Sevimlilərə əlavə edin
Paylaşın

Oroheks Plus 1, 5/1, 2MG 30 ml Sprey

Məhsul Kodu : 111-55445
0 Şərh Şərh
4,37 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

OROHEKS PLYUS, oral sprey

OROHEKS PLYUS tərkibi

Təsiredici maddə: 30 ml (1 flakon) spreyin tərkibində 180 mq 20%-li xlorheksidin qlükonat, 45 mq benzidamin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

OROHEKS PLYUS aşağıdakı hallarda istifadə olunur: • qinqivitin, stomatitin, faringitin, tonzillitin və ağız boşluğunun və boğazın selikli qişasının iltihabla və ağrı ilə müşayiət olunan aftoz zədələnmələrinin müalicəsi, • ağız boşluğunun və boğazın antiseptikası üçün, pasiyentin udma funksiyasının yüngülləşdirilməsi üçün və diş əti pozğunluqları zamanı simptomları yüngülləşdirmək üçün, • periodontal müdaxilələrdən əvvəl və sonra, • radioterapiya, kimyaterapiya nəticəsində yaranan və ya digər mənşəli mukozitin müalicəsi üçün, • diş ərpinin əmələ gəlməsinin profilaktikası üçün.

Əks göstərişlər

• OROHEKS PLYUS –un benzidaminə, xlorheksidinə və ya bu dərman formasının komponentlərindən hər hansı birinə qarşı məlum yüksək həssaslığı olan pasiyentlərdə istifadəsi əks göstərişdir. • OROHEKS PLYUS hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyə Hamiləlik kateqoriyası – C-dir. Doğuş potensialı olan qadınlar/Kontrasepsiya OROHEKS PLYUS kontrasepsiyaya təsir göstərmir, lakin OROHEKS PLYUS tərkibində spirt olduğu üçün doğuş potensialı olan qadınlarda ehtiyatla istifadə edilməlidir. Hamiləlik Hamiləlik dövründə OROHEKS PLYUS-un istifadəsi əks göstərişdir. Heyvanlar üzərində aparılan tədqiqatlar preparatın hamiləliyə və/və ya embrionun/dölün inkişafına və/və ya doğuşa və/və ya postnatal inkişafa təsirini müəyyən etməyə imkan vermir (bax: “Klinikayaqədərki təhlükəsizlik məlumatları”).

İnsan üçün potensial riski məlum deyil. Laktasiya dövrü İnsan və heyvanlarda benzimidaminin və xlorheksidin qlükonatın ana südünə nüfuz edib-etməməsi məlum deyil. Ona görə də, preparatın südəmər uşağa potensial riskini istisna etmək olmaz. Laktasiya dövründə OROHEKS PLYUS-un istifadəsi əks göstərişdir.

Fertillik Xlorheksidin qlükonatın reproduktivliyə və fertilliyə təsirinə dair tədqiqatlar aparılmışdır. Siçovullarda fertilliyə və siçovullarda və dovşanlarda dölə zərərli təsir müşahidə edilməmişdir. Benzimidaminlə bağlı heyvanlar üzərində adekvat tədqiqat aparılmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

OROHEKS PLYUS nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

OROHEKS PLYUS istifadə qaydası və dozası

Doza/istifadə tezliyi və müddəti Birbaşa boğaza/iltihablaşmış sahəyə püskürtmək üçün OROHEKS PLYUS-un adi dozası 5-10 püskürtmə təşkil edir. Bütün gün ərzində 1,5-3 saata qədər intervalla istifadə olunur. İstifadə qaydası OROHEKS PLYUS durulaşdırılmadan istifadə olunur. OROHEKS PLYUS-u udmaq və istifadə etdikdən sonra atmaq olmaz.

İlk dəfə istifadə etməzdən əvvəl üzdən uzaq tutun, müntəzəm püskürmə alınana qədər nasosu bir neçə dəfə basın. Ağızı geniş açıb, spreyin ucunu ağıza qoyaraq pükürtmək lazımdır. Bu proseduru müxtəlif sahələrə 4 dəfədən az olmayaraq təkrar etmək lazımdır. İstifadə etdikdən sonra flakonu qutuya qoymaq və perpendikulyar vəziyyətdə saxlamaq lazımdır.

OROHEKS PLYUS-un tərkibində olan xlorheksidin müalicə zamanı diş ərpini və qinqiviti azaldır. Əgər OROHEKS PLYUS ağız boşluğunun gigiyenası prosedurlarına alternativ kimi istifadə olunursa, ağızı OROHEKS PLYUS ilə ən azı 1 dəqiqə ərzində yaxalamaq lazımdır. OROHEKS PLYUS-un tərkibində olan xlorheksidinə görə dişlərin rəngsizləşməsini minimum endirmək üçün dişləri preparatın istifadəsindən əvvəl fırçalamaq məqsədəuyğundur. Xüsusi pasiyent qrupları üçün əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı Sistem təsir ehtimalını nəzərə alaraq, onu ağır böyrək disfunksiyası və ya ağır qaraciyər disfunksiyası olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır (bax: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”).

Uşaqlar 6 yaşdan yuxarı uşaqlarda sprey bilavasitə boğaza/iltihab olan sahəyə püskürdülür. Adi doz 5 püskürtmə təşkil edir. Lazım gələrsə, doza hər 1,5-3 saatdan bir təkrar edilir. Klinik tədqiqatlar kifayət qədər olmadığından, 6 yaşdan aşağı uşaqlarda OROHEKS PLYUS-un istifadəsi tövsiyə olunmur (bax: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”).

Yaşlı pasiyentlər Yaşlı pasiyentlərə böyüklər üçün doza verilə bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-55445

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce