Sevimlilərə əlavə edin
Paylaşın

Laylenon 25 Mg N30 Tablet

Məhsul Kodu : 111-20891
İstehsalçı ölkə : Ispaniya
0 Şərh Şərh
49,01 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

LAYLENON, 25 mq və 50 mq örtüklü tabletlər.

Laylenon tərkibi 

Təsiredici maddə:Hər tabletin tərkibində 25 mq və ya 50 mq eplerenon vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, hipromelloza, natrium laurilsulfat, talk, maqnezium stearat, opadray sarı 15B220000 (hipromelloza, polisorbat 80, makroqol 400, titan dioksid, sarı dəmir oksidi).

İstifadəsinə göstərişlər:

 - Keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığı Preparatı sol mədəciyin disfunksiyası olan (sol mədəciyin atılma fraksiyası ≤40%) sabit klinik vəziyyətli və keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığının klinik əlamətləri olan xəstələrdə ürək-damar xəstəliklərinin və ölümünün riskini azaltmaq üçün aparılan standart terapiyanın komponenti kimi istifadə edilir.

 - Arterial hipertenziyanın müalicəsi Preparatı monoterapiya şəkilində və ya digər antihipertenziv preparatlarla kombinasiyada təyin etmək olar.

Əks göstərişlər:

 Eplerenona və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı hiperhəssaslıq. Kaliumun zərdabda əvvəldən səviyyəsinin >5 mmol/l-dən az olması. Orta və ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələr (kreatinin klirensi< 50 ml/dəq). Ağır qaraciyər çatışmazlığı olan xəstələr (Çayld-Pyu təsnifatına görə С sinfi). Kaliumqoruyucu və ya CYP3A4 güclü inhibitorları (məsələn, itrakonazol, ketakonazol, ritonavir, nelfinavir, klaritromisin, telitromisin və nefazodon) qəbul edən xəstələr.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Hamilə qadınlarda istifadəsinə dair kifayyət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləliyə, embrio-fatal inkişafa, doğuşun gedişatına və postnatal inkişafa heç bir birbaşa və ya dolayı təsiri qeydə alınmamışdır. Hamilə qadınlara eplerenon ehtiyatla təyin edilməlidir. Laktasiya Eplerenonun peroral qəbulundan sonra ana südünə keçməsi məlum deyil. Ana südü ilə qidalanmanın kəsilməsi və ya preparat qəbulunun ləğvi haqqında qərar ana üçün xeyir/uşaq üçün zərər münasibətini nəzərə alaraq verilir. Uşaqlar. Preparatın uşaqlarda istifadəsi əks göstərişdir.

Laylenon istifadə qaydası, dozası

 Dozanı fərdi seçmək üçün 25 mq və 50 mq təsiredici maddə olan tabletlər mövcuddur. Maksimal sutkalıq doza – 50 mq. Eplerenon üçün məsləhət görülən dəstəkləyici doza 50 mq-dan gündə 1 dəfə təşkil edir (OD). Müalicəni 25 mq-dan gündə 1 dəfə başlayaraq məqsəd olan sutkada 50 mq dozaya, zərdabda kaliumun səviyyəsini nəzərə alaraq (Bax cədvəl 1), 4 həftə ərzində çatdırmaq məsləhət görülür. Eplerenonla müalicəni kəskim miokard infarktından sonra 3-14 sutka başlamaq lazımdır. Kaliumun səviyyəsi zərdabda > 5,0 mmol/l –dən az olan xəstələr eplerenon qəbul etməməlidirlər. Zərdabda kaliumun səviyyəsini eplerenonla müalicədən əvvəl, müalicənin birinci həftəsi və müalicənin başlanğıcından və ya doza dəyişdirildiyindən s 1 ay sonra təyin etmək lazımdır. Sonralar zərdabda kaliumun səviyyəsi periodik olaraq lazım olduqda ölçülməlidir. Müalicə başladıqdan sonra qan zərdabında kaliumun səviyyəsi əsasında cədvəl 1 göstərildiyi kimi doza korreksiya edilməlidir. Eplerenonun zərdabda kalium səviyyəsinin 6,0 mmol/l-a qədər və daha çox artımı ilə bağlı ləğvindən sonra eplerenonun istifadəsini kalium səviyyəsi 5,0 mmol/l-dən aşağı düşdükdən sonra 25 mq-dan bir gündən birdozada bərpa etmək olar. Uşaqlar və yeniyetmələr Pediatrik populyasiyada eplerenonun istifadəsi mütləq deyil, çünki bu yaş qrupunda preparatın istifadəsi məsləhət görülmür. Yaşlılar Yaşlılar üçün başlanğıc dozanı korreksiya etməyə ehtiyyac yoxdur. Yaşla bağlı böyrək funksiyasının zəifləməsinə görə yaşlı xəstələrdə hiperkaliemiya riski yüksəkdir. Bu risk sistem təsiri artıra bilən yanaşı patologiya olduqda, məsələn, yüngül və orta dərəcəli qaraciyər pozulmalarında, arta bilər. Zərdabda müntəzəm kaliumun səviyyəsini ölçmək məsləhət görülür. Böyrək funksiyasının pozulması Böyrək funksiyasının yüngül pozulmalarında başlanğıc dozanı korreksiya etməyə ehtiyac yoxdur. Zərdabda mütamadi kaliumun səviyyəsini ölçmək məsləhət görülür. Böyrək funksiyasının orta dərəcəli çatışmazlığında (СrCl 30-60 ml/dəq) müalicə 25 mq gündə 1 dəfədən başlanmalı və zərdabda kaliumun səviyyəsindən asılı olaraq davam etdirilməlidir. Qaraciyər funksiyasının pozulması Qaraciyər funksiyasının yüngül və orta dərəcəli pozulmalarında başlanğıc dozanın korreksiyasına ehtiyac yoxdur. Eplerenonun sistem təsirinin artmasına görə yüngül və orta dərəcəli qaraciyər funksiyası pozulmalarında, xüsusən, yaşlı xəstələrdə zərdabda kalium səviyyəsinə tez-tez və müntəzəm nəzarət etmək lazımdır. CYP3A4 zəif və orta inhibitorları ilə, məsələn, amiodaron, diltiazem və verapamillə, yanaşı müalicə zamanı, eplerenonla müalicə 25 mq-dan gündə 1 dəfə dozadan başlamaq olar. Doza 25 mq gündə 1 dəfədən artıq olmamalıdır. Eplerenon qida qəbulundan asılı olmayaraq təyin edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20891

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce