Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində aşağıdakıların antigen substratları vardır: Streptococcus pneumoniae 3 63,2 A.V tipi; Streptococcus pyogenes A 126,2 A.V qrupu; Branhamella catarhalis 39,9 A.V.; Staphylococcus aureus 79,6 A.V.; Haemophylus influenza 50,2 b A.V. tipi; Klebsiella pneumoniae 39,8 A.V.
Böyüklər: yuxarı tənəffüs yollarının residivləşən infeksiyalarının profilaktikası və müalicəsi. Uşaqlar: yuxarı tənəffüs yollarının residivləşən bakterial infeksiya epizodlarının profilaktikası və müalicəsi. Dərman vasitəsi infeksion epizodların sayının və intensivliyinin azaldılmasında faydalı ola bilər.
Tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq. Autoimmun xəstəliklər, kəskin bağırsaq infeksiyaları.
Lantigen B –nin hamiləlik dövründə olan qadınlarda istifadəsinə aid məlumatlar mövcud deyil və yaxud çox məhdud sayda əldə olunmuşdur. Ehtiyat tədbirlərinə riayət edilməsi məqsədi ilə Lantigen B-nin hamiləlik zamanı istifadə olunmasına üstünlük verilir. Lantigen B –nin ana südü ilə qidalandırma (laktasiya) dövründə olan qadınlarda istifadəsinə dair xüsusi araşdırmalar keçirilməmişdir, və mövcud deyildir, ehtiyat tədbirlərinə riayət edilməsi məqsədi ilə istifadə olunmasına üstünlük verilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müşahidə olunmamışdır. İstifadə qaydası Damcıların ağız boşluğunda, xüsusilə dil altında udmadan bir qədər saxlanması vacibdir. Bu tüpürcək sekresiyasının ağız boşluğu –faringeal selikli qişasına paylanmasına şərait yaradaraq absorbsiyanı sürətləndirir. Kiçik yaşlı uşaqlarda Langiten B yatdıqları zaman, dodaqla damaq arasındakı sahəyə damızdıraraq istifadə oluna bilər.
Təsir sahəsini genişləndirmək məqsədilə dilaltı istifadədən əlavə, Lantigen B-ni 1-2 damcı hər burun deşiyinə gecə yatmazdan öncə damızdırmaq tövsiyə olunur. Dozalama qaydası 2 yaş-10 yaşda olan uşaqlar: 15 damcı səhər (yeməkdən əvvəl) və ya 7 damcı (yarım doza) səhər və 7 damcı axşam (gecə yatmazdan əvvəl). 10 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 damcı (bir doza) səhər (yeməkdən əvvəl) və 15 damcı (bir doza) axşam (gecə yatmazdan əvvəl). Terapevtik sikl Bir müalicə siklinə tələb olunur: · müvafiq göstərişi olan böyüklərə 2 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara 1 flakon təyin olunur · müalicə 2-3 həftə ərzində aparılmalıdır.
· dəstəkləyici müalicə üçün, müvafiq göstərişi olan böyüklərə 1 flakon və 1 yaşa qədər uşaqlar daxil olmaqla, 10 yaşdan kiçik uşaqlara yarım flakon təyin olunur. Soyuq aylar ərzində qoruyucu təsirin təsis olunması və saxlanılması üçün terapevtik sikli soyuq ayların əvvəlində başlanması və 3-4 aydan sonra təkrarlanması vacibdir. Pediatrik praktikada istifadəsi: kiçik uşaqlarda Lantigen B uşaqların yatdığı zaman istifadə oluna bilər. Bu zaman damcılar aşağı dodaq ilə aşağı damaq arasına damcılana bilər.
Düzgün istifadə üçün göstərişlər A. Flakonun açılması və istifadəsi üzrə təlimat - Flakonu silkələyin və qoruyucunu aşağıdakı qaydada açın: qapağın ortasında olan plastik zolağı tutun, və flakonun tam ətrafı üzrə xarici istiqamətdə dartın - Qapağı çıxarın və flakonu çevirin. Lazımı sayda damcılar tökülənə qədər baş və şəhadət barmaqlarla flakonu basın. B.
Dozalanma üzrə təlimat - Böyüklər üçün təyin olunmuş bir doza 15 damcı təşkil edir. - Uşaqlar üçün təyin olunmuş yarım doza 7-8 damcı təşkil edir. İstifadədən sonra qapaqla bağlanmalıdır.