Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq levofloksasin (512,46 mq levofloksasin hemihidrat şəklində) və ya 750 mq levofloksasin (768,69 mq levofloksasin hemihidrat şəklində) vardır.
Meflosid ™ örtüklü tabletlər levofloksasinə həssas mikroorqanizmlərlə törədilmiş aşağıdakı infeksiyaların müalicəsində göstərişdir: • xəstəxanadankənar pnevmoniya; • xəstəxanadaxili (nozokomial) pnevmoniya; • xronik bronxitin kəskinləşməsi; • kəskin bakterial sinusit; • sidikçıxarıcı yollarının fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit; • sidikçıxarıcı yollarının fəsadlaşmamış infeksiyaları; • xronik bakterial prostatit; • dəri və yumşaq toxumaların fəsadlaşmış və fəsadlaşmamış infeksiyaları; • hava-damcı yolu ilə yoluxan qarayaranın profilaktikası və müalicəsi.
Levofloksasinə və ya xinolon qrupundan digər antibakterial vasitələrə, həmçinin tərkibinə daxil olan köməkçi maddələrə qarşı yüksək həssaslıq. Epilepsiya. Anamnezdə flüorxinolon qrupundan antibakterial vasitənin istifadəsi ilə əlaqəli olan vətər zədələnməsi. Uşaqlıq və yeniyetmə dövrü.
Hamiləlik və laktasiya dövrü. Xüsusi gpstərişlər və ehtiyat tədbirləri Xinolonlarla, o cümlədən də levofloksasinlə müalicə zamanı xəstələrdə orqanizmin müxtəlif sistemlər tərəfindən yaranan ciddi və geriyə dönməyə bilən arzuolunmaz reaksiyalar müşahidə oluna bilər. Əlavə reaksiyalara əsasən tendinit, vətərin qırılması, artralgiya, mialgiya, periferik neyropatiya, həmçinin mərkəzi sinr sistemi tərəfindən əlavə təsirlər (o cümlədən hallüsinasiyalar, həyəcanlıq, depressiya, yuxusuzluq, güclü başağrısı, şüurun dolaşıqlığı) daxildir. Bu reaksiyalar müalicənin başlanğıcından sonra bir neçə saat və ya həftə ərzində yarana bilər.
Hər hansı bir ciddi əlavə təsirin ilkin əlaməti və ya simptomları yarandıqda Meflosid ™ preparatı ilə müalicə dərhal kəsilməlidir. Bundan başqa, anamnezində flüorxinolonlardan istifadə ilə bağlı hər hansı bir ciddi reaksiyaları olan xəstələrə, Meflosid™ daxil olmaqla, flüorxinolonların təyinindən çəkinmək lazımdır. Qıcolmalar Digər flüorxinolonlar kimi, Meflosid™ anamnezində epilepsiya olan xəstələrə əks göstərişdir. Qıcolmalara meylli, anamnezində baş beyin zədələnməsi olan xəstələrdə fenbufen və ya ona oxşar qeyri-steroid iltihabəleyhinə vasitələr və ya teofillin kimi qıcolmaya hazırlığı azaldan dərman vasitələri ilə birgə ehtiyatla istifadə edilməlidir.
Qıcolmalar yarandıqda preparatın qəbulu dərhal dayandırılmalıdır. Clostridium difficile-nin törətdiyi diareya (CDAD) Meflosid™ preparatından istifadə zamanı və ya müalicədən sonra (o cümlədən müalicədən bir neçə həftə sonra), xüsusilə də ağır, davamlı və/və ya qanlı diareyanın yaranması Clostridium difficile-nin törətdiyi diareyanın (CDAD) əlaməti ola bilər. CDAD-ın ən ağır forması psevdomembranoz kolitdir. CDAD diaqnoza şübhəsi yarandıqda və ya təsdiqləndikdə dərmanın istifadəsi dayandırılmalı və müvafiq müalicə başlanmalıdır.
