Levomekol 40 Qr Məlhəm
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.LEVOMEKOL, xaricə istifadə üçün məlhəm
LEVOMEKOL tərkibi
LEVOMEKOL tərkibi, 1 q məlhəmin tərkibində 40 mq dioksometiltetrahidropirimidin (metilurasil), 7,5 mq xloramfenikol vardır.
Levomekol, istifadəsinə göstərişlər
Yara prosesinin ilkin fazasında müxtəlif lokalizasiyalı infeksiyalaşmış yaralar (porez və sıyrıntılar daxil olmaqla), eləcə də qarışıq mikrofloraya yoluxmuş yaralar.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; 1 yaşadək uşaqlar (yenidoğulmuşlarda xloramfenikolun biotransformasiyası böyüklərə nisbətən daha ləng baş verir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı istifadəsi, yalnız ana üçün fayda dölə olan riskdən üstün olduğu halda mümkündür. Laktasiya dövründə ya preparatdan istifadəni, ya da ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
İstifadə qaydası və dozası
Yerli istifadə edilir. Preparat steril tənzif salfetlərə yaxılıb, yara onlarla boş şəkildə doldurulur. Şprisin köməyi ilə kateter (drenaj borusu) vasitəsilə irinli boşluqlara daxil edilməsi mümkündür. Bu halda məlhəmi qabaqcadan 35–36°С-dək qızdırırlar. Sarğı yara irinli-nekrotik kütlədən tam təmizlənənədək hər gün, gündə 1 dəfə aparılır. Yara səthi böyük olduqda, məlhəmin gündəlik dozası xloramfenikol hesabı ilə 3 q-ı aşmamalıdır. Müalicə müddəti xəstəliyin ağırlığından və gedişindən asılıdır.