Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NOVO PASSIT 40/77,5MG 100ML SRP

Məhsul Kodu : 111-00800
Reseptlə satılır
7,37 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NOVO-PASSİT, daxilə qəbul üçün şərbət

NOVO-PASSİT tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində Passit üçün 7,75 q dərman bitkilərinin (357-512 mq dazıotunun otu, 71-102 mq passiflora, 357-512 mq pişikotunun kükü, 357-512 mq yemişanın yarpaqları və çiçəkləri, 357-512 mq mayaotu çiçəkləri, 143-205 mq melissanın otu, 143-205 mq kəndalaşın çiçəkləri, ekstragent su) duru ekstraktı, 4,0 q qvayfenezin vardır.

İstifadəsinə göstərişlər

Nevrastenik sindromun yüngül formaları, xüsusilə həyəcan, qorxu, ruh düşgünlüyü, narahatlıq, qıcıqlanma, huşsuzlq və ya yorğunluq ilə əlaqədar; yuxusuzluğun yüngül forması, əsəbi arıqlama, nevrotik xarakterli yaddaş pozuntusu. Sinir gərginliyilə törədilən miqren, vazomotor başağrının, neyrosirkulyator asteniya ilə müşayiət olunan vaskulyar xarakterli psixosomatik pozunruların, sinir mənşəli qıcolmanın, üz nahiyəsində ağrının; klimakterik sindromun müalicəsi üçün köməkçi preparat kimi istifadə edilə bilər. Funksional qastropatiya, üzvi arroziya ilə müşayiət olunmayan dispeptik sindrom, “qıcıqlanmış bağırsaq” sindromu, eləcə də, aşkar nevrotik komponentlə mədə-bağırsaq sisteminin üzvi xəstəliklərinin müalicəsi zamanı köməkçi dərman vasitəsi kimi. Psixosomatik səbəbdən qaşınan dermatoz (övrə, atopik ekzema və s.).

Preparat böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda istifadə üçün nəzərdə tutulub.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; 12 yaşa qədər uşaqlar; miasteniya qravis, epilepsiya, siklosporinlə və ya takrolimusla və ya İİV pozitiv pasiyentlərlə proteaza inhibitorları ilə eyni vaxtda istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik İnsanda və heyvanlarda preparatın reproduktiv funksiyaya təsiri öyrənilməyib. Hamiləlik dövründə onun istifadəsinin təhlükəsizliyi sənədləşdirilməmişdir. Bu səbəbə görə hamiləlik dövründə preparat, yalnız həddindən artıq ehtiyac olduqda istifadə edilə bilər. Preparatı istifadə etməzdən əvvəl (xüsusilə hamiləliyin birinci trimestri dövründə) dölə olan riski və ana üçün gözlənilən müalicəvi effekt qiymətləndirilməlidir.

Laktasiya dövrü Qvayfenezinin və preparatın digər təsiredici maddələrinin ana südünə nüfuz etməsi məlum deyil. Preparatın laktasiya dövründə istifadəsinə dair kifayət qədər təcrübə olmaması səbəbindən əlavə təsirlərin südəmər körpələrə birmənalı təyin edilməməsini istisna etmir. Bu səbəbə görə laktasiya dövründə risk və preparatın qəbulundan alınan müalicəvi effekt nisbəti qiymətləndirilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Novo-Passitin tərkibində spirt və qvayfenezin kombinasiyası olduğu üçün bu preparatla müalicə tormozlanma ilə müşayiət edilə bilər ki, bu da, əksər hallarda pasiyentin fərdi reaksiyasından asılıdır. Beləliklə, pasiyentlər terapiya prosesində yüksək diqqət tələb edən, məsələn, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməkdən, yüksəklikdə işləməkdən və s. çəkinməlidirlər.

NOVO-PASSİT istifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Adətən 5 ml gündə 3 dəfə təyin edilir. Ehtiyac olduqda doza doza gündə 3 dəfə 10 ml-ə qədər artırıla bilər. Arzuolunmayan yuxululuq yarandıqda səhər və axşam qəbulunun dozasını 2 dəfə azaltmaq məsləhət görülür, daha doğrusu 2,5 ml-ə qədər, gecə isə 5 ml qəbul edilir. Pasiyentin reaksiyasından asılı olaraq dozanı dəyişçək olar.

Preparatın qəbulu arasındakı vaxt intervalı 4-6 saat təşkil etməlidir. Preparatın maksimal sutkalıq dozası 30 ml təşkil edir. Yaşlı pasiyentlər Dozalanma böyüklərdə olduğu kimidir. Doza ölçülü qapaqla ölçülür.

Preparat ya bilavasitə ölçülü qapaqdan, ya da içkilərlə qarışdırılaraq (şirə ilə (qreypfrut, çay və s. istisna olmaqla)) qəbul edilir.

Prepared by  T-Soft E-Commerce.