Sevimlilərə əlavə edin
Paylaşın

Nolpaza 40MG N1 Amp

Məhsul Kodu : 111-21375
0 Şərh Şərh
9,90 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

NOLPAZA, inyeksiya məhlulu hazırlamaq üçün toz

NOLPAZA tərkibi

Təsiredici maddə: bir flakonun tərkibində natrium pantoprazol* 42,3 mq (40 mq pantoprazola ekvivalentdir) vardır.

İstifadəsinə göstərişlər

- Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (eləcə də, qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulu ilə əlaqəli olan); - Qastroezofaqeal reflüks xəstəliyi (QERX): QERX-in simptomatik müalicəsi); - Zollinger-Ellison Sindromu; - Antibakterial vasitələrlə kombinasiyada Helicobacter pylori eradikasiyası. Əks-göstərişlər - Preparatın komponentlərindən istənilən birinə qarşı yüksək həssaslıq; - Atazanavirlə birlikdə istifadəsi; - 18 yaşa qədər uşaqlar; - Hamiləlik, əmizdirmə dövrü. Ehtiyatlı istifadə Qaraciyər çatışmazlığı, yaşlı xəstələrdə istifadəsi, ritonavir ilə birlikdə qəbul.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlar haqqında orta sayda məlumat (təxminən 300-1000 hamiləliyin sonu) Nolpaza® preparatının anadangəlmə və ya feto/neonatal toksikliyinin olmamasını göstərir. Heyvanlar üzərində aparılmış tədqiqatlar preparatın reproduktiv toksikliyini sübut edir. Açıqaydın zərurət olmadığı təqdirdə, Nolpaza® hamiləlik zamanı qəbul edilməməlidir. Laktasiya Preparatla müalicə dövründə əmizdirməni dayandırırlar.

Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərdi ki, pantoprazol ana südünə keçir. İnsanlarda pantoprazolun südə keçməsi haqqına məlumat verilib, bununla belə, əldə olan məlumat kifayət deyil. Südlə əmizdirilən yeni doğulmuşlar/körpələr üçün riski istisna etmək olmaz. Buna görə də, ana üçün fayda körpə üçün mümkün riskdən çox olan zaman Nolpaza® yalnız güclü göstəricilər üzrə qəbul edilməlidir.

Reproduktivlik Laboratoriyada heyvanlar üzərində aparılan tədqiqatlar zamanı preparatın reproduktivliyə təsiri aşkar edilməyib.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə və görmənin pozulması hallarının inkişafı mümkün olduğu üçün nəqliyyat vasitələrini və yüksək diqqət tələb edən digər mexanizmləri idarə etməkdən yayınmaq lazımdır.

NOLPAZA istifadə qaydası və dozası

Vena daxilinə. Preparatın vena daxilinə yeridilməsi tibbi işçi heyəti tərəfindən həyata keçirilməlidir. Nolpaza® preparatının vena daxilinə qəbulu, yalnız daxilə qəbul mümkün olmayan zaman və 7 gündən çox olmayan müddətə tövsiyə olunur. Xəstədə daxilə qəbul imkanı yarandığı zaman vena daxilinə yeridilməni Nolpaza® preparatının bağırsaqda əriyən örtüklə örtülmüş tabletlərinin qəbulu ilə əvəz etmək lazımdır.

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (eləcə də, QSİƏP-ın qəbulu ilə əlaqəli olan) və qastroezofaqeal reflüks xəstəliyi Tövsiyə olunan gündəlik doza 40 mq (1 flakon) təşkil edir. Zollinger-Elllison sindromu Zollinger-Ellison sindromunun və digər patoloji hipersekretor halların uzunmüddətli müalicəsi zamanı müalicənin əvvəlində tövsiyə olunan gündəlik doza vena daxilinə 80 mq Nolpaza® preparatı təşkil edir. Daha sonra dozanı artırmaq və ya azaltmaq olar. Nolpaza® preparatının 80 mq-dan çox gündəlik dozada qəbulu zamanı dozanı bölmək və gündə 2 dəfə yeritmək lazımdır.

Gündəlik dozanı 160 mq-a qədər müvəqqəti artırmaq mümkündür, amma turşululuğa adekvat nəzarət üçün gərəkəndən çox olmamalıdır. Turşuluğun təcili yoxlanması lazım olan zaman gündə 2 dəfə 80 mq olmaqla ilkin doza xəstələrin əksəriyyətində 1 saat ərzində 10 m Ekv/saat-dan az dizapazonda turşu atmasının azalması üçün kifayət edir. Böyrəklərin funksiyasının pozulması, yaşlı xəstələr Dozaya düzəliş tələb olunmur, bununla belə, pantoprazolun gündəlik dozası 40 mq-dan çox olmamalıdır. Qaraciyər funksiyasının pozulması Qaraciyərin funksiyası ağır dərəcədə pozulmuş xəstələrdə pantoprazolun gündəlik dozası 20 mq-dan çox olmamalıdır (flakonun yarısı).

Vena daxilinə yeridilmə üçün preparatın hazırlanması Vena daxilinə yeridilmə üçün tətbiqə hazır məhlulun hazırlanması məqsədi ilə içərisində liofilizat olan flakona 10 ml 0,9% natirum xlorid məhlulu yeridilir. Hazır məhlul 10 ml həcmdə yeridilə bilər, yaxud 100 ml 0,9 natirum xlorid məhlulu və ya 5% qlükoza məhlulu həll edilməlidir. Digər həlledicilərdən istifadə etmək olmaz! Preparat 2-15 dəqiqə ərzində vena daxilinə yeridilir.

Hazırlanmış məhlul hazırlandıqdan sonra 12 saat ərzində sabit qalır. Bununla belə, mikrob kontaminasiyasından yayınmaq üçün məhlulu hazırlandıqdan dərhal sonra istifadə etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21375

Oxşar Məhsullar

Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
Almetik 60MG/300MG N40 Kaps
8,95 AZN -%0
8,95AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce