Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq montelukast (5,2 mq montelukast natrium) vardır.
MONEZİN 5 mq çeynəmə tabletləri 6 yaşdan 14 yaşa qədər uşaqlarda inhalyasion kortikosteroidlərlə adekvat nəzarət edilə bilinməyən və qısamüddətli təsirə malik “lazım olan anda” beta-aqonistlərin adekvat nəzarəti təmin etmədiyi yüngül və orta dərəcəli davamlı astmanın müalicəsi zamanı istifadə edilir. MONEZİN 5 mq çeynəmə tabletləri, həmçinin yaxınlarda kortikosteroidlərlə müalicə tələb edən ciddi astma tutmaları baş verməyən və inhalyasion kortikosteroidlərdən istifadə etməyi bacarmayan, yüngül, davamlı (persistəedici) astması olan 6 yaşdan 14 yaşa qədər uşaqlarda inhalyasion kortikosteroidlərin aşağı dozaları ilə müalicəyə alternativ müalicə variantı kimi istifadə edilə bilər. Bu preparat, həmçinin əsas komponenti fiziki yüklənmə nəticəsində törənən bronxospazm olan astmanın profilaktikası üçün tövsiyə olunur.
Montelukasta və ya dərman maddəsinin digər komponentlərinə qarşı allergiya (yüksək həssaslıq). Xüsusi göstərişlərvə ehtiyat tədbirləri Xəstələr bilm əlidir ki, peroral istifad ə edilən montelukast heç vaxt kəskin astma tutmalarının müalicəsi üçün istifad ə olunmur, h əmçinin onların yanında h ər zaman müvafiq t əcili yardım preparatı olmalıdır. K əskin tutma zamanı qısa t əsirli inhalyasion β -adrenomimetiklər istifadə etmək lazımdır. X əstələr, adi vaxta müqayisədə daha çox qısa t əsirli β -adrenomimetiklərə ehtiyacları olduğu zaman, mümkün qədər tez həkimlə əlaqə saxlanılmalıdır.
İnhalyasion və ya peroral kortikosteroidlər qəflətən Montelukast ilə əvəz olunmamalıdır. Montelukast il ə yanaşı istifad əsi zamanı peroral kortikosteroidl ərin dozasının azaldılmalı olduğunu təsdiq edən məlumatlar yoxdur. Neyro-psixoloji pozğunluqlar Montelukast q əbul ed ən pasiyentl ərdə neyropsixiatrik pozğunluq halları bar ədə məlumat verilmişdir. Müxt əlif faktorlar bu hallara gətirib çıxara bildiyind ən, onların montelukastın istifadəsi ilə bağlı olub-olmaması məlum deyil.
Həkimlər belə əlavə təsirləri öz pasiyentl əri ilə və/və ya onların q əyyumları ilə müzakirə etməlidirlər. Pasiyentlər və/və ya onların q əyyumları məlumatlandırılmalıdırlar ki, bel ə pozğunluqlar baş ver ərsə, onlar öz h əkimlərinə müraciət etməlidirlər. Eozinofiliyanın riski Montelukast daxil olmaqla astmaəleyhinə preparatlarla müalic ə qəbul ed ən x əstələrdə nadir hallarda Churg-Strauss sindromu üçün xas olan sistem eozinofiliya əmələ gələ bilər (bel ə vəziyyətdə sistem kortikosteroidlərlə tez-tez müalicə aparılır), bəzən vaskulitin klinik əlamətləri ilə birlikdə. Belə hallar adətən (lakin h ər zaman yox) peroral kortikosteroidl ərin azalması v ə ya ləğv olunması ilə əlaqədardır.
