Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml spreyin tərkibində 0,5 mq (0,5 mq/ml) oksimetazolin hidroxlorid vardır. Köməkçi maddələr: kamfora (rasemik kamfora), mentol (levomentol), evkaliptol (sineol), benzalkonium xlorid, polisorbat 80, propilenqlikol, natrium dihidrofosfat dihidrat, dinatrium fosfat dihidrat, dinatrium edetat dihidrat, xlorid turşusu, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Soyuqdəymə və ot qızdırması ilə əlaqədar burun tutulmasının tez bir zamanda aradan qaldırılması.
Əks göstərişlər:
Preparatın hər hansı komponentinə və ya digər adrenergik vasitələrə qarşı yüksək fərdi həssaslıq; atrofik rinit; burun ətrafı dərinin və selikli qişanın iltihabı və qabıqların əmələ gəlməsi (quru rinit); arterial hipertoniyanın agır forması; kəskin ateroskleroz; taxikardiya; ürək astması; yüksək gözdaxili təzyiq, bağlıbucaqlı qlaukoma; hipertireoz; şəkərli diabet; feoxromositoma; böyrək catışmazlığı; prostat vəzinin boyüməsi ilə bağlı çətinləşmiş sidik ifrazı; bərk beyin qabığına təsir edən transfenoidal hipofizektomiya və ya digər cərrahi müdaxilələrdən sonra; MAO inhibitorları ilə birgə qəbul və ya onların qəbulunu dayandırandan sonra 2 həftə ərzində; 6 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Oksimetazolinin hamiləliyin ilk üç aylıq dövründə istifadəsinə dair məhdud məlumat onun hamilə qadının və ya dölün/yenidoğulmuşun sağlamlığına heç bir mənfi təsirinin olmadığını göstərir. Digər epidemioloji məlumat yoxdur. Hamiləlik zamanı spreyin yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra istifadəsi tövsiyə olunur. Doza həddinin aşılması hamiləlik zamanı hələ doğulmamış uşağın qan axınını poza bilər. Bunun üçün tövsiyə olunmuş dozaya ciddi riayət etmək lazımdır. Laktasiya Laktasiya dövründə spreyin yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra istifadəsi tövsiyə olunur. Oksimetazolinin südə kecməsi barədə heç bir məlumat yoxdur. Oksimetazolinin artiq istifadəsi süd ifrazını azalda bilər, ona görə də əmizdirmə zamanı tövsiyə olunmuş doza aşılmamalıdır.
Ardıcıl olaraq hər burun dəliyinə püskürdülür, püskürtmə zamanı başınızı arxaya əyməyin. Böyüklərə və 6 yaşından yuxarı uşaqlara: hər burun dəliyinə 1 püskürtmə. 12 saatdan tez olmayaraq püskürtməni təkrar etmək olar. Tövsiyə olunmuş doza aşılmamalı və 7 gündən artıq iştifadə edilməmlidir.