Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Permetrin Bakterisid 40 Qr Məlhəm

Comment
Ratings & Reviews (1)
5.0 Average ratings
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Product Code : 111-03045
İstehsalçı ölkə: Latviya
12.07 AZN
Show More Skin Diseases
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

PERMETRİNLİ BAKTERİSİD MƏLHƏM 

Parmetrinli Bakterisid Melhem tərkibi

 xaricə istifadə üçün məlhəm Təsiredici maddələr: 1 q məlhəmin tərkibində 50 mq permetrin, 1 mq xinifuril vardır. Köməkçi maddələr:    etil spirti, karbomer, trolamin, təmizlənmiş su.  

İstifadəsinə  göstərişlər:

 Məlhəm böyüklərdə və uşaqlarda (2 aylıqdan etibarən) dərinin infeksion zədələnməsi olan qoturluq xəstəliyinin müalicəsi üçün istifadə olunur. Uşaqlarda yalnız həkim təyinatına əsasən istifadə olunur.

Əks göstərişlər:

  Permetrinə və ya məlhəmin  hər hansı komponentinə qarşı yüksək həssaslıq (allergiya); − 2 aylığa qədər uşaqlar (bu yaş qrupu uşaqlarda istifadəsinə dair kifayət qədər təcrübə yoxdur) − hamiləlik və laktasiya dövrü;

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövrlərdə istifadəsi əks göstərişdir. Laktasiya zamanı ya əmizdirmə dayandırılmalı, ya da  preparatın istifadəsindən imtina edilməlidir.

Parmetrinli Bakterisid Melhem istifadə qaydası, dozası

 Az miqdarda məlhəm nazik qatla gənələrin zədələdiyi sahəyə sürtülür və ehmalca hopdurulur. Məlhəm 24 saat saxlanılır, sonra sabunla yuyulur və alt paltarları dəyişdirilir. Əgər dəridə qaşınma və iltihabi proses azalmırsa, həmçinin yeni qotur və iltihab ocaqları meydana cıxırsa 1-2 gün fasilə ilə 5 dəfə təkrar istifadə edilə  bilər. 2 aylıqdan 3 yaşa qədər uşaqlarda məlhəmin saxlama müddəti 12 saatdır. Təkrar istifadə 2 gündən sonra yalnız bir dəfə ola bilər. 3 yaş və ondan böyük uşaqlarda məlhəmin saxlama müddəti 24 saatdır, təkrar istifadə 1-2 gündən sonra  5 dəfəyə qədər ola bilər.

Prepared by  T-Soft E-Commerce.