Churg-Strauss sindromunun əmələ gəlməsinin leykotri en reseptorlarının antaqonistl əri il ə əlaqəsini təsdiq etmək və ya istisna etmək olmaz. Həkimlər eozinofiliyanın, vaskulyar s əpgilərin, ağ ciyər simptomlarının k əskinləşməsini, kardioloji ağırlaşmaların və/ya neyropatiyanın əmələ gəlməsini nəzərə almalıdır. Bu simptomlar inkişaf edən xəstələrin vəziyyəti yenidən qiymətləndirilməlidir və qəbul rejimi yenidən nəzərdən keçirilməlidir. Aspirinə həssas astma x əstələrində montelukastla müalic ə aspirin v ə ya dig ər qeyri -steroid iltihabəleyhinə preparatlardan istifadənin qarşısını almır.
Monezinin 5 mq bəzi komponentləri barədə vacib məlumat Köməkçi maddələr: MONEZİN-in tərkibində fenilalanin mənbəyi olan aspartam vardır. Bu fenilketonuriyalı xəstələri üçün təhlükəli ola bilər. Monezinin tərkibində hər dozasında 1mmol (23mq) -dan az natrium var. Bu s əbəbdən natriuma qarşı əlavə təsirlərin olması gözlənilmir.
Monezinin t ərkibində mannitol vardır; dozası s əbəbi il ə hər hansı bir əlavə təsirlərin olması gözlənilmir. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Digər d ərman preparatları il ə qarşılıqlı t əsir tədqiqatları zamanı tövsiy ə olunan klinik dozada montelukastın teofillin, prednizon, prednizolon, oral kontraseptivl ər (etinil estradiol/noretindron 35/1), terfenadin, diqoksin v ə varfarin kimi d ərman maddələrinin farmakokinetikasında əhəmiyyətli təsiri yaranmamışdır. Yanaşı olaraq fenobarbital q əbul ed ən x əstələrdə montelukastın AUC (konsentrasiya -zaman əyrisinin altındakı sahə) göstəricisi 40%-ə qədər azalmışdır. Montelukastın CYP 3A4, 2C8 v ə 2C9 il ə metabolizmə uğradığından, montelukastın fenitoin, fenobarbital və rifampisin kimi CYP3A4, 2C8 və 2C9 induktorları ilə eyni vaxtda yanaşı qəbulu zaman, xüsusilə uşaqlarda ehtiyatlı olmaq lazımdır.
In vitro tədqiqatları zamanı montelukastın CYP 2C8-in güclü inhibitoru olduğunu mü əyyən edilmişdir. Bununla bel ə, montelukast v ə roziqlitazonun (əsasən CYP2C8 zond-substrat iştirakı ilə metabolizmə uğrayan d ərman maddələrin nümay əndəsi) qarşılıqlı t əsiri il ə keçirilən klinik tədqiqatlar zamanı montelukastın in vivo mühitində CYP2C8 inhib ə etməməsi mü əyyən edilmişdir. Bu səbəbdən montelukastın bu izofermentin iştirakı il ə metabolizmə uğrayan dərman maddələrinin (m əsələn, paslitaksel, rosiqlitazon v ə repaqlinid) farmakokinetik profilin ə təsir etməsi gözlənilmir. İn vitro tədqiqatları montelukastın CYP2C8, 2C9 və 3A4 substratı olduğunu göstərir.
Klinik müşahidələrə əsaslanan məlumatlara görə montelukast və qemfibrozilin (hər iki CYP2C8 və 2C9 izofermentin inhibitoru) qarşılıqlı təsiri zamanı qemfibrozil montelukastın sistemli təsirini 4,4 dəfə artırmışdır. Bir faktı nəzərə alaraq ki, tövsiyə edilmiş 10 mq-dan artıq dozada (məsələn, böyüklərə hər gün 200 mq 22 h əftə müddətində və hər gün 900 mq q ədər t əqribən bir h əftə müddətində) böyüklərdə istifadəsi zamanı qemfibrozilin t əsirinin montelukastın sistemli t əsirinə heç bir klinik əhəmiyyətli v əziyyətlər qeyd ə alınmamışdır. Bu s əbəbdən qemfibrozil il ə birgə istifadəsi zamanı montelukastın doza dəyişikliklərinin edilməsi tələb olunmur. Lakin, arzuolunmaz reaksiyaların artma ehtimalına diqqət etmək lazımdır.
İn vitro məlumatlara əsasən, montelukastın məlum olan CYP 2C8 izofermentinin inhibitorları ilə (məs., trimetoprim) klinik əhəmiyyətli qarşılıqlı təsirləri gözlənilmir. Bundan əlavə, montelukastın yalnız itrakonazol il ə birgə istifadəsi zamanı montelukastın sistem təsirində əhəmiyyətli artım müşahidə olunmamışdır.
Bu dərman maddəsini qəbul etməzdən əvvəl, həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Hamilə olan qadınlar v ə ya hamil əliyi planlaşdıran qadınlar Monezin q əbul etm əzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Monezini bu dövr ərzində nə dərəcədə qəbul edib-etməməyinizi həkiminiz qiymətləndirməlidir. Müalicə dövrü ərzində əgər hamiləlik qeyd olunarsa, dərhal həkiminizlə məsləhətləşin.
Laktasiya dövründə istifadəsi Bu dərman maddəsini qəbul etməzdən əvvəl, həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Monezinin ana südün ə keçməsi m əlum deyil. Əg ər siz uşaq əmizdirirsinizsə və ya onu planlaşdırırsınızsa, Monezinin istifadəsindən əvvəl həkimlə məsləhətləşməlisiniz.
Monezin avtomobil idar əetmə və ya mexanizmlərlə işləmə qabiliyyətinə təsir etmir. Monezinin çox nadir rast g əlinən b əzi əlavə təsirləri (başgic əllənmə və yuxululuq) x əstələrdə avtomobil idarəetmə və mexanzimlərlə işləmə qabiliyyətinə təsir göstərə bilər.
6-14 yaş arası uşaqlar 5 mq çeynəmə tableti gün ərzində 1 dəfə qəbul edir. Tableti udmaqdan öncə çeynəmək lazımdır. MONEZİN 5 mq çeynəmə tableti qida qəbulundan 1 saat əvvəl və ya yeməkdən 2 saat sonra qəbul etmək lazımdır. 6-14 yaş arası uşaqlarda davamlı astma zamanı MONEZİN 5 mq çeynəmə tablet axşam gündə bir dəfə qəbul edilir.
Allergik rinitlər 6-14 yaş arası uşaqlarda mövsümi allergik rinit və perineal allergik rinit MONEZİN 5 mq çeynəmə tablet allergik rinitlər zamanı gündə 1 dəfə qəbul edilir. Xəstənın vəziyyətindən aslı olaraq qəbul müddəti fərdi qaydada təyin oluna bilər. 6-14 yaş arası uşaqlarda astma və allergik rinitlər Astma və allergik rinit xəstələri gündə 1 dəfə axşam 5 mq çeynəmə tablet qəbul etməlidirlər. İstifadə qaydası MONEZİN 5 mq çeynəmə tabletlər daxilə oral qaydada (ağız yolu ilə) qəbul olunur.
Preparatın astma tutmaları zamanı terapevtik təsiri artıq 1 gün ərzində müşahidə olunur. Xəstələrə astma simptomlarının azlaraq nəzarətə alındığı, həm də xəstəliyin ağırlaşdığı dövürdə, preparatın qəbulunu davam etmələri tövsiyə olunur. Xüsusi qrup xəstələr üçün əlavə məlumatlar Böyrək çatışmazlığı olan xəstələr istifadəsi Böyrək çatışmazlığı olan xəstələr üçün xüsusi doza düzəlişinə ehtiyac yoxdur. Qaraciyər çatışmazlığı olan xəstələr istifadəsi Yüngül-orta dərəcədə qaraciyər çatışmazlığı olan x əstələr üçün xüsusi doza düz əlişinə ehtiyac yoxdur.
Ağır qaraciyər çatışmazlığı olan xəstələr haqqında məlumat yoxdur. Uşaqlarda istifadəsi 6-14 yaş arası astma x əstəliyi olan uşaqlarda montelukastın təhlükəsizliyi və effektivliyi nəzarət altında aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir. Bu yaş qrupundakı t əhlükəsizlik v ə effektivlik göst əriciləri böyükl ərin iştirakı il ə aparılmış tədqiqatlar zamanı əldə edilmiş nəticələrə uyğun olmuşdur. Mövsümi allergik rinitd ən əziyyət ç əkən 2 -14 yaş arası uşaqlarda, h əmçinin perineal allergik rinitdən əziyyət çəkən 6 aydan 14 yaşadək uşaqlarda montelukastın effektivliyinə dair məlumatlar allergik rinitdən əziyyət çəkən 15 yaşlı v ə daha böyük uşaqların iştirakı il ə aparılan tədqiqatlar nəticəsinin ekstrapolyasiya yolu ilə alınmışdır.
Bundan əlavə olaraq, bu qrup pasiyentl ərdə patofiziologiyasına v ə montelukast farmakologiyasına, h əmçinin d ərman maddəsi il ə müalicəyə qarşı yaranan yüks ək h əssaslıq reaksiyalarının bənzər olmasına əsaslanaraq, mövsümi allergik rinitin müalic əsində effektiv v ə təhlükəsiz olduğu ehtimal edilir. Allergik rinitli 2-14 yaş arası xəstələrdə montelukastın təhlükəsizliyi 2-14 yaş arası astma xəstəliyi olan uşaqlarda aparılan tədqiqatların nəticələrinə əsaslanır. Mövsümi allergik rinitli 2-14 yaş arası pediatrik x əstələrdə aparılmış t əhlükəsizlik t ədqiqatları n əticəsində oxşar t əhlükəsizlik məlumatları alınmışdır. Yaşlı xəstələrdə istifadəsi Aparılan klinik t ədqiqatlarda 3,5% 65 yaşdan yuxarı, 0,4% is ə 75 yaşdan yuxarı x əstər istirak etmişlər.
Nəticədə bu yaş qrupuna daxil olan x əstələr ilə gənc yaş qrupuna daxil olan xəstələr arasında mü əyyən edilmiş t əhlükəsizlik v ə effektivlik paramet rlərində ciddi f ərqlər müşahid ə olunmamışdır. H əmçinin, yaşlı v ə cavan x əstələrdə müalicəyə qarşı yaranan yüks ək h əssaslıq reaksiyalarda əhəmiyyətli fərq aşkar edilməmişdir. Lakin b əzi yaşlı xəstələrdə həssaslığın artma halları istisna olunmur. Monezinin qida və içkilərlə qəbulu Monezin 4mq həm qida ilə həm də onsuz qəbul eidlə bilər.
Qida ilə qəbulu zamanı, qidadan 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. Əgər siz Monezin qəbul etməyi unutmusunuzsa Çalışın dərman maddəsini tövsiyyə olunduğu kimi qəbul edəsiniz. Əgər siz d ərman maddəsinin bir dozasını q əbul etm əyi unutmusunuzsa, h əmin dozanı q əbul etməyin və adi qaydada qəbulu davam etdirin. Unudulmuş dozanın bərpası üçün ikiqat dozanı qəbul etməyin.
Əgər siz Monezin qəbulunu dayandırırsınızsa Yalnız qəbuluna davam edən zaman Monezin astmanı müalicə edə bilər. Monezinin h əkimin t əyin etdiyi müdd ət ərzində qəbulunun davam etdirilm əsi vacibdir. Bu astmanın nəzarət olunmasına yardım edəcək. Əgər sizin bu d ərman maddəsinin istifadəsinə aid hər hansı əlavə sualınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.