Bitib
Stokda olanda mənə xəbər verin.FENİSTİL tərkibi, 1 q gelin tərkibində 1 mq dimetinden maleat vardır
Həşəratların sancması nəticəsində yaranan qaşınmanın yüngülləşdirilməsi və kiçik sahəli dəri xəstəliklərində: sahəsi kiçik olan yüngül dərəcəli günəş yanıqları, dərinin lokalizasiyalı allergik xəstəlikləri.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Preparatı əvvəllər həşərat sancmasına məlum allergiyası olan pasiyentlərdə istifadə etmək olmaz (bu məqsədlə sistem istifadə üçün məlum dərman formalarından istifadə edilir).
Heyvanlar üzərində aparılan tədqiqatlarda teratogen effekt aşkar edilməyib, dimetindenin hamiləliyin gedişatına, dölün inkişafına və postnatal inkişafa birbaşa və ya dolayı təsiri müşahidə edilməyib. Hamiləlik dövründə ehtiyatlı olmaq lazımdır və Fenistil geli, xüsusilə, dəridə iltihab və ya zədələnmə olduqda dərinin geniş sahəsində istifadə edilməməlidir. Laktasiya dövründə də bu ehtiyat tədbirlərinə əməl edilməli, preparat süd vəzilərinin giləsinə sürtülməməlidir.
Böyüklərə və 2 yaşdan yuxarı uşaqlara dərinin zədələnmiş nahiyəsinə gündə 2-4 dəfə nazik təbəqə ilə sürtmək və ehtiyatla hopdurmaq lazımdır. 2 yaşa qədər uşaqlarda dərman vasitəsini, yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.