Sevimlilərə əlavə edin
Paylaşın

Neobutin 200MG N30 Tab

Məhsul Kodu : 111-28481
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
6,11 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

NEOBUTİN, 100 mq/200 mq tabletlər

NEOBUTİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100mq/200 mq trimebutin maleat vardır.

İstifadəsinə göstərişlər

Ağrının, spazmların və qarın nahiyəsində narahatlıq əlamətlərinin, k öpmə hissinin (meteorizmin), qarın işləməsi tezliyinin dəyişməsi ilə müşayiət olunan bağırsağın hərəki pozğunluqlarının (diareya və ya qəbizlik), mədə -bağırsaq traktı orqanlarının və öd yollarının funksional xəstəlikləri (qastroezofageal reflyuks xəstəliyinin qeyri -eroziv forması, öd daşı xəstəliyi, ödçıxarıcı yolların disfunksiyası, qıcıqlanmış bağırsaq sindromu, Oddi sfinkterinin disfunksiyası, postxolesistektomik sindrom) ilə əlaqəli olan dispepsiyanın, qıcqırmanın, gəyirmənin, ürəkbulanmanın və qusmanın simptomatik müalicəsi. Əməliyyatdan sonrakı paralitik bağırsaq keçməməzliyi.

Əks göstərişlər

Trimebutin maleata və preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq. 3 yaşa qədər uşaqlar (göstərilən dərman forması üçün). Hamiləlik dövrü. Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Eksperimental tədqiqatlarda trimebutinin teratogenliyi və embriotoksikliyi barədə heç bir məlumat aşkar edilməmişdir. Bununla belə, tələb olunan klinik məlumatların olmamasını nəzərə alaraq, hamiləlik dövründə trimebutinin istifadəsi əks göstərişdir. Laktasiya dövrü Preparatın laktasiya dövründə istifadəsinin təhlükəsizliyini təsdiq edən dəqiq klinik məlumatların olmamasını nəzərə alaraq, laktasiya dövründə trimebutinin istifadəsi tövsiyə olunmur. Trimebutinin laktasiya dövründə istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat sedativ effektə malik deyil, psixomotor reaksiyalar sürətinə təsir göstərmir və bu səbəbdən, müxtəlif peşə sahibləri, o cümlədən, yüksək diqqət və hərəkətlərin koordinasiyası tələb olunan digər fəaliyyətlə məşğul olan şəxslər tərəfindən istifadə edilə bilər. Bununla belə, preparatın, qeyd olunan qabiliyyətlərə təsir göstərə bilməsi ehtimal edilən əlavə təsirlərini (başgicəllənməni və digər təsirləri) nəzərə alaraq, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

NEOBUTİN istifadə qaydası və dozası

Preparat daxilə təyin edilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara – sutkada 3 dəfə 100-200 mq təyin edilir. Müalicə kursu tamamlandıqdan sonra, bağırsağın qıcıqlanma sindromu residivinin qarşısını almaq məqsədi ilə remissiya dövründə preparatın istifadəsini, 12 həftə müddətində sutkada 300 mq dozada davam etdirmək lazımdır. 5-12 yaşlı uşaqlara – sutkada 3 dəfə 50 mq.

3-5 yaşlı uşaqlara – sutkada 3 dəfə 25 mq.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28481

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce