Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq (3mq/ml) siprofloksasin (hidroxlorid şəklində) vardır.
Okaftor antibakterial aktivliyi olan dərman qrupuna aiddir. Bu qrupa göz və qulağın iltihabını törədən mikroorqanizmlərə qarşı geniş spektrli təsiri olan flüorxinolonlar daxildir (bu halda siprofloksasin). Preparat, siprofloksasinə qarşı həssas mikroorqanizmlərlə törədilmiş infeksiyaların müalicəsi üçün istifadə edilir: - Buynuz qişanın bakterial xorası, göy-irin çöpləri, qızılı stafilokokklar, Serratia marcenscens, Staphylococcus epidermidis, Streptococcus pneumoniae ilə törədilmiş keratit; - Qızılı stafilokokklar, Staphylococcus epidermidis, Streptococcus pneumoniae ilə törədilmiş bakterial konyunktivit; - Blefarit və göz qapaqlarının digər infeksiyaları; - Dakriosistit; - Göz travmalarında infeksion ağırlaşmalarının müalicə və profilaktikası; - Orta qulağın xronik otitinin residivləri (deşilmiş qulaq pərdəsindən sekresiyanın əmələ gəlməsində - göy-irin çöpləri mikroorqanizmləri tez-tez iştirak edir); - Qulaq infeksiyalarının siprofloksasinə-həssas bakteriyalarla törədilmiş digər formaları.
Siprofloksasinə və ya Okaftor -un hər hansı bir komponentinə və ya digər flüorxinolonlara qarşı allergiya (yüksək həssaslıq), virus keratiti, 1 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
Insan üçün adi sutkalıq dozadan 6 dəfə üstün dozaların istifadəsi ilə heyvanlar üzərində reproduktivliyin müayinələri Okaftor preparatın təsiri nəticəsində fertillik pozulmalarını və ya teratogen əlamətlərini aşkar etməyib. Lakin, hamilə qadınlar üzərində yaxşı nəzarətli müayinələrin məlumatları yoxdur, buna görə hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.
Okaftor müalicə həkiminin göstərişləri üzrə istifadə edilir. Oftalmologiya: Buynuz qişanın bakterial xorası: birinci gün - Okaftor konyunktival kisəciyə 6 saat ərzində hər 15 dəqiqən bir 2 damcı damızdırılır, sonra isə hər 30 dəqiqədən bir 2 damcı. Ikinci gün: 2 damcı Okaftor 1 saatlıq fasilə ilə. 3-14-cü günlər: hər 4 saatdan bir 2 damcı.
Bakterial konyunktivit v ə ya blefarit: ilk 2 gün – hər 2 saatdan bir 1-2 damcı. 3 -7-ci günlər – hər 4 saatdan bir 1-2 damcı. Otorinolarinqologiya Xarici qulaq keçidinin yaxşı-yaxşı təmizlənməsindən sonra gündə 2-4 dəfə 3-4 damcı. Qulağa damızdırmaq üçün xəstənin başı iltihab ocağına əks tərəfə əyilir və damızdırıldıqdan sonra belə vəziyyətdə 5-10 dəqiqə ərzində saxlanılır.
Müalicə müddəti 5-10 gündən çox olmamalıdır. Digər göz damcıları ilə birlikdə istifadə etdikdə müxtəlif dərmanların damcılarının instillyasilarının arasında fasilə10 dəqiqən az olmamalıdır. Damızdırılmadan əvvəl əllər yuyulmalıdır. Damcıladıcı ilə flakonun qapaqcığına və ya göz ətrafına toxunmaq olmaz, çünki bu damcıladıcının bakteriyalarla infeksiyalaşmasına gətirə bilər, hansılar ki, gözlərin təkrar infeksiyasına və nəticədə göz üçün ağır fəsadlara, hətta korluğa gətirə bilər.
Göz və qulaq üçün eyni damcıladıcı –flakonu istifadə etməyin. Həkimin məsləhəti olmadan dozalamanı dəyişdirmək olmaz. Müalicənin ləğv olunmasına ehtiyac olarsa, həkimlə məsləhətləşin. Göstərilən müddətdən çox Okaftor preparatını istifadə etdikdə müalicə həkiminizlə məsləhətləşin.
Okaftor preparatını təsadüfən daxilə qəbul etdikdə dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etmək lazımdır. Əgər Siz Okaftor -u vaxtında istifadə etməmisinizsə Əgər Siz preparatı vaxtında damızdırmağı unutmusunuzsa, onu mümkün qədər tez istifadə etmək lazımdır. Qaçırılmış dozanı əvəz etmək məqsədi ilə ikiqat doza istifadə etməyin.