinə terapiya tamamlanmalıdır. Yenitörəmələrin böyüməsi
əlamətləri olduqda müalicə dayandırılmalıdır
• Somatropin qapalı epifizləri olan uşaqlarda uzununa böyüməni stimullaşdırmaq üçün
istifadə edilməməlidir
• Açıq ürək cərrahiyyəsi, abdominal cərrahiyyə, çoxsaylı təsadüfi travmalar, kəskin tənəffüs çatışmazlığı və ya oxşar vəziyyətlərdən ağırlaşmaları olan kəskin ağır xəstələr somatropinlə müalicə edilməməlidir
• Xroniki böyrək çatışmazlığı olan uşaqlarda böyrək transplantasiyası zamanı Somatropin ilə müalicə dayandırılmalıdır.
Hamiləlik
Hamiləliyə, embrionun və dölün inkişafına, doğuşa və ya postnatal inkişafına təsiri ilə bağlı heyvanlar üzərində aparılan tədqiqatlar kifayət deyil. Təsirə məruz qalan hamiləliklər haqqında klinik məlumat yoxdur.
Buna görə, somatropin ehtiva edən məhsullar hamiləlik dövründə və kontrasepsiyadan istifadə etməyən reproduktiv yaşda olan qadınlara tövsiyə edilmir.
Laktasiya
Tərkibində somatropin olan məhsulların klinik tədqiqatları süd verən qadınlarda aparılmamışdır. Somatropinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. Buna görə də, laktasiya dövründə qadınlara tərkibində somatropin olan məhsullar təyin edilərkən diqqətli olmaq lazımdır.
Fertillik
Somatropin ilə fertillik tədqiqatları aparılmamışdır.
Somatropin yalnız terapevtik göstərişlər haqqında xüsusi biliyə malik olan həkimlər tərəfindən təyin edilməlidir.
Dozalanma
Dozalanma fərdidir və həmişə terapiyaya fərdi klinik və biokimyəvi reaksiyaya uyğun olaraq tənzimlənməlidir.
Ümumi tövsiyə olunan dozalar:
Uşaqlarda:
Boy hormonunun çatışmazlığı
0,025-0,035 mq/kq/gün və ya 0,7-1,0 mq/m²/gün
Bədən kütləsi və sümük minerallarının yığılması daxil olmaqla, böyümə tamamlandıqdan sonra BHÇ davam edərsə, böyük insanın tam somatik inkişafına nail olmaq üçün boy hormonu müalicəsi davam etdirilməlidir.
Turner sindromu
0,045-0,067 mq/kq/gün və ya 1,3-2,0 mq/m²/gün
Xroniki böyrək xəstəliyi
0,050 mq/kq/gün və ya 1,4 mq/m²/gün
Hestasiya yaşına görə kiçik doğulmuşlarda
0,035 mq/kq/gün və ya 1,0 mq/m²/gün
Qəti böyümə əldə olunana qədər gündə 0,035 mq/kq doza tövsiyə olunur. SDS böyümə sürəti +1dən aşağı olarsa, müalicənin birinci ilindən sonra müalicə dayandırılmalıdır.
Əgər böyümə sürəti < 2 sm/il olarsa və təsdiq tələb olunarsa, sümük yaşı > 14 yaş (qızlar) və ya > 16 yaş (oğlanlar) olduqda, epifiz böyümə plitəsinin bağlanmasına uyğun olaraq, müalicə dayandırılmalıdır.
Nunan sindromu:
Tövsiyə olunan doza 0,066 mq/kq/gün təşkil edir, lakin bəzi hallarda gündə 0,033 mq/kq kifayət ola bilər.
Epifizin bağlanması zamanı müalicə dayandırılmalıdır.
Böyüklərdə
Böyüklərdə əvəzedici terapiya
Doza xəstənin fərdi ehtiyaclarına uyğunlaşdırılmalıdır.
BHÇ uşaqlıqda başlanan xəstələrdə terapiyanın bərpası üçün tövsiyə olunan doza gündə 0,2-0,5 mq təşkil edir, sonra IGF-1 konsentrasiyasının təyini əsasında dozanın tənzimlənməsi aparılır.
BHÇ yetkinlik dövründə başlanan xəstələrdə müalicəyə aşağı dozadan başlamaq tövsiyə olunur: gündə 0,1-0,3 mq. Klinik reaksiyadan və xəstədə əlavə təsirlərinin mövcudluğundan asılı olaraq, dozanı bir ay fasilələrlə tədricən artırmaq tövsiyə olunur. Dozanın titrlənməsi üçün zərdabda IGF-1 bələdçi kimi istifadə edilə bilər. Qadınlar kişilərə nisbətən daha yüksək doza tələb edə bilər və kişilər zamanla IGF-1-ə daha həssas olurlar. Bu o deməkdir ki, qadınlarda, xüsusən də daxilə qəbul olunan estrogenlərlə əvəzedici terapiya alanlar, kifayət olmayan müalicə almaq riski, kişilərdə isə həddindən artıq müalicə olunma riski var.
Doza tələbləri yaşla azalır. Dəstəkləyici dozalar insandan insana əhəmiyyətli dərəcədə dəyişir, lakin nadir hallarda 1,0 mq/gündən çox olur.
İstifadə qaydası
Bir qayda olaraq, gündəlik inyeksiya axşam saatlarında dərialtı tövsiyə olunur. Lipoatrofiyanın qarşısını almaq üçün inyeksiya yeri dəyişdirilməlidir.
0 mq / 1,5 ml konsentrasiyalı preparat üçün doza–burma uyğunluğu aşağıdakı kimidir:
1 burma 0,01–0,09 mq dozaya uyğundur.
2 burma 0,10–0,16 mq,
3 burma 0,17–0,22 mq,
4 burma 0,23–0,29 mq,
5 burma 0,30–0,36 mq,
6 burma 0,37–0,42 mq,
7 burma 0,43–0,49 mq,
8 burma 0,50–0,56 mq,
9 burma 0,57–0,62 mq,
10 burma 0,63–0,69 mq,
11 burma 0,70–0,76 mq,
12 burma 0,77–0,82 mq,
13 burma 0,83–0,89 mq,
14 burma 0,90–0,96 mq,
15 burma 0,97–1,02 mq,
16 burma 1,03–1,09 mq,
17 burma 1,10–1,16 mq,
18 burma 1,17–1,22 mq,
19 burma 1,23–1,29 mq,
20 burma 1,30–1,36 mq.
21 burma 1,37–1,42 mq,
22 burma 1,43–1,49 mq,
23 burma 1,50–1,56 mq,
24 burma 1,57–1,62 mq,
25 burma 1,63–1,69 mq,
26 burma 1,70–1,76 mq,
27 burma 1,77–1,82 mq,
28 burma 1,83–1,89 mq,
29 burma 1,90–1,96 mq,
30 burma 1,97–2,02 mq,
31 burma 2,03–2,09 mq,
32 burma 2,10–2,16 mq,
33 burma 2,17–2,22 mq,
34 burma 2,23–2,29 mq,
35 burma 2,30–2,36 mq,
36 burma 2,37–2,42 mq,
37 burma 2,43–2,49 mq,
38 burma 2,50–2,56 mq,
39 burma 2,57–2,62 mq,
40 burma 2,63–2,69 mq.
41 burma 2,70–2,76 mq,
42 burma 2,77–2,82 mq,
43 burma 2,83–2,89 mq,
44 burma 2,90–2,96 mq,
45 burma 2,97–3,02 mq,
46 burma 3,03–3,09 mq,
47 burma 3,10–3,16 mq,
48 burma 3,17–3,22 mq,
49 burma 3,23–3,29 mq,
50 burma 3,30–3,36 mq,
51 burma 3,37–3,42 mq,
52 burma 3,43–3,49 mq,
53 burma 3,50–3,56 mq,
54 burma 3,57–3,62 mq,
55 burma 3,63–3,69 mq,
56 burma 3,70–3,76 mq,
57 burma 3,77–3,82 mq,
58 burma 3,83–3,89 mq,
59 burma 3,90–3,96 mq,
60 burma 3,97–4,00 mq dozaya uyğundur.