Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lesetrin 5 mq N20 tablet

Məhsul Kodu : 111-20116
İstehsalçı ölkə: Türkiye
4,90 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LESETRİN, örtüklü tabletlər

Lesetrin tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq levosetirizin dihidroxlorid vardır. Köməkçi maddələr:laktoza monohidrat, maqnezium stearat, mikrokristallik sellüloza, susuz kolloidal silisium, hipromelloza (E464), hidromelloza (E171), titan dioksid, makroqol 400, polisorbit 80 (E433)

İstifadəsinə göstərişlər:

 Allergik xəstəliklərin simptomatik müalicəsi:

 − il boyu davam edən (persistəedici) və mövsümi (intermittəedici) allergik rinit.

 − Pollinoz (ot qızdırması).

 − Övrə (həmçinin xroniki idiopatik övrə).

 − 6 yaşdan yuxarı uşaqlar.

Əks göstərişlər:

 Preparatın təsiredici maddəsinə və köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.Böyrək çatışmazlığının terminal mərhələsi (KK 10 ml/dəqaşağı).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 (B kateqoriyası) Hamilə qadınlarda preparatın təhlükəsizliyinə dair ciddi nəzarətli və adekvat klinik tədqiqatlar olmadığındanlevosetirizin hamiləlik dövründə istifadə olunmur. Levosetirizin ana südündə aşkar olunduğundan preparatın istifadəsinə ehtiyac olduqda əmizdirmə dayandırılmalıdır.

Lesetrin istifadə qaydası, dozası

 Preparat qida qəbulundan asılı olmayaraq, çeynəmədən və bir qədər maye ilə daxilə qəbul olunur. 6 -12 yaşlı uşaqlarda: tövsiyə olunan gündəlik doza 5 mq təşkil edir (1 tabletdən gündə 1 dəfə istifadə olunur). 12 yaşdan böyük uşaqlar və böyüklərdə:tövsiyə olunan gündəlik doza 5 mq təşkil edir (1 tabletdən gündə 1 dəfə istifadə olunur). Yaşlı xəstələrdə: Normal böyrək funksiyası zamanı dozanın korreksiyasına ehtiyac yoxdur. Böyrək çatışmazlığı olan xəstələrdə: Kreatinin klirensindən (KK) asılı olaraq dərman preparatının qəbulu arasında fasilə fərdi olaraq tövsiyə olunur. KK 30-49 ml/dəq olduğu halda- 1 tabletdən günaşırı, KK 10-29ml/dəq - 1 tabletdən hər 3 gündən bir, KK<10 ml/dəq zamanı və hemodializdə olan xəstələrə levosetirizin təyin olunmur.

 

Prepared by  T-Soft E-Commerce.