Belə hallarda peristaltikanı ləngidən vasitələrdən istifadə əks göstərişdir. Tendinit və vətərin qırılması Nadir hallarda tendinitin yaranması mümkündür. Əsasən tendinit Axill vətərinə aiddir və həmin vətərin qırılması ilə nəticələnə bilər. Bu xoşagəlməz təzahür müalicənin başlanğıcından 48 saat sonra yarana bilər və bilateral ola bilər.
Tendinit və vətərin qırılma riski yaşlı xəstələrdə və kortikosteroidlər qəbul edənlərdə daha yüksəkdir. Buna görə də Meflosid™-lə müalicə zamanı belə xəstələri müşahidə etmək vacibdir. Tendinitə şübhə yarandıqda Meflosid™-lə müalicə dərhal kəsilməli və müvafiq müalicəyə (yəni zədələnmiş vətərin immobilizasiyası) başlanılmalıdır. Hiperhəssaslıq reaksiyaları Levofloksasin ciddi və bəzən də ölümlə nəticələnə bilən allergik reaksiyaların (angionevrotik ödem, anafilaktik şok kimi) yaranmasına səbəb ola bilər.
Belə reaksiyalar hətta ilk dozadan sonra meydana çıxa bilər. Həmin reaksiyalar yarandıqda müalicəni dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Ağır bullyoz reaksiyalar Levofloksasinlə bağlı Stivens-Conson və ya toksik epidermal nekroliz kimi ağır bullyoz reaksiyalar haqqında məlumat verilmişdir. Dəridə və/ və ya selikli qişalarda hər hansı bir reaksiyası meydana çıxdıqda müalicəyə davam etməzdən əvvəl dərhal həkimə müraciət etmək lazımdır.
Hepatobiliar sisteminin pozulması Levofloksasinlə müalicə alan və sepsis kimi ağır əsas xəstəlikləri olan xəstələrdə qaraciyərin nekrozundan fatal qaraciyər çatışmazlığına qədər ağır fəsadlar haqqında bildirilmişdir. İştahanın itirilməsi, sarılıq, tünd sidik, qaşınma və ya qarın nahiyəsində ağrılar kimi qaraciyərin zədələnməsi əlamətləri və simptomları meydana çıxdıqda müalicəni kəsmək və dərhal həkimə müraciət etmək lazımdır. QT- intervalının uzanması Flüorxinolonlar, levofloksasin daxil olmaqla, istifadə zamanı çox nadir hallarda QT-intervalının uzanması sindromu haqqında məlumat verilmişdir. Elektrolitlər balansının pozulması (hipokalemiya, hipomaqnemiya), anadangəlmə QT-intervalının uzanması, ürək xəstəlikləri (ürək çatışmazlığı, miokardın infarktı, bradikardiya), Q- intervalını uzadan preparatlar (məs., IA və III sinfindən antiaritmik vasitələr, trisiklik antidepressantlar, makrolidlər, neyroleptiklər) ilə birgə istifadəsi kimi QT-intervalını uzada bilən risk amilləri olan xəstələr, levofloksasin daxil olmaqla, flüorxinolonlar ehtiyatla istifadə edilməlidir.
Yaşlı xəstələr və qadınlar QT-intervalını uzadan preparatlara qarşı daha həssas ola biləcəyindən, levofloksasin daxil olmaqla, flüorxinolonlar ehtiyatla istifadə edilməlidir. Hipoqlikemiya Digər flüorxinolonlardan istifadə zamanı olduğu kimi, eyni zamanda peroral hipoqlikemik vasitələr (məs., qlibenklamid) və ya insulin istifadə edən şəkərli diabeti olan xəstələrdə qanda qlükoza səviyyəsinin dəyişilməsi (o cümlədən hiper- və ya hipoqlikemiya) haqda məlumat verilmişdir. Hipoqlikemik koma haqqında bildirilmişdir. Şəkərli diabet olan xəstələrdə qanda qlükoza səviyyəsinin nəzarət altında saxlanılması tövsiyə olunur.
