Sevimlilərə əlavə edin
Paylaşın

Ovarium Kompozitum 2.2 ml N5 Amp

Məhsul Kodu : 111-06482
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
19,73 AZN
Kateqoriya: Homeopatik
KolleksiyaQiymət Xəbərdarlığı

OVARIUM COMPOSITUM, üçün məhlul

OVARIUM COMPOSITUM tərkibi

Təsiredici maddələr: 2,2 ml (= 2,2 q) həcmində 1 ampulda vardır: Acidum cis-aconiticum D10- 22 mq, Apisinum D8-22 mq, Aquilegia vulgaris D4-22 mq, Calvatia gigantea D6-22 mq, Cypripedium parviflorum var. pubescens D6-22 mq, Hydrastis canadensis D4-22 mq, Hypophysis suis D13-22 mq, Kreosotum D8-22 mq, Lachesis D10-22 mq, Lilium lancifolium D4-22 mq, Magnesium phosphoricum D10-22 mq, Mercurius solubilis Hahnemanni D10-22 mq, Ovarium suis D8-22 mq, Placenta suis D10-22 mq, Psychotria ipecacuanha D6-22 mq, Pulsatilla pratensis D18-22 mq, Sepia officinalis D10-22 mq, Tuba uterina suis D10-22 mq, Uterus suis D10-22 mq.

İstifadəsinə göstərişlər

Dismenoreyada, endometritdə, metritdə, parametritdə, klimaksda, hiperemezisdə, qadınlarda hipofizin ön payının çatışmazlığında, vulvanın kraurozunda, mastodiniyada, osteomalyasiyada, menorragiyada qlandulyar, müdafiə və birləşdirici toxuma funksiyalarının stimulyasiyası və həmçinin heriatriyada ortaya çıxanlar da daxil olmaqla müxtəlif metabolik pozulmalarda.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.

OVARIUM COMPOSITUM istifadə qaydası və dozası

Həftədə 1-2 dəfə 1 ampul əzələdaxili, dərialtı, dəridaxili və ya venadaxili. Şüşə ampulun açılma qaydası Ampulu əlinizdə tutun. Açılma təlimatını dəqiqliklə izləyin. Şüşə ampulu kəsmək lazım deyil.

Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın. Artıq qalan hissələr atılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06482

Oxşar Məhsullar

Adrisin N50 Tb
10,97 AZN -%0
10,97AZN
Afala 3MG N100 Tb
13,21 AZN -%0
13,21AZN
Albikansan D5 10 ml Damla
16,90 AZN -%0
16,90AZN
Angin-Heel N50 Tb
9,30 AZN -%0
9,30AZN
Apis-Homakkord 30 ml Damla
15,00 AZN -%0
15,00AZN
Berberis-Homakkord 1.1 ml N5 Amp
9,77 AZN -%0
9,77AZN
Calcoheel N50 Tb
10,50 AZN -%0
10,50AZN
Chelidonium Homakkord 30 ml Damla
14,20 AZN -%0
14,20AZN
Coenzime Kompozitum 2.2 ml N5 Amp
13,37 AZN -%0
13,37AZN
Cor Suis Compositum N N5 Amp
18,33 AZN -%0
18,33AZN
Cor Suis Kompozitum 2.2 ml N5 Amp
18,33 AZN -%0
18,33AZN
Cralonin 30 ml Damla
11,84 AZN -%0
11,84AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce