Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq ondansetron hidroxlorid dihidrat vardır.
Preparat sitostatik, kimyəvi müalicə və radioterapiya kursu keçən xəstələrdə qusmanın və ürək bulanmanın profilaktikası və müalicəsi ücün istifadə olunur. Preparat həmçinin cərrahi müdaxilə edilən xəstələrdə qusma və urəkbulanmanın müalicə və profilaktikası ücün də istifadə olunur.
Preparatın tərkib hissəsinə və köməkci maddələrinin hər hansı birinə yüksək həssaslıq. Ondansetronun apomorfin hidroxlorid ilə eyni zamanda istifadəsi əks göstərişdir (dərin hipotoniya və şüurun itməsi haqda məlumatlar olduğuna görə).
Hamiləlik İnsanların hamiləlik dövründə OSETRON -un istifadə olunmasının təhlükəsizliyi müəyyən olunmamışdır. Heyvanlar üzərində tədqiqatlar, hazırki preparatın embrionun və ya dölün inkişafına, hamiləliyin gedişatına və peri- və post-natal inkişafa birbaşa və ya bilavasitə zərər verici effektini göstərməmişlər. Buna baxmayaraq, heyvanlarla insanların dərman preparatlarına qarşı cavab reaksiyaları fərqləndiyinə görə, hamiləlik dövründə OSETRON -un istifadə olunması məsləhət görülmür. Laktasiya Südverən heyvanlar üzərində müşahidələr ondansetronun ana südünə keçməsini göstərmişdir.
Buna görə də, OSETRON qəbul edən analar öz körpələrini ana südü ilə qidalandırmanı dayandırmalıdırlar. Reproduktivlik qabiliyyəti/Nəsilvermə Ondansetronun insanlarda nəsilvermə qabiliyyətinə təsiri haqda məlumat yoxdur.
OSETRON -un nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri yoxdur.
Böyüklər Radioterapiya və kimyaterapiyanın nəticəsində yaranan ürəkbulanma və qusma: xərçəngin müalicəsinin səbəb olduğu qusmanın potensialı tətbiq olunan kimyaterapiya kombinasiyasından və radioterapiyanın istifadə rejimindən asılıdır. Kimyaterapiya səbəbindən ürəkbulanma və qusma olan pasiyentlərdə venadaxili aşağı doza (8 mq, 4 saatlıq intervallarla 4 dəfə) istifadə olunmalıdır. Lakin QT intervalının uzanması riski olduğundan ondansetronun birdəfəlik venadaxili dozası 16 mq-dan yuxarı olmamalıdır. Emetogen kimyaterapiya və radioterapiya alan pasiyentlər: Ondansetronu peroral və ya venadaxili təyin etmək olar.
Bu pasiyentlərə venadaxili aşağı doza rejimi tətbiq oluna bilər (8 mq, 4 saatlıq intervallarla 3 dəfə). Dozanı müalicədən öncə yavaş venadaxili inyeksiya (30 saniyədən az olmayaraq) şəklində yeritmək olar. QT intervalının uzanması riski olduğundan ondansetronun birdəfəlik venadaxili dozası 16 mq-dan yuxarı olmamalıdır. Müalicədən ilk 24 saat sonra uzunmüddətli və ya gecikmiş qusmanın qarşısını almaq üçün ondansetron məsləhət görülür.
Yüksək emetogen kimyaterapiya: sisplatin kimi yüksək emetogen kimyaterapiya alan pasiyentlərə OSETRON venadaxilinə aşağı doza rejimində kimyaterapiyadan öncə (0,15 mq/kq, 4 saatlıq intervallarla 3 dəfə) təyin oluna bilər. QT intervalının uzanması riski olduğundan ondansetronun birdəfəlik venadaxili dozası 16 mq-dan yuxarı olmamalıdır. Əgər doza 8 mq-dan yuxarı olarsa onu 50-100 ml fizioloji məhlulda və ya digər uyğun gələn infuziyon məhlullarda həll edib infuziya yolu ilə (yeridilmə müddəti 15 dəqiqədən az olmamalıdır) yeritmək lazımdır. Yüksək emetogen kimyaterapiyada 8 mq OSETRON yavaş venadaxili inyeksiya (yeridilmə müddəti 30 saniyədən az olmamalı) şəklində kimyaterapiyadan öncə, və ya əzələdaxili, ardınca 2 venadaxili inyeksiya 8 mq olmaqla 4 saatdan bir, yaxud sürəti 1mq/saat olmaqla 24 saat ərzində davamedən venadaxili infuziya şəklində yeridilə bilər.
Tətbiq olunan müalicənin səbəb olduğu qusma potensialından (ürəkbulanma və qusmanın ağırlığından) asılı olaraq dozlanma rejimi seçilir. Həddən artıq qusma zamanı kimyaterapiyadan öncə venadaxili 20 mq deksametazon natrium fosfat yeridilməsi ondansetronun təsirini gücləndirə bilər. İlk 24 saatdan sonra uzunmüddətli və ya gecikmiş qusmanın qarşısını almaq üçün müalicədən sonra birinci gün ərzində peroral ondansetron qəbulu məsləhət görülür. Əməliyyatdan sonrakı ürəkbulanma və qusma: Əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın qarşısını almaq üçün ondansetron peroral, əzələdaxili inyeksiya və ya yavaş venadaxili inyeksiya şəklində təyin edilə bilər.
Anesteziyanın induksiyası üçün 4 mq əzələdaxili və ya yavaş venadaxili inyeksiya şəklində yeridilir. Əməliyyatdan sonrakı ürəkbulanma və qusma başlandıqdan sonra 4 mq ondansetron birdəfəlik dozada əzələdaxili və ya yavaş venadaxili inyeksiya şəklində yeridilir. Bütün böyük pasiyentlərdə təkrar dozalar: -Ondansetronun təkrar venadaxili dozaları 4 saatdan az olmayan intervallarla istifadə edilir. 75 yaşından aşağı böyüklərdə: -Böyüklərdə (75 yaşından aşağı) kimyaterapiyanın səbəb olduğu ürəkbulanma və qusmanın qarşısını almaq üçün 16 mq-dan (infuziya şəklində 15 dəqiqə ərzində) yüksək dozada olmamaq şərti ilə birdəfəlik venadaxili ondansetron təyin olunur.
İstifadə metodu Venadaxilinə və ya əzələdaxilinə yeridilir. Xüsusi əhali qruplarına aid əlavə məlumat: Böyrək çatışmazlığı: qəbul qaydası, qəbul tezliyi və ya sutkalıq dozanın dəyişdirilməsi tələb olunmur. Qaraciyər çatışmazlığı: qaraciyər funksiyalarının orta ağırlıqlı pozğunluqları olan və ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə ondansetronun klirensi əhəmiyyətli dərəcədə azalır və zərdab yarımxaricolma müddəti əhəmiyyətli dərəcədə uzanır. Belə pasiyentlərdə ümumi sutkalıq doza 8 mq-dan yuxarı olmamalıdır.
Pediatrik pasiyentlər 6 aylıqdan 17 yaşına qədər uşaqlarda və yeniyetmələrdə sitotoksik kimyaterapiyanın səbəb olduğu ürəkbulanma və qusma zamanı: doza bədən səthi sahəsi (BSS) yaxud çəkiyə əsaslanaraq hesablanır. Pediatrik klinik tədqiqatlarda ondansetron 25-50 ml fizioloji məhlulda yaxud digər uyğun məhlulda həll olunaraq infuziya (müddəti 15 dəqiqədən az olmamalıdır) şəklində yeridilmişdir. Bədən səthi sahəsinə (BSS) görə dozalanma Ondansetron kimyaterapiyadan öncə 5 mq/m2 birdəfəlik dozada venadaxilinə yeridilir. Birdəfəlik venadaxili doza 8 mq-dan çox olmamalıdır.
Peroral qəbul 12 saat sonra başlayır və 5 gün ərzində davam edə bilər. Böyüklərin dozasını aşmamalıdır. Cədvəl 1: sitotoksik kimyaterapiyanın səbəb olduğu ürəkbulanma və qusma zamanı bədən səthi sahəsinə uyğun dozanın müəyyən edilməsi (6 aylıqdan 17 yaşınadək): BSS 1-ci gün 2-6-cı gün ˂ 0,6 m2 5 mq/m2 v/d + 2 mq sirop 12 saat sonra 2 mq sirop hər 12 saatdan bir ≥0,6 m2 -≤1,2 m2 5 mq/m2 v/d + 4 mq sirop yaxud tablet 12 saat sonra 4 mq sirop yaxud tablet hər 12 saatdan bir ˃1,2 m2 5 mq/m2 v/d və ya 8 mq v/d + 8 mq sirop yaxud tablet 12 saat sonra 8 mq sirop yaxud tablet hər 12 saatdan bir Bədən çəkisinə görə dozalanma Ondansetron kimyaterapiyadan öncə 0,15 mq/kq dozada birdəfəlik venadaxilinə yeridilir. Birdəfəlik venadaxili doza 8 mq-dan yuxarı olmamalıdır.
İlk gün növbəti iki doza 4 saatlıq intervallarla yeridilir. Peroral dozalanma 12 saatdan sonra başlayır və 5 gün davam (Cədvəl 2) edir. Böyüklərin dozası artırılmamalıdır. Cədvəl 2: sitotoksik kimyaterapiyanın səbəb olduğu ürəkbulanma və qusma zamanı bədən çəkisinə uyğun dozanın müəyyən edilməsi (6 aylıqdan 17 yaşınadək): BSS 1-ci gün 2-6-cı gün ≤10 kq Hər 4 saatdan bir 0,15 mq/kq 3 dozaya qədər 2 mq sirop hər 12 saatdan bir ˃10 kq Hər 4 saatdan bir 0,15 mq/kq 3 dozaya qədər 4 mq sirop yaxud tablet hər 12 saatdan bir Əməliyyatdan sonrakı ürəkbulanma və qusma (1 aylıqdan 17 yaşınadək) 2 yaşınadək uşaqlarda əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın müalicəsində OSETRON istifadəsi haqda heç bir məlumat yoxdur.
-Ümumi narkozla əməliyyat olunan pediatrik pasiyentlərdə əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası üçün gündəlik 4 mq-a qədər ondansetron 0,1 mq/kq doza ilə yavaş venadaxili inyeksiya (yeridilmə müddəti 30 saniyədən az olmamalıdır) şəklində anesteziyadan öncə və sonra, yaxud cərrahi əməliyyatdan sonra yeridilə bilər. Yaşlı pasiyentlər Emetogen kimyaterapiya və radioterapiya 65 yaşında və yuxarı yaşlı pasiyentlərdə hazırlanması və tətbiq olunması: -Bütün venadaxili dozalar 50-100 ml fizioloji məhlulda və ya digər uyğun infuziya məhlulunda həll olunur və infuziya (yeridilmə müddəti 15 dəqiqədən az olmamalıdır) şəklində yeridilir. 75 yaşında və daha böyük pasiyentlər -Kimyaterapiyanın səbəb olduğu ürəkbulanma və qusmanın qarşısını almaq üçün təyin olunan birdəfəlik venadaxili doza 8 mq-dan (infuziyanın yeridilmə müddəti 15 dəqiqədən az olmamalıdır) yuxarı olmamalıdır. Əməliyyatdan sonrakı ürəkbulanma və qusma Ahıl yaşlı pasiyentlərdə əməliyyatdan sonrakı ürəkbulanma və qusmanın profilaktikası məqsədi ilə ondansetron istifadəsi haqda məlumatlar məhduddur.
Digər Spartein/debrisoxin metabolizmi pis olan pasiyentlər: Spartein və debrisoxin metabolizmi zəif olan pasiyentlərdə ondansetronun yarımxaricolma müddəti dəyişmir. Buna görə də bu pasiyentlərdə dərman vasitəsinin təkrar dozalanması digər pasiyentlər üçün məsləhət görüləndən fərqli deyil. Həmçinin gündəlik dozanın dəyişdirilməsi tələb olunmur. OSETRON -nun qida və içkilərlə qəbulu OSETRON un qida və ya içkilərlə garşılıqlı təsiri yoxdur.
İstifadə qaydası İnyeksiya üçün məhlulların ağzı açıldıqdan sonra saxlanması nəzərdə tutulmayıb və onlar yalnız bir dəfə istifadə oluna bilər. Onlar ağzı açıldıqdan dərhal sonra inyeksiya edilərək və ya durulaşdırılaraq istifadə oluna bilərlər. Hər hansı həcmdə qalan məhlullar atılmalıdır. Ondansetron inyeksiyası olan ampullar avtoklavlaşdırılmamalıdır.
V/D vasitələrlə uyğunluq • V/D infuziya üçün 0,9%-li (kütlə/həcm) natrium-xlorid məhlulu. • V/D infuziyası üçün 5%-li (k/h) qlükoza məhlulu. • V/D infuziya üçün 10%-li (k/h) mannitol. • V/D infuziyaüçün Ringer məhlulu.
• V/D infuziya üçün 0,3%-li (k/h) kalium-xlorid və 0,9%-li (k/h) natrium-xlorid məhlulu • V/D infuziya üçün 0,3%-li (k/h) kalium xlorid və 5%-li (k/h) qlükoza məhlulu