Sevimlilərə əlavə edin
Paylaşın

Metakartin 200MG 10 ml N10 Amp

Məhsul Kodu : 111-19823
0 Şərh Şərh
22,16 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

METAKARTİN, daxilə qəbul üçün məhlul

METAKARTİN tərkibi

Təsiredici maddə: 1 flakonda 1,0 q və ya 2,0 q levokarnitin vardır.

İstifadəsinə göstərişlər

Birincili və ikincili karnitin defisiti.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik Fertilliyin klinik tədqiqatlarında arzuolunan effektlər aşkar edilmişdir və təhlükəsizliyi üzrə problem qeyd edilməmişdir. Hamiləlik Reproduktivlik tədqiqatları siçovullarda və dovşanlarda aparılmışdır. Heç bir növdə teratogen effektin sübutu aşkar edilməmişdir. Siçovullardan fərqli olaraq dovşanlarda nəzarət qrupu ilə müqayisədə tədqiq edilən maksimal dozanın (600 mq/kq/sutka) istifsadəsi zamanı postimplantasion itginin statistik cəhətdən əhəmiyyətsi artması qeyd edilmişdir.

İnsan üçün bu nəticələrin vacibliyi məlum deyil. Hamilə qadınlarda müvafiq klinik tədqiqatlar aparılmamışdır. Metakartin hamiləlik dövründə, yalnız o zaman istifadə edilə bilər ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Laktasiya Levokarnitin ana südünün təbii komponentidir.

Laktasiya dövründə olan qadınlarda levokarnitinin istifadəsi öyrənilməmişdir. Metakartin laktasiya dövründə, yalnız o zaman istifadə edilə bilər ki, ana üçün gözlənilən fayda uşağa olan potensila riskdən üstün olsun, karnitinin həddindən artıq ekspozisiyası ilə törənən.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

METAKARTİN istifadə qaydası və dozası

Genetik xəstəliklər fonunda birincili və ikincili karnitin defisiti Peroral sutkalıq doza yaşdan və bədən çəkisindən asılıdır: 0-2 yaşlı uşaqlar-bədən çəkisinə 150 mq/kq; 2-6 yaş-bədən çəkisinə 100 mq/kq; 6-12 yaş-bədən çəkisinə 75/mq/kq; 12 yaşdan yuxarı uşaqlar və böyüklər-xəstəliyin ağırlıq dərəcəsindən və həkimin rəyindən asılı olaraq 2-4 q. Hemodializ fonunda ikincili karnitin defisiti Peroral sutkalıq doza 2-4 q təşkil edir. Daxilə qəbul edilən Metakartin məhlulu, yalnız durulaşdıqdan sonra qəbul edilir. Birdəfəlik doza üçün məhlulun miqdarı 1 stəkan suda həll edilir.

Xüsusi qrup pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək funksiyasının ağır pozuntusu olan pasiyentlər TMA və TMAO-nun potensial toksik metabolitlərinin toplanması riskilə əlaqədar levokarnitinin yüksək dozası ilə uzun müddətli müalicə almamalıdırlar. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə xüsusi ehtiyat tədbirləri və Metakartin preparatının dozalanmasının dəyişdirilməsi tələb edilmir. Klinik tədqiqatlarda müşahidə edilən təhlükəsizlik profili yaşlı və cavan pasiyentlərdə eynidir. Diabetli pasiyentlər Qlükozanın utilizasiyasını yaxşılaşdıran insulin və ya peroral hipoqlikemik vasitələr alan diabetli pasiyentlərdə levokarnitinin istifadəsi hipoqlikemiyaya səbəb ola bilər, bu səbəbə görə belə pasiyentlərdə hipoqlikemik terapiyanın vaxtında korreksiyası üçün qlikemiyanın səviyyəsinə müntəzəm nəzarət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19823

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce