Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

OKSOLINOVAYA 0,25% 10GR MELHEM (RUS)

Məhsul Kodu : 111-06487
İstehsalçı ölkə: Rusiya
1,20 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Oksolinovaya 0, Yerli istifadə edilir

Oksolinovaya 0 tərkibi

100 q məlhəmin tərkibində 0,25 q dioksotetrahidrooksitetrahidronaftalin (oksolin) vardı maddələr: vazelin yağı (duru parafin), vazelin.

İstifadəsinə göstərişlər

Qripin profilaktikası, virus mənşəli rinitlərin müalicəsi.

Əks göstərişlər

Dioksotetrahidroksitetrahidronaftalinə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilək və laktasiya dövründə preparat yalnız ana üçün gözlənilən faydası döl üçün potensial riskindən üstün olduğu hallarda istifadə oluna bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərmanın istifadəsi xüsusi diqqət və sürətli reaksiya tələb edən potensial təhlükəli fəaliyyətlərin yerinə yetirilməsinə təsir göstərmir (dispetçer işi, nəqliyyat vasitələrinin idarə edilməsi, hərəkət edən mexanizmlərlə işləmək).

Oksolinovaya 0 istifadə qaydası və dozası

Yerli istifadə edili profilaktikası üçün: məlhəm gündə 2-3 dəfə 3-dən 5 mm qədər yaxılır Qrip epidemiyasının maksimal kəskin şəraitdə (25 gün ərzində) və ya qrip xəstəsi ilə təmasda olduqda burnun selikli qişasına hər gün gündə 2-3 dəfə yaxılı mənşəli rinitin müalicəsi: məlhəm 3-4 gün ərzində gündə 2-3 dəfə 3-dən 5 mm qədər burnun selikli qişasına yaxılı sonra heç bir yaxşılaşma olmazsa və ya simptomlar pisləşirsə və ya yeni simptomlar yaranarsa, həkimə müraciət edilməlidi yalnız göstərişlərə, tətbiq üsuluna və təlimatlarda göstərilən dozalara uyğun olaraq istifadə edin.

Əlavə təsirləri

Rinoreya, burnun selikli qişasında tezkeçici yandırma hiss hallarda burnun selikli qişasının mavi rəngə boyanması mükündü sadalanan hər hansı əlavə təsiriniz varsa və ya daha da pisləşirsinizsə və ya təlimatlarda qeyd olunmayan hər hansı digər müşahidə edirsinizsə, bu barədə həkiminizə məlumat verin

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Virusəleyhinə aktivliyə malikdir, qrip virusunun hüceyrə membranın səthi ilə birləşmə yerlərini blokada edərək, virusun hüceyrə daxilinə keçməsinin qarşısını alı Selikli qişanın üzərinə yaxıldıqda preparat 20%-ə qədər sorulu kumulyasiya olunmur və sutka ərzində əsasən böyrəklər vasitəsilə xaric olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşkar olunmayıb.

Prepared by  T-Soft E-Commerce.