Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Meriofert 75 İU 1 ml N1 flakon

Məhsul Kodu : 111-27329
İstehsalçı ölkə: Isveçre
39,06 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Meriofert, 75 BV; 150 BV inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici

Meriofert tərkibi

Təsiredici maddə: 1 flakonda liofilizəolunmuş tozun tərkibində 75 BV və ya 150 BVinsan follikul  
stimuləedici hormonu (FSH) və 75 BV insan lüteinləşdirici hormonu vardır.  
İnsan xorionik qonadotropini (hCG), hormon təbii olaraq hamilə qadınların  
sidiyində olur, ümumi LH aktivliyinə təsir etməsi üçün əlavə olunmuşdur. 

Əks göstərişlər 

• Menotrofinə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq 
• Yumurtalıqların polikistozu sindromu ilə əlaqəli olmayan yumurtalıqların böyüməsi və ya 
kistaları 
• Naməlum səbəbdən ginekoloji qanaxmalar 
• Yumurtalıqların, uşaqlığın və ya süd vəzilərin xərçəngi 
• Hipotalamus və ya hipofizin şişləri. 
Aşağıdakı hallarda, effektiv cavab əldə oluna bilmədikdə Meriofert əks göstərişdir: 
• Yumurtalıqların birincili çatışmazlığı 
• Hamiləliklə uyğunsuzluq təşkil edən cinsi orqanların inkişaf qüsurları 
• Hamiləliklə uyğunsuzluq təşkil edən uşaqlığın fibroid şişləri 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Merioferti hamiləlik zamanı istifadə etmək olmaz. 
Sidik qonadotropinlərin klinik istifadəsi zamanı yumurtalıqların nəzarətli stimulyasiyasından 
sonra hər-hansı teratogen risk barədə məlumat verilməmişdir. İndiyə qədər hər-hansı digər 
epidemioloji məlumatlar əldə olunmayıb.  
Heyvanlar üzərində aparılan tədqiqatlarda teratogen effekti qeyd olunmayıb.  

Laktasiya 
Merioferti laktasiya dövründə istifadə etmək olmaz. 
Laktasiya zamanı prolaktinin sekresiyası yumurtalıqların stimulyasiyasına mənfi cavabın 
alınmasına gətirib çıxara bilər. 

İstifadə qaydası və dozası 

Dozalanması 
Meriofert ilə müalicəyə sonsuzluğun müalicəsində təcrübəsi olan həkim nəzarəti altında başlamaq 
lazımdır. Ekzogen qonadotropinlərə qarşı yumurtalıqların reaksiyasında fərdlər arasında və 
daxilində geniş variasiyalar mövcuddur. Bu isə vahid dozalanma rejiminin təyin olunmasını qeyri
mümkün edir. Bu səbəbdən, dozalanma yumurtalıqların reaksiyasından asılı olaraq fərdi 
seçilməlidir. Bunun üçün ultrasəs müayinə və estradiol səviyyəsinin monitorinqi tələb olunur.  
Anovulyasiyası olan qadınlar 
Meriofert ilə müalicənin məqsədi bir yetkin de Qraaf follikulun əldə olunmasıdır ki, bundan isə 
xorionik insan qonadotropinin (hCG) yeridilməsindən sonra yumurtahüceyrə xaric olunacaq.  
Merioferti gündəlik inyeksiya şəklində təyin etmək olar. Aybaşı olan pasiyentlərdə müalicəni 
aybaşı tsiklinin ilk 7 günü ərzində başlamaq olar.  
Adətən istifadə olunan dozalanma rejimi gündə 75-150 BV FSH ilə başlamaq və ehtiyac olduqda 
37,5 BV (75 BV-yə qədər) yüksəltmək, adekvat lakin həddən artıq olmayan cavabın əldə olunması üçün yaxşı olar ki, 7 və ya 14 gün interval ilə  edilsin.  
HMG Meriofertin maksimal gündəlik dozası bir qayda olaraq 225 BV-dən artıq olmamalıdır.  
Pasiyentin fərdi reaksiyasından asılı olaraq (USM vasitəsilə follikulun ölçüsünü və/və ya 
estrogenin səviyyəsini təyin etməklə) müalicəni korreksiya etmək lazımdır.  
Daha sonra gündəlik doza ovulyasiyaönü vəziyyətə çatana qədər saxlanmalıdır. Adətən bu 
vəziyyətin əldə olunması üçün 7-14 gün müalicə kifayət edir. 
Bundan sonra Meriofertin yeridilməsi dayandırılır və xorionik insan qonadotropini (hCG) 
yeritməklə ovulyasiyanı əldə etmək olar.  
Əgər cavab verən follikulların sayı həddən artıq çoxdursa və ya estradiolun səviyyələri çox sürətlə yüksəlirsə, yəni iki və ya üç ardıcıl gün ərzində gündə iki dəfədən çox, gündəlik dozanı azaltmaq 
lazımdır. Ölçüsü 14 mm-dən çox olan follikullar hamiləliyə səbəb olduğu üçün, 14 mm-dən böyük çoxsaylı preovulyator follikullar çoxdöllü hamiləlik riski daşıyırlar. Bu halda, hCG yeridilməsi 
təxirə salınmalı və çoxdöllü hamiləliyin qarşısını almaq üçün hamiləlikdən uzaq olmaq lazımdır. 
Pasiyent baryer kontrasepsiya üsulundan istifadə etməli və ya növbəti aybaşı tsiklinə qədər cinsi 
yaxınlıqdan uzaq olmalıdır. Müalicəni növbəti müalicə tsiklində əvvəlki tsiklə nisbətən daha aşağı doza ilə bərpa etmək lazımdır.  
Əgər 4 həftə müalicədən sonra pasiyent müalicəyə lazımi cavab vermirsə, tsikli dayandırmaq və 
əvvəlki tsiklə nisbətən daha yüksək başlanğıc dozanın qəbul edilməsilə müalicəni bərpa etmək 
lazımdır.  
İdeal cavab əldə olunan kimi, sonuncu Meriofert inyeksiyasından 24-48 saat sonra 5000 BV
10000 BV hCG birdəfəlik inyeksiyası yeridilməlidir.  
hCG inyeksiyası yeridilən gün və növbəti gün pasiyentə cinsi akt tövsiyyə olunur. 
Alternativ olaraq, uşaqlıqdaxili inseminasiya icra oluna bilər.  
Çoxsaylı follikulların inkişafını induksiya etmək üçün stimulyasiya keçən qadınlar – yardımçı 
reproduktiv texnologiyanın bir hissəsi kimi 
Endogen LH pik səviyyəsini azaltmaq üçün hipofizin ləngidilməsi və LH bazal səviyyələrinin 
nəzarət olunması hal-hazırda adətən qonadotropin rilizinq hormonun aqonistinin (GnRH aqonisti) 
və ya qonadotropin rilizinq hormonun antaqonistinin (GnRH-antaqonisti) yeridilməsilə əldə 
olunur.  
Tez-tez istifadə olunan protokolda aqonist müalicəsinə başladıqdan təxminən iki həftə sonra 
Meriofertin yeridilməsinə başlamaq lazımdır, daha sonra hər iki müalicə o vaxta qədər davam 
etdirilir ki, follikulun lazımi inkişafı əldə olunsun. Məsələn, aqonist vasitəsilə hipofizin ikihəftəlik 
ləngidilməsindən sonra ilk beş-yeddi gün ərzində 150-225 BV meriofert yeridilir. Daha sonra 
pasiyentin yumurtalığının reaksiyasından asılı olaraq doza korreksiya olunur.  
Yumurtalıqların nəzarətli hiperstimulyasiyası üçün alternativ protokola daxildir 150-225 BV 
Meriofertin hər gün yeridilməsi, tsiklin 2-ci və ya 3-cü günündən başlayaraq. Follikulun kifayət 
qədər inkişaf etməsi (zərdabda estrogenin konsentrasiyası və/və ya ultrasəs müayinə ilə 
qiymətləndirmə yolu ilə) əldə olunana qədər müalicə davam etdirilir, pasiyentin reaksiyasına 
uyğun şəkildə doza korreksiya edilir (adətən gündə 450 BV-dən artıq olmayaraq). Follikulun 
adekvat inkişafı adətən müalicənin onuncu gününə təsadüf edir (5-20 gün).  
Optimal cavab alındıqdan sonra follikulun son yetişməsini əldə etmək üçün Meriofertin sonuncu 
inyeksiyasından 24-48 saat sonra 5000 BV-10000 BV hCG birdəfəlik inyeksiyası yeridilir.  
Yumurtahüceyrənin toplanması 34-35 saat sonra həyata keçirilir.  
Pediatrik populyasiya 
Bu preparat pediatriyada istifadə olunmur. 

İstifadə qaydası 
Meriofert dərialtı və əzələdaxili yeridilmə üçün nəzərdə tutulmuşdur. 
Toz təqdim edilən həlledici ilə istifadəsindən bilavasitə öncə həll edilməlidir.  
Ağrılı inyeksiya və inyeksiya yerimdən axmanın qarşısını almaq məqsədilə Merioferti dərialtına 
yavaş-yavaş yeritmək lazımdır. Lipoatrofiyanın qarşısını almaq üçün dərialtı inyeksiya yerini 
növbələşdirmək lazımdır. Hər-hansı istifadə olunmamış məhlulu tullamaq lazımdır. Təlimata və 
həkimin təyinatına ciddi riayət edilməsi şərti ilə pasiyent dərialtı inyeksiyanı özü sərbəst icra edə 
bilər. 

Prepared by  T-Soft E-Commerce.