Miasteniyaqgravisin kəskinləşməsi Flüorxinolonlar, Meflosid ™ daxil olmaqla, sinir-əzələ keçirilməsini inhibə etmə xüsusiyyətinə malikdir və miasteniya qravis olan xəstələrdə əzələ zəifliyini kəskinləşdirə bilər. Miasteniya qravis olan xəstələrdə ciddi əlavə reaksiyaların yaranması (ölüm halları və ağciyərlərin süni ventilyasiyaya ehtiyac olması daxil olmaqla), flüorxinolonların istifadəsi ilə bağlıdır. Anamnezində miasteniya qravis olan xəstələrə Meflosid™ preparatının təyin olunmasından çəkinmək lazımdır. Böyrək çatışmazlığı Böyrək vasitəsilə xaric olunduğundan böyrək çatışmazlığı olan xəstələrdə levofloksasinin dozası tənzimlənməlidir.
Fotosensibilizasiya Levofloksasinlə bağlı fotosensibilizasiya reaksiyaları haqqında bildirilmişdir. Müalicə zamanı və müalicə bitməsindən 48 saat sonra fotosensibilizasiya reaksiyalarının yaranmasının qarşısını almaq üçün xəstələrə güclü günəş və ya solyarium kimi süni ultrabənövşəyi işıqdan çəkinilməsi tövsiyə edilir. Superinfeksiya Digər antibiotiklərlə müalicə zamanı olduğu kimi levofloksasinin uzunmüddətli istifadəsi rezistent mikroorqanizmlərin artmasına səbəb ola bilər. Müalicə zamanı superinfeksiya meydana çıxdıqda müvafiq tədbirlər görülməlidir.
Qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı olan xəstələr Gizli və ya aşkar qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı olan xəstələrdə flüorxinolonlarla müalicə zamanı hemolitik reaksiyaların yaranması mümkündür. Belə xəstələrə levofloksasin təyin edildikdə hemolizin yaranma ehtimalı nəzərə alınmalıdır. Periferik neyropatiya Flüorxinolonlar, levofloksasin daxil olmaqla, istifadə zamanı müalicənin əvvəlində sürətlə yarana bilən sensor və ya sensomotor periferik neyropatiya haqqında məlumat verilmişdir. Xəstədə neyropatiya simptomları müşahidə olduqda geriyə dönməyən prosesslərin qarşısını almaq üçün levofloksasinin istifadəsi dayandırılmalıdır.
K vitaminin antaqonistləri K vitaminin antaqonistləri (məs.,varfarin) ilə Meflosid ™ birgə istifadə zamanı qanın laxtalanma göstəricilərinin [protrombin vaxtı (PV) / beynəlxalq normallaşdırılmış nisbət (BNN)] artma ehtimalına görə və / və ya qanaxmaların yaranmasına görə qanın laxtalanma göstəriciləri nəzarət altında saxlanılmalıdır. Psixotik reaksiyalar Flüorxinolonlar, levofloksasin daxil olmaqla, istifadə edilən xəstələrdə psixotik reaksiyalar haqqında məlumat verilmişdir. Çox nadir hallarda bu reaksiyalar intihar düşüncələri və ya intihara cəhdə qədər inkişaf edə bilər (bəzən tək dozadan sonra). Xəstədə həmin reaksiyalar müşahidə olunduqda levofloksasinin qəbulu dayandırılmalı və müvafiq tədbirlər görülməlidir.
Psixoz və ya anamnezdə psixi xəstəlikləri olan xəstələrə preparat ehtiyatla təyin olunmalıdır. Opiatlar Levofloksasinlə müalicə alan xəstələrdə sidikdə opiatların təyin olunması yanlış müsbət nəticəyə səbəb ola bilər. Həmin nəticələr daha spesifik üsullarla təsdiq edilməlidir. Meflosid™ örtüklü tabletlərin hər dozasında 1 mmol-dan (23 mq) az natrium var; həmin miqdarda natriumla bağlı hər hansı əlavə təsir gözlənilmir.
Kifayət qədər tədqiqatlar aparılmadığından hamilə qadınlarda və laktasiya dövründə istifadə edilmir.
