Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Metilurasil 10 % 15GR məlhəm

Məhsul Kodu : 111-06129
İstehsalçı ölkə: Belarus
0,72 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

METİLURASİL, 100 mq/q xaricə istifadə üçün məlhəm

Metilurasil tərkibi

 Təsiredici maddə:  1 tubda (15 q) 1,5 q metilurasil vardır.  Köməkçi maddələr:ağ yumşaq parafin, lanolin, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Dermatitlər, gec sağalan yaralar, yanıqlar (reparativ mərhələdə), dərinin eroziya və xoraları ( o cümlədən, şüa terapiyasından sonra), arxa keçəcəkdə və süd vəzilərində çatlar. Eləcə də, fotoqoruyucu vasitə kimi fotodermatitlərdə istifadə edilir.

Əks göstərişlər:

  Həddən artıq qranulyasiya. Kəskin və xroniki leykozlar, qanyaradıcı orqanlar siteminin digər bədxassəli xəstəlikləri, preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Preparatın istifadəsi ana üçün gözlənilən fayda dölə/uşağa olan potensial riskdən üstün olduqda mümkündür.

Metilurasil istifadə qaydası, dozası

 Xaricə istifadə edilir. Məlhəm dərinin zədələnmiş nahiyəsinə gündə 2 dəfə nazik təbəqə ilə yaxılır. Eroziyalar, xoralar və yaralar zamanı məlhəm əvvəlcədən antiseptiklər ilə işləndikdən sonra sürtülür. Müalicə müddəti xəstəliyin xüsusiyyətlərindən, dərman vasitəsinə qarşı dözümlülükdən və əldə edilən effektən asılı olaraq həkim tərəfindən müəyyən edilir.

Prepared by  T-Soft E-Commerce.