Obsido-S 75 ml Məlhəm
Bitib
Stokda olanda mənə xəbər verin.Obsido-s
Obsido-s tərkibi
OBSİDO-S Aqua, Cetylstearyalcohol, Glyceryl monostearate, Cethylesterwax, Beeswax, Wintergreen oil, Camphor, Stearic Acid, Glycerine, Menthol, Methylsulfonymethane, Boswellia serrata extract, Eucalyptus oil, Thyme oil, Clove oil, Rosemary oil, Glucosamine sulphate 2 KCI, Trietanolamin, Chondroitin sulphate, Hyaluronic acid. (Su,Gliserin sterat, Setaril turşusu, Metilsalisilat turşusu, Stearin turşusu, Gliserin, Kamfora yağı, Mentol, Dimetil sulfone, Bosveliya ekstrakti, Trietanol amin, Evkalipt, Kəklikotu yağı, Gül yağı, Rozamarin yağı, Glukozamin sulfat, Cetil efiri, Ağ mum, Hialuron turşusu.)
Əks göstərişlər
Tərkibindəki komponentlərə qarşı həssaslıq.
Obsido-s istifadə qaydası və dozası
Gün ərzində 2-3 dəfə ağrı və travma müəyyən olunan nahiyələrə ovularaq sürtülür. (istifadə etdikdən sonra əllər yuyulmalıdır). Doza həddinin aşılması müşahidə olunmur və qeydə alınmayıb.
Təsiri
Analjezik(ağrıkəsici), xondroprotektor, iltihab əleyhinə və qızışdırıcı təsirə malikdir. Xaricə istifadə olunaraq travmatik, rematizmal və digər səbəblərdən baş verən ağrı sahələrində ağrıları azaldır və aradan qaldırır. Artrit, Rematoid artrit, osteoxondroz, osteoartrozlar, revmatik ağrılar, burxulma və dartılmalar, əzələ, oynaq və oynaqətrafı yumşaq toxunaların travmaları zamanı istifadə olunur.
Əlavə təsirləri
Nadir hallarda alergik reaksiyalar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı alergiya olduqda həkimlə məsləhətləşmək lazımdır.