Sevimlilərə əlavə edin
Paylaşın

Lepanto 40 Mg N1 Flakon

Məhsul Kodu : 111-17936
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
8,64 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

LEPANTO, 40 mq venadaxili inyeksiya üçün məhlul hazırlamaq üçün liofilizəolunmuş toz

LEPANTO tərkibi

Təsiredici maddə: 1 flakonda 40 mq pantoprazola ekvivalent olan 42,3 mq pantoprazol natrium seskvihidrat vardır.

İstifadəsinə göstərişlər

- Reflüks ezofaqit - Mədə və 12-barmaq bağırsaq xorası - Mədə və 12-barmaq bağırsaq xoralarından kəskin qanaxmalar zamanı hemostazın qısamüddətli dəstəklənməsi və təkrar qanaxmanın qarşısının alınması məqsədi ilə. - Zollinger-Ellison sindromu və mədənin digər patoloji hipersekretor vəziyyətləri.

Əks göstərişlər

- Pantoprazola, preparatın digər inqrediyentlərinə və ya benzimidazollara qarşı yüksək həssaslıq (allergiya). - Tərkibində proton pompasının digər inhibitorları olan dərman vasitələrinə qarşı allergiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Lepanto-nu istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik dövründə Lepanto yalnız dərman vasitəsinin verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər. Əgər pasiyent Lepanto ilə müalicə müddətində hamilə qalarsa, bu barədə müalicə həkiminə məlumat vermək lazımdır. Laktasiya Lepanto-nu istifadə etməzdən öncə müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

Laktasiya dövründə müalicənin dayandırılması və ya südvermənin dayandırılması barədə qərar, müalicənin ana üçün faydası və südvermənin uşaq üçün faydası nəzərə alınmaqla verilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əgər pasiyent başgicəllənmə və ya görmədə bulanıqlıq kimi simptomlarla rastlaşarsa, o halda nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etməməlidir.

LEPANTO istifadə qaydası və dozası

12-barmaq bağırsaq xorası, mədə xorası, orta ağırlıqlı və ağır reflüks ezofaqitlərdə: Gündə 1 flakon (40 mq pantoprazol) təyin edilir. Mədə və 12-barmaq bağırsaq xoralarının kəskin qanaxmaları zamanı hemostazın sürətli dəstəklənməsi və təkrar qanaxmanın qarşısının alınması məqsədi ilə: 80 mq bolyus infuziya şəklində 2-15 dəqiqə ərzində yeridilir və sonra 8mq/saat olmaqla 3 gün (72 saat) davamlı venadaxili infuziya şəklində yeridilir. Zollinger-Ellison sindromunun müalicəsində və mədənin digər hipersekretor vəziyyətlərində: Müalicə sutkalıq 80 mq doza ilə başlanmalıdır. Sonra isə mədə turşuluğundan asılı olaraq dozanı uyğunlaşdırmaq (azaltmaq və ya artırmaq) olar.

Sutkalıq doza 80 mq-dan yüksək olduğu halda iki dəfəyə bölünərək qəbul edilməlidir. Müvəqqəti olaraq sutkalıq dozanı 160 mq-dan yuxarı qaldırmaq olar, lakin bu dozanı mədə turşuluğunun adekvat nəzarətdə saxlanması üçün tələb olunandan daha uzun müddətə təyin etmək olmaz. Pasiyentlərin əksəriyyətində mədə turşuluğunu sürətli azaltmaq üçün 2x80 mq başlanğıc doza ilə hədəf turşuluğu (<10 m Ekv/saat) bir saat ərzində əldə etmək mümkündür. Lepanto-nun venadaxili inyeksiyasını yalnız tibb sahəsində professional işçi həyata keçirməlidir.

Lepanto venadaxili istifadə edilir. 10 ml fizioloji məhlul, içərisində toz olan flakona yeridilir və həll edilir. Alınmış məhlulu 100 ml 0,9%-li natrium xlorid və ya 5%-li qlükoza məhlulu ilə qarışdıraraq yeritmək olar. Lepanto-nu yuxarıda göstərilənlərdən başqa məhlullarda həll etmək olmaz.

Venadaxili inyeksiya 2-15 dəqiqə ərzində yeridilməlidir. Hazırlanmış məhlul 3 saat ərzində istifadə edilməlidir. Yaş qrupları Uşaqlarda istifadəsi 18 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi məsləhət görülmür. Yaşlılarda istifadəsi Yaşlılara təyin edərkən, dozanın korreksiyası tələb olunmur.

Xüsusi hallar Böyrək çatışmazlığı Böyrək funksiyalarının pozğunluğu olan pasiyentlərdə dozanın korreksiyası tələb olunmur. Qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə pantoprazolun sutkalıq dozası 20 mq-dan (40 mq pantoprazol flakonunun yarısından) yüksək olmamalıdır. Pantoprazol ilə müalicə müddətində qaraciyər fermentləri yoxlanılmalıdır. Fermentlərin yüksəlməsi müşahidə olunarsa, pantoprazol ilə müalicə dayandırılmalıdır.

Lepanto-nun qida və içkilərlə birlikdə qəbul edilməsi Lepanto qida və içkilərlə birgə qəbul edilə bilər. Lepanto-nu istifadə etmək unudulubsa Əgər Lepanto-nun istifadəsi unudulubsa, unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza təyin etmək olmaz. Müalicəni həkimin təyin etdiyi növbəti doza ilə davam etdirmək lazımdır. Lepanto-nun istifadəsi dayandırıldıqda Müalicə həkimi Lepanto ilə müalicənin hansı müddət ərzində davam etməsi haqqında pasiyentə məlumat verməlidir.

Müalicəni erkən dayandırmaq olmaz. Çünki xəstəliyin simptomları yenidən baş qaldıra və yaxud daha da kəskinləşə bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-17936

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce