NİSTATİN, 100 000 TV/q xaricə istifadə üçün məlhəm
NİSTATİN tərkibi
NİSTATİN tərkibi, 100 q məlhəmin tərkibində 2,222 q nistatin vardır.
Nistatın, istifadəsinə göstərişlər
Dəri kandidozunun müalicəsi və profilaktikası.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə nistatinin istifadəsi o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Preparatın əhəmiyyətsiz dərəcədə sorulmasına baxmayaraq, onun ana südünə nüfuz etməsi məlum deyil, bu səbəbə görə laktasiya dövründə nistatinin istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılmasını nəzərdən keçirmək lazımdır.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Məlhəm zədələnmiş nahiyəyə gündə 2 dəfə sürtülür, 12–24 saatlıq qoyulan sarğı şəklində istifadəsi mümkündür. Müalicə kursu 10–14 gündür.