Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Levotiron 100 mq N50 tablet

Məhsul Kodu : 111-04362
İstehsalçı ölkə: Türkiye
3,08 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LEVOTİRON, 100 mkq tabletlər

Levotiron tərkibi

 Təsiredici maddə:  1 tabletin tərkibində 100 mkq levotiroksin natrium vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, maqnezium stearat, laktoza monohidrat FP, jelatin 80,     natrium kroskarmelloza. 

İstifadəsinə göstərişlər:

 Levotiron 25-200 mkq:  Xoşxassəli eutireoid zobun müalicəsi; əməliyyatdan sonrakı hormonal statusdan asılı olaraq, cərrahi müalicədən sonrakı eutireoid zobun residivinin profilaktikası; hipotireoz zamanı əvəzedici terapiya; qalxanabənzər vəzi xərçənginin supressiv terapiyası. Levotiron 25-100 mkq - Hipertireozun antitireoid preparatlarla müalicəsi zamanı yanaşı terapiya. Levotiron 100-150-200 mkq - Tireoid supressiya testinin aparılması zamanı diaqnostik vasitə kimi istifadəsi.

Əks göstərişlər:

  Preparatın tərkibindəki təsiredici maddə və ya köməkçi maddələrdən hər hansı birinə  qarşı yüksək həssaslıq; müalicə olunmamış böyrəküstü vəzi çatışmazlığı, müalicə olunmamış hipofizar çatışmazlığ və müalicə olunmamış tireotoksikoz; kəskin miokard infarktı, kəskin miokardit və kəskin pankarditi olan pasiyentlərdə Levotiron preparatı ilə müalicəyə başlanılmamalıdır. hipertireoz zamanı hamiləlik dövründə levotiroksinlə və antitireoid vasitələrlə kombinəolunmuş terapiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Ümumi tövsiyə Hamiləlik kateqoriyası: A Uşaqdoğma potensialı olan qadınlar/Kontrasepsiya Levotiron preparatı hamiləlik dövründə istifadə edilə bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” -Estrogenlər bölməsinə bax). Hamiləlik dövrü Levotiroksin ilə müalicəni hamiləlik dövründə davam etdirmək lazımdır. Hamiləlik dövründə preparatın dozasının artırılması tələb oluna bilər.  Hamiləliyin artıq 4-cü həftəsində qan zərdabında TSH səviyyəsinin yüksələ bilməsini nəzərə alaraq, levotiroksindən istifadə edən hamilə qadınlarda qan zərdabında TSH səviyyəsinin göstəricilərinin trimestr-spesifik normal göstəricilər çərçivəsindən kənara çıxmamasına əmin olmaq məqsədi ilə hamiləlik dövrünün hər bir trimestri müddətində TSH səviyyəsinə nəzarət etmək lazımdır. Qan zərdabında TSH-ın yüksək səviyyəsini levotiroksinin dozasının artırılması yolu ilə korreksiya etmək lazımdır. Doğuşdan sonra TSH səviyyəsi hamiləlik baş verməzdən əvvəl qeyd olunan TSH səviyyəsi ilə oxşar olduğundan, doğuşdan dərhal sonra levotiroksinin dozalanması ilkin dozalanma səviyyəsinə qaytarılmalıdır. Doğuşdan 6-8 həftə sonra, qan zərdabında TSH səviyyəsinə nəzarət olunmalıdır. Mövcud təcrübə göstərir ki, levotiroksin tövsiyə olunan terapevtik dozalarda istifadə edildikdə insanlarda teratogenlik və (və ya) fetal toksikliyə dair sübut yoxdur. Hamiləlik dövründə qəbul edilən yüksək dozada levotiroksin fetal və postnatal inkişafa mənfi təsir göstərə bilər. Hipertireoz zamanı hamiləlik dövründə levotiroksin və  antitireoid vasitələrlə kombinə edilmiş müalicə aparılmır. Belə kombinasiyalarda antitireoid dərman vasitələrinin dozası yüksək olmalıdır və nəticədə, yüksək dozalar plasentadan keçir və körpələrdə hipotireoidizmin inkişafına səbəb olur. Hamilə qadınlarda radioaktiv maddələrin istifadəsinin əks göstəriş olduğunu nəzərə alaraq, hamiləlik dövründə diaqnostik tireoid supressiya testi aparılmamalıdır. Laktasiya dövrü  Laktasiya dövründə levotiroksin ana südünə sekresiya olunur. Lakin, tövsiyə olunan terapevtik dozalarda istifadə edildikdə, preparatın konsentrasiyaları südəmər körpədə hipertireozun inkişaf etməsi və ya TSH-ın sekresiyasının tormozlanması üçün yetərli deyil. Fertillik Heyvanlarda embriotoksiklik tədqiqatları aparılmamışdır.

Levotiron istifadə qaydası, dozası

 Dozalanması  Pasiyentlərin fərdi tələbatları əsasında müalicənin aparılması üçün 25 mkq-dan 200 mkq-a qədər  fərqli dozalarda levotiroksin tərkibli tabletlər mövcuddur.  Verilən doza tövsiyələri yalnız təlimat üçündür. Pasiyentin qəbul etməsi tövsiyə olunan preparatın sutkalıq dozası, laborator testlər və klinik müayinələr nəticəsində müəyyən edilməlidir. Pasiyentlərin əksəriyyətində T4 və sərbəst T4-ün yüksək konsentrasiyaları müşahidə olunduğundan, qan zərdabında tireotrop hormonun bazal konsentrasiyasının monitorinqi aşağıdakı müalicə kursunu müəyyən etmək üçün daha etibarlı nəticə verir: Pasiyent aşağı dozalı tireoid hormonları ilə müalicəyə başlamalı və tam əvəzedici doza əldə edilənə qədər, hər 2-4 həftədən bir dozanı tədricən artırmaq lazımdır.  Pediatrik populyasiya  Anadangəlmə hipotireoz qeyd olunan yenidoğulmuşlarda və uşaqlarda sürətli əvəzedici müalicənin aparılması tələb olunduğu hallarda, preparatın başlanğıc tövsiyə olunan dozası ilk 3 ay müddətində sutkada bədən çəkisinə görə 10-15 mkq/kq təşkil edir. Daha sonra, preparatın dozası klinik nəticələr və TSH göstəricilərinə görə korreksiya olunmalıdır.  Yaşlı pasiyentlər  Yaşlı pasiyentlərdə, koronar ürək xəstəliyi olan və ağır dərəcəli və uzun müddət ərzində mövcud olan hipotireozdan əziyyət çəkən pasiyentlərə tireoid hormonları ilə müalicəyə başladıqda xüsusi diqqət yetirilməlidir. Bu pasiyentlərdə, müalicəni preparatın aşağı dozalarının (məsələn, 12,5 mkq/sutka) istifadəsindən başlamaq və həmin dozaları, tireoid hormonların tez-tez monitorinqini aparmaqla uzunmüddətli fasilələrlə (məsələn, dozanın, iki həftədən bir 12,5 mkq/sutka tədricən artırılması) tədricən artırmaq lazımdır. Bununla belə, ideal dozadan aşağı bir doza TSH səviyyəsini tam bərpa edə bilməyəcəyi unudulmamalıdır. Bu səbəbdən, həmin pasiyentlərdə TSH səviyyəsinin tam korreksiyasına gətirib çıxarmayan, tam əvəzedici müalicəni təmin etməyən daha aşağı dozanın təyin edilməsini nəzərdən keçirmək mümkündür. 

Prepared by  T-Soft E-Commerce.