Nizoral 20 Mq 60 ml Şampun
Bitib
Stokda olanda mənə xəbər verin.NİZORAL, 2%-li şampun
NİZORAL tərkibi
NİZORAL tərkibi, 1 q şampunun tərkibində 20 mq ketokonazol vardır.
Nizoral, istifadəsinə göstərişlər
Malassezia spp. (Pityrosporum spp.) mayaları ilə törədilən seboreyalı dermatit və kəpək kimi infeksiyaların müalicəsi və profilaktikası. Kəpəklənən dəmrovun müalicəsi (lokal).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı məlum yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda və laktasiya dövründə adekvat və yaxşı nəzarət edilən tədqiqatlar aparılmayıb. Hamilə olmayan qadınlarda başın dərisində Nizoral şampununun xaricə istifadəsindən sonra ketokonazolun plazma konsentrasiyası aşkar edilməyib. Nizoral şampunu bütün bədən səthində xaricə istifadə edildikdən sonra qan plazmasında ketokonazol aşkar edilmişdir. Ketokonazolun sistem qan dövranına sorulması əhəmiyyətsiz dərəcədə az olduğu üçün hamilə qadınlarda və ya ana südü ilə qidalan uşaqlarda hər hansı effekt gözlənilmir. Hamiləlik və laktasiya dövründə preparat, yalnız ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olduğu halda istifadə edilə bilər.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. 12 yaşdan yuxarı yeniyetmələr və böyüklər 2%-li Nizoral şampun dərman vasitəsini dərinin zədələnmiş nahiyəsinə çəkib, 3–5 dəqiqə gözləyib sonra su ilə yumaq lazımdır. • Müalicə – Kəpəklənən dəmrov: 1–3 gün ərzində sutkada 1 dəfə; – Seboreyalı dermatit və kəpək: 2–4 həftə ərzində həftədə 2 dəfə.• Profilaktika – Seboreyalı dermatit və kəpək: həftədə 1 dəfə və ya iki həftədə 1 dəfə.12 yaşa qədər uşaqlarda 2%-li Nizoral şampun dərman vasitəsinin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.