Levofloksasinlə müalicə zamanı başgicəllənmə və yuxululuq kimi əlavə təsirlər müşahidə oluna biləcəyindən nəqliyyat vasitələri və digər mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq tövsiyə edilir.
Meflosid ™ tabletləri gündə 1 və ya 2 dəfə qəbul edilir. Dozalanma rejimi infeksiyanın növündən, ağırlığından və ehtimal olunan patogenin həssaslığından asılı olaraq korreksiya olunur. Meflosid ™ örtüklü tabletlər daxilə, çeynəmədən, kifayət qədər maye ilə qəbul edilir. Doza korreksiyasına ehtiyac olduqda tabletlərin bölünməsinə yol verilir.
Tabletlər yemək zamanı və ya qida qəbulu arası istənilən vaxt qəbul edilə bilər. Meflosid™ örtüklü tabletlərin sorulmasının azalmasının qarşısını almaq üçün tabletlər dəmir duzları, antasid və ya sukralfatın qəbulundan 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. Normal böyrək funksiyası olan xəstələrdə dozalanma rejimi (kreatinin klirens >50 ml/dəq) Göstərişlər Dozalanma rejimi (infeksiyanın ağırlığından asılı olaraq) Müalicə müddəti Kəskin bakterial sinusit gündə 1 dəfə 500 mq 10-14 gün gündə 1 dəfə 750 mq 5 gün Xroniki bronxitin bakterial kəskinləşməsi gündə 1 dəfə 500 mq 7-10 gün Xəstəxanadankənar pnevmoniya gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün gündə 1 dəfə 750 mq 5 gün Xəstəxanadaxili (nozokomial) pnevmoniya gündə 1 dəfə 750 mq 7-14 gün Sidikçıxarıcı yollarının fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit gündə 1 dəfə 500 mq 7-14 gün gündə 1 dəfə 750 mq 5 gün Sidikçıxarıcı yollarının fəsadlaşmamış infeksiyaları gündə 1 dəfə 250 mq 3 gün Xroniki bakterial prostatit gündə 1 dəfə 500 mq 28 gün Dəri və yumşaq toxumaların fəsadlaşmış infeksiyaları gündə 1 və ya 2 dəfə 500 mq 7-14 gün gündə 1 dəfə 750 mq 7-14 gün Dəri və yumşaq toxumaların fəsadlaşmamış infeksiyaları gündə 1 dəfə 500 mq 7-10 gün Hava-damcı yolu ilə yoluxan qarayara gündə 1 dəfə 500 mq 8 həftə Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə infeksiyanın ağırlığından asılı olaraq dozalanma rejimi (kreatinin klirensi ≤50 ml/dəqiqə) Normal böyrək funksiyası Kreatinin klirensi 20-49 ml/dəq Kreatinin klirensi 10- 19 ml/dəq Hemodializ və ya xronik ambulator peritoneal dializ 750 mq hər 24 saat 750 mq hər 48 saat 750 mq başlanğıc doza, sonra 500 mq hər 48 saat 750 mq başlanğıc doza, sonra 500 mq hər 48 saat 500 mq 500 mq başlanğıc doza, sonra 250 mq hər 24 saat 500 mq başlanğıc doza, sonra 250 mq hər 48 saat 500 mг başlanğıc doza, sonra 250 mq hər 48 saat 250 mq Doza tənzimlənməsinə ehtiyac yoxdur 250 mq hər 48 saat. Sidikçıxarıcı yollarının Doza tənzimlənməsinə dair məlumat yoxdur fəsadlaşmamış infeksiyalarında doza tənzimlənməsinə ehtiyac yoxdur Qaraciyər çatışmazlığı olan xəstələr Levofloksasin qaraciyərdə əhəmiyyətsiz dərəcədə metabolizmə uğradığından və əsasən böyrəklər vasitəsilə xaric olunduğundan doza tənzimlənməsinə ehtiyac yoxdur.
Pediatrik xəstələr 18 yaşdan kiçik uşaqlarda və yenitetmələrdə istifadə olunmur. Yaşlı xəstələr Normal böyrək funksiyası olan yaşlı xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur.