Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Myosotis arvensis D3 15 mq; Veronica officinalis D3 15 mq; Teucrium scorodonia D3 15 mq; Pinus sylvestris D4 15 mq; Gentiana lutea D5 15 mq; Equisetum hyemale D4 15 mq; Sarsaparilla D6 15 mq; Scrophularia nodosa D3 15 mq; Juglans regia D3 15 mq; Calcium phosphoricum D12 15 mq; Natrium sulfuricum D4 15 mq; Fumaria officinalis D4 15 mq; Levothyroxinum D12 15 mq; Araneus diadematus D6 15 mq; Geranium robertianum D4 30 mq; Nasturtium officinale D4 30 mq; Ferrum jodatum D12 30 mq. Köməkçi maddələr: maqnezium stearat.
İstifadəsinə göstərişlər:
Limfatizm (limfatik orqanların hipertrofiyasına, ödemlərin formalaşmasına və infeksiya yoluxmalarına meyillilik); vəzilərin şişməsi; tonzilyar hipertrofiya və xroniki tonzillit.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (hiperhəssaslıq). Preparatı qalxanvarı vəzin xəstəliklərində həkimlə məsləhətləşmədən qəbul etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
Limfomiozot istifadə qaydası, dozası
Digər təyinat olmadıqda Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə. Pediatriya 2 yaşa qədər: 1 tablet gündə 1 dəfə. 2-5 yaş: 1 tablet gündə 1-2 dəfə. 6-11 yaş: 1 tablet gündə 2 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq., yaxud, 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Pediatriya 2 yaşından kiçik: 1 tablet hər 1, yaxud, 2 saatdan bir, gündə 4 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 2-5 yaş: 1 tablet hər 1, yaxud, 2 saatdan bir, gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 6-11 yaş: 1 tablet hər 1, yaxud, 2 saatdan bir, gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.