Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 30 % həll olan insulin və 70% izofan insulinindən ibarət biotexnoloji rekombinant üsulla istehsal olunmuş insan insulini. 1ml suspenziyanın tərkibində 100 BV insan insulini vardır.
Mikstard® insan insulinidir və diabetin müalicəsində istifadə olunur. Diabet zamanı bədən qandakı şəkərin səviyyəsini tənzimləmək üçün kifayət qədər insulin ifraz etmir.
►İnsulin infuziya pompaları (nasosları) ilə istifadə. ►İnsan insulininə və ya Mikstard®-ın tərkibində olan hər hansı digər maddəyə qarşı allergiya (yüksək həssaslıq) (bax: “Tərkibi” bölməsi). ►Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə (qanda şəkərin səviyyəsinin azalması). Bax: “Kritik vəziyyətdə nə etmək lazımdır?” bölməsinə.
►Qoruyucu qapaq yoxdursa və ya boşdursa. Hər bir flakonun üzərində qoruyucu, təsadüfi təsirlərdən təcrid edən plastik qapaq vardır. Flakonu əlinizə aldıqda bu qapaqda hər hansı qüsur görsəniz, flakonu əczaçınıza qaytarın. ►Düzgün şəraitdə saxlanılmayıbsa və ya dondurulubsa (bax: “Saxlanma şəraiti”) ►Qarışdırılmış insulin bircinsli, ağ və bulanıq deyilsə.
Hamiləlik və laktasiya dövründə Mikstard®-la müalicəyə əks göstəriş yoxdur, həkiminizlə məsləhətləşin.
Hipoqlikemiya simptomlarına diqqət yetirin. Hipoqlikemiya zamanı diqqəti toplamaq və reaksiya vermək bacarığınız aşağı düşə bilər. Hipoqlikemiya əlamətlərinin yaxınlaşdığını hiss edirsinizsə, nəqliyyat vasitəsi idarə etməyin və avadanlıq/cihazlar ilə işləməyin. Əgər Sizdə tez-tez hipoqlikemiya halları olursa və ya hipoqlikemiyanı müəyyən etməkdə çətinlik çəkirsinizsə, nəqliyyat vasitəsinin idarə olunması, yaxud avandanlıq və ya cihazlarla işləməyin mümkünlüyünü həkiminizdən soruşun.
İnsulinə olan ehtiyacınız barədə həkiminizlə və tibb bacınız ilə danışın. Onların məsləhətlərinə diqqətlə riayət edin. Həkim Sizi bir növ və ya marka insulindən digərinə keçiribsə, dozanızda dəyişikliklər ola bilər. İnsulin inyeksiyasından sonra 30 dəqiqə ərzində tərkibində karbohidratlar olan yemək və ya çərəzlər yeyin.
Qanda şəkərin səviyyəsini müntəzəm ölçməyiniz məsləhətdir. Mikstard® dərialtı inyeksiya üçün nəzərdə tutulub. İnsulini heç vaxt birbaşa vena daxilinə və ya əzələyə yeritməyin. Hər dəfə insulini dərinizin inyeksiya etdiyiniz nahiyəsinin fərqli yerlərinə yeridin.
Bu, dəridə nazikləşmə və qalınlaşma riskini azalda bilər (bax: “Əlavə təsirləri”). Bədəndə inyeksiya üçün ən münasib yerlər: belin ön tərəfi (qarın nahiyəsi); sağrı əzələsi; ombaların ön tərəfi və bazu. Qarın nahiyəsinə yeridildikdə, insulin daha tez təsir etməyə başlayır. İnyeksiyanın yeridilməsi ►Əmin olun ki, Sizdə insulin inyeksiyası üçün üzərində müvafiq vahid bölgü olan şpris vardır.
►Şprisə Sizə lazım olan insulin dozası qədər hava yığın. ►Həkiminiz və ya tibb bacınızın təlimatlarına diqqətlə riayət edin. ►Bu insulin inyeksiyasını etməzdən öncə, flakonu əllərinizdə diyirlədin ki, içindəki maye bircinsli ağ və bulanıq olsun. Maye otaq temperaturunda olduqda daha asanlıqla qarışdırılır.
►İnsulini dərialtına yeridin. Həkiminizin və ya tibb bacınızın məsləhət bildiyi üsuldan istifadə edin. ►İynəni ən azı 6 saniyə dərinizin altında saxlayın ki, bütün dozanın yeridilməsinə əmin olasınız. Kritik vəziyyətdə nə etmək lazımdır?
