DUEVAQ, vaginal tabletlər
DUEVAQ tərkibi
Təsiredici maddələr: 1 vaginal tabletin tərkibində 100 mq klindamisin (klindamisin fosfat), 400 mq ketokonazol vardır.
İstifadəsinə göstərişlər
Preparat Gardnerella vaginalis, Mobiluncus və digər anaerob bakteriyaların yaratdığı bakterial vaginozun, o cümlədən qarışıq vaginitlərin və vaginal kandidozun müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Preparatın tərkibində olan təsiredici maddələrə, linkomisinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. Preparatın eyni zamanda daha əvvəllər Kron xəstəliyi keçirmiş, xoralı kolit və ya antibiotiklərin yaratdığı kolitdən əziyyət çəkən xəstələrə təyini əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı ilk trimestrdə istifadəsi məsləhət deyil, digər trimestrlərdə və laktasiya dövründə preparatın təyini potensial fayda və mümkün risk nəzərə alınmaqla təyin edilməlidir. Dərman vasitəsi əhəmiyyətli dərəcədə sorulmadığına görə Ketokonazol və Klindamisinin vaginal yolla toksikliyi qeyri-mümkündür. Ketokonazol və Klindamisinlə bağlı in virto tədqiqatlar zamanı preparatın mutagenik təsiri aşkar edilməmişdir.
DUEVAQ istifadə qaydası və dozası
Sutkada bir dəfə gecə yatmazdan əvvəl 1 tablet uşaqlıq yoluna dərinə yeridilir. Müalicə müddəti 7 gündür.