Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq və ya 500 mq levofloksasin (levofloksasin hemihidrat şəklində) vardır.
Libraksin böyüklərə aşağıdakı infeksiyaları müalicə etmək üçün təyin edilir: - kəskin bakterial sinusit; - xroniki bronxitin kəskinləşməsi; - xəstəxanadankənar pnevmoniya; - dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyalarında; - ağırlaşmamış sistit. Ciddi yanaşı reaksiyalar riski ilə əlaqədar ("ehtiyat tədbirləri" bölməsinə bax) flüorxinolonlardan, o cümlədən levofloksasindən, yuxarıda göstərilən xəstəlikləri olan xəstələr üçün ehtiyat preparatları kimi və yalnız alternativ müalicə variantları olmadığı hallarda istifadə edilməlidir. - pielonefrit və sidik yollarının ağırlaşmış infeksiyaları; - xroniki bakterial prostatit; - sibir xorasi ağciyər forması: təmasdan sonrakı profilaktika və müalicə. Libraksin, levofloksasinin venadaxili forma sında başlanğıc müalicə zamanı yaxşılaşma müşahidə olunan xəstələrdə müalicə kursunu davam etdirmək üçün istifadə edilə bilər.
Antibakterial vasitələrin düzgün istifadəsi üzrə rəsmi təlimatlar nəzərə alınmalıdır.
- Levofloksasinə, digər xinolonlara və ya dərmanın tərkibindəki köməkçi komponentlərindən hər hansı birinə qarşı həssaslıq; - epilepsiya; - anamnezdə flüorxinolonların istifadəsi ilə bağlı vətərlərin zədələnməsi; - uşaq və yeniyetmə yaşı (18 yaşa qədər); - hamiləlik; - laktasiya dövrü.
Libraksin qadınlarda laktasiya dövründə və hamilə qadınlarda istifadəsi əks- göstərişdir.
Libraksinin başgicəllənmə, yuxululuq və görmə qabiliyyətinin pozulması kimi yanaşı təsirləri psixomotor reaksiyaları və diqqəti cəmləşdirmək qabiliyyətini azalda bilər ki, bu da nəqliyyat vasitələrini və ya potensial təhlükəli mexanizmləri idarə edərkən müəyyən bir risk yarada bilər.
Libraksin, təbəqə ilə örtülmüş, 250 mq -lıq və 500 mq -lıq tabletlər, gündə bir və ya iki dəfə daxilə qəbul edilir. Tabletlər kifayət qədər miqdarda maye (0,5 stəkan dan 1 stəkana qədər) qəbul etməklə çeynəmədən qəbul edilməlidir. Dərman yeməkdən əvvəl və ya hər hansı bir zaman qida qəbulu aralığında qəbul edilə bilər, çünki yemək dərmanın sorulmasına təsir etmir. Dərman tərkibində maqnezium və/və ya alüminium, dəmir duzları, sink, didanozin (tərkibində maqnezium və ya alüminium duzları yalnız bufer komponentləri kimi olan dərman formaları) və ya sukralfat olan antasid preparatlarının qəbulundan ən azı 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.
Doza rejimi infeksiyanın xarakteri və ağırlığı, eləcə də ehtimal olunan törədicinin həssaslığı ilə müəyyən edilir. Müalicə müddəti xəstəliyin gedişatından asılı olaraq dəyişir. Digər antibiotiklərin istifadəsində olduğu kimi, Libraksinlə müalicə bədən istiliyinin normaya salınmasından və ya törədicinin etibarlı şəkildə məhv edilməsindən sonra ən azı 48-72 saat ərzində davam etdirilməlidir. Normal böyrək funksiyası olan xəstələrdə (kreatinin klirensi > 50 ml / dəq.) - Kəskin bakterial sinusit; 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq gündə 1 dəfə (müvafiq olaraq 500 mq levofloksasin) - 10 - 14 gün.
- Xroniki bronxitin kəskinləşməsi: 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq gündə 1 dəfə (müvafiq olaraq 500 mq levofloksasin) - 7 - 10 gün. - Xəstəxanadankənar pnevmoniya: 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq gündə 1-2 dəfə (müvafiq olaraq 500-1000 mq levofloksasin) - 7 - 14 gün. - Pielonefrit: 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq gündə 1 dəfə - 7-10 gün. - Sidik yollarının ağırlaşmış infeksiyaları: 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq gündə 1 dəfə - 7-14 gün.
- Ağırlaşmamış sistit: 1 tablet Libraksin 250 mq (müvafiq olaraq 250 mq levofloksasin) gündə 1 dəfə - 3 gün; - Xroniki bakterial prostatit: 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq (müvafiq olaraq 500 mq levofloksasin) - 28 gün. - Dəri və yumşaq toxuma ların ağırlaşmış infeksiyaları: 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq gündə 1-2 dəfə (müvafiq olaraq 500-1000 mq levofloksasin) - 7-14 gün. - Sibir yarasının ağciyər forması: 2 tablet Libraksin 250 mq və ya 1 tablet Libraksin 500 mq gündə 1 dəfə - 8 həftə. Böyrək funksiyasının pozulması olan xəstələr (kreatinin klirensi 50 ml/dəq iqədən az) Levofloksasin əsasən böyrəklər vasitəsilə xaric edilir, buna görə də böyrək funksiyasının azalması olan xəstələrin müalicəsində dərman dozasının azaldılması tələb olunur.
Belə xəstələrdə preparatın dozası ilə bağlı müvafiq məlumatlar aşağıdakı cədvəldə verilmişdir: Doza rejimi 250 mq / 24 saat 500 mq / 24 saat 500 mq / 12 saat Kreatinin klirensi birinci doza: 250 mq birinci doza: 500 mq birinci doza: 500 mq 50-20 ml / dəq daha sonra: 125 mq/ 24 saat daha sonra: 250 mq/ 24 saat daha sonra: 250 mq/ 12 saat 19-10 ml / dəq daha sonra: 125 mq / 48 saat daha sonra: 125 mq/24 saat daha sonra: 125 mq/ 12 saat < 10 ml/dəq (DAPD 1 və hemodializ daxil olmaqla) daha sonra: 125 mq / 48 saat daha sonra: 125 mq/24 saat daha sonra: 125 mq/ 24 saat 1 = hemodializdən və ya daimi ambulator peritoneal dializdən (11APD) sonra əlavə dozaların daxil edilməsi tələb olunmur. Qaraciyər funksiyasının pozulması olan pasientlər Qaraciyər funksiyasının pozulması zamanı, levofloksasin qa raciyərdə az dərəcədə metabolizmə uğradığı üçün doza rejiminə düzəliş edilməsi tələb edilmir. Ahıl yaşda olan pasientlər Kreatinin klirensi > 50 ml / dəq olan yaşlı xəstələr üçün doza rejiminə düzəliş edilməsinə ehtiyac yoxdur. Uşaqlar Libraksin uşaqlar və yeniyetmələr üçün (18 yaşa qədər) əks göstərişdir.