Əgər hipoqlikemiya vəziyyətinə düşdünüzsə Hipoqlikemiya qanda şəkərin səviyyəsinin xeyli azalması deməkdir. Hipoqlikemiya barədə xəbər verən əlamətlər qəflətən peyda olur. Bu əlamətlər – soyuq tər, soyuq və rəngi avazımış dəri, baş ağrısı, bərk ürək döyüntüsü, ürəkbulanma, bərk aclıq hissi, görmə qabiliyyətində müvəqqəti dəyişiklik, yuxululuq, qeyri-adi yorğunluq və zəiflik, əsəbilik və ya titrəmə, həyəcan, narahatlıq hissi, konsentrasiyada çətinlik. Bu əlamətlərdən hər hansı birini hiss edirsinizsə, qlükoza həblərini qəbul edin və ya tərkibində çoxlu şəkər olan çərəz yeyin (konfet, biskvit, meyvə şirəsi), sonra istirahət edin.
Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə, insulin istifadə etməyin. Hər ehtimala qarşı qlükoza həblərini, konfet, biskvit və ya meyvə şirəsini həmişə özünüzlə daşıyın. Qohumlarınıza, dostlarınıza və yaxın əməkdaşlarınıza bildirin ki, birdən-birə huşunuzu itirsəniz, Sizi böyrü üstə uzadıb dərhal həkim çağırsınlar. Sizə heç bir yemək və ya içki verməsinlər, çünki bu boğulmaya səbəb ola bilər.
►Ağır hipoqlikemiyaya müdaxilə olunmazsa, beyin zədələnə bilər (müvəqqəti və ya həmişəlik) və hətta ölümlə nəticələnə bilər. ►Sizi huşsuz vəziyyətə gətirən hipoqlikemiya olubsa və ya tez-tez hipoqlikemiya halları baş verirsə, həkiminizlə danışmağınız tövsiyə olunur. İnsulinin dozasında və istifadə vaxtında, yeməyinizdə və ya fiziki çalışmalarınızda dəyişiklik tələb oluna bilər. Qlükaqonun istifadəsi Qlükaqon hormonunun inyeksiyası ilə huşsuzluqdan daha tez ayılmaq mümkündür.
İnyeksiyanı bacaran şəxs etməlidir. Sizə qlükaqon inyeksiyası yeridilibsə, huşsuzluqdan ayılan kimi dərhal qlükoza qəbul etməlisiniz və ya şəkərli bir şey yeməlisiniz. Qlükaqon Sizə təsir etməzsə, xəstəxanada müalicə almalısınız. Qlükaqon inyeksiyasından sonra həkimə müraciət etməyiniz lazımdır; hipoqlikemiya vəziyyətinə düşməyinizin səbəbini bilməlisiniz ki, onun təkrarlanmasının qarşısını ala biləsiniz.
Hipoqlikemiyanın səbəbləri Qanda şəkər çox aşağı səviyyəyə düşdükdə hipoqlikemiya baş verir. Bu aşağıdakı hallarda baş verə bilər • Artıq dozada insulinin yeridilməsi • Çox az yemək və ya bir yemək qəbulunun buraxılması • Adət etdiyinizdən artıq fiziki çalışma Əgər qanınızda şəkərin səviyyəsi çox yüksəkdirsə Qanda şəkərin səviyyəsi çox yüksək ola bilər (buna hiperqlikemiya deyilir). Əlamətlər tədricən peyda olur. Bu əlamətlər: tez-tez sidik ifrazı, susuzluq, iştahanın azalması, naxoşluq (ürəkbulanma və ya qusma), yuxululuq və ya yorğunluq hiss etmə, dərinin qızarıb quru olması, ağızda quruluq hissi və nəfəsdən gələn aseton qoxusu.
Bu əlamətlərdən hər hansı biri Sizdə varsa, qanda şəkərin səviyyəsini ölçün; mümkündürsə, sidiyi də ketona görə yoxlayın, sonra gecikmədən həkimə müraciət edin. Bu, diabetik ketoasidoz adlanan çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Müdaxilə olunmazsa, bu, diabetik komaya və ölümə səbəb ola bilər. Hiperqlikemiyanın səbəbləri • İnsulin inyeksiyasını etməyə unutmuşsunuz • Hər dəfə lazım olandan daha az insulin istifadə edirsiniz • İnfeksiya və ya qızdırma • Adət etdiyinizdən daha çox yemək • Adət etdiyinizdən daha az fiziki çalışma