Bitib
Stokda olanda mənə xəbər verin.LİDOKAİN ®
yerli istifadə üçün sprey, məhlul
100 ml məhlulun tərkibində susuz maddəyə nəzərən 10 q lidokain hidroxlorid vardır Köməkçi maddələr:etil spirti 96%, propilenqlikol, levomentol, natrium hidroksid, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Selikli qişaların terminal (səthi) anesteziyası: stomatologiyada (yerli anesteziyadan əvvəl inyeksiya yerinin keyləşməsi, selikli qişada tikişlərin qoyulması, süd dişlərinin xaric edilməsi, diş daşlarının çıxarıldığı sahələrin keyləşdirilməsi), otorinolarinqologiyada (burun çəpərində olan əməliyyatlarda, elektrokoaqulyasiya edərkən və s.), mamalıq və ginekologiyada (uşaqlıq yolunun və boynunun müdaxilələrində epiziotomiya və kəsiyin işlənməsi, tikişlərin sökülməsi və s.); instrumental və endoskopik müayinələr zamanı (zondun yeridilməsi, rektoskopiya, intubasiya və s.), rentgenoqrafik müayinələrdə (ürəkbulanmanı və udlaq refleksini aradan qaldırmaq).
Əks göstərişlər:
Preparatın hər hansı bir kompanentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatı ehtiyatla istifadə etmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Preparatın istifadəsindən sonra əlavə təsirlər diskomfort yaratmırsa, nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə məhdudiyyət yoxdur. Dozadan asılı olaraq lokal anesteziklər zehni funksiyaya orta dərəcədə təsir göstərərək, müvəqqəti olaraq hərəkət və koordinasiyanı poza bilər.
İstifadə qaydası və dozası:
Lidokain sprey selikli qişaya püskürdülür. Doza göstəriş və anesteziya olunan səthin sahəsindən asılıdır. Qan plazmasında lidokainin yüksək konsentrasiyaya çatmasının qarşısını almaq üçün arzuolunan təsiri yaradan ən aşağı dozadan istifadə edilməlidir. Adətən 1-3 dəfə püskürtmə kifayət edir, mamalıq praktikasında 15-20 püskürtmədən istifadə edilə bilər (maksimal doza – 70 kq bədən çəkisinə 40 püskürtmə). İstifadə sahəsi Doza (klapana basqıların sayı) Stomatologiya 1-5 Otorinolarinqologiya 3 İnsrumental müayinə 20 (maksimum) Mamalıq 20 (maksimum) Stomatoloji praktikada 2 yaşa qədər uşaqlarda lidokaini pambıq tampona hopdurulmuş şəkildə istifadə etmək olar.