Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 500 mq metronidazol, 200 mq xloramfenikol, 150 mq natamisin, 15 mq hidrokortizon asetat vardır.
• Qrammüsbət və qrammənfi aerob və anaerob (həmçinin Gardnerella vaginalis) flora tərəfindən törədilən bakterial vaginitlər və servisitlər. • Digər növ mikroorqanizmlərlə birlikdə Trichomonas vaginalis tərəfindən törədilən vaginitlər və servisitlər. • Digər növ mokroorqanizmlərlə birlikdə Candida cinsindən olan mikroorqnizmlər tərəfindən törədilən göbələk vaginitləri. • Qarışıq flora: Trichomonas vaginalis, Candida spp.və bakteriyalar, həmçinin Mycoplasma spp., Chlamydia spp.
tərəfindən törədilən vaginitlər. • Ginekoloji əməliyyatlar dan, abortlardan, histeroqrafiyadan əvvəl, uşaqlıqdaxili kontraseptivlərin istifadəsindən əvvəl və sonra, uşaqlıq boynunun eroziyasının diatermokoaqulyasiyasından əvvəl və sonra profilaktik məqsəd üçün.
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, ağır qaraciyər və böyrək çatışmazlığı, ağır hematoloji xəstəliklər, hamiləliyin birinci trimestri, ana südü ilə qidalandırma dövrü. Effektivliyi və təhlükəsizliyi barədə məluma tların olmadığı üçün Klomeprolun 18 yaşına qədər uşaqlarda istifadəsi tövsiyə olunmur. Mədə-bağırsaq xorası (kəskin fazada), allergik xəstəliklər, steroidli diabet, bədxassəli hipertenziya. Epilepsiya və porfiriya.
Preparat hamiləliyin birinci trimestrində əks göstərişdir. Hamiləliyin II və III trimestrində istifadəsi yalnız ana üçün potensial faydanın döl üçün mümkün ola bilən riskdən üstün olduğu halda mümkündür. Metronidazol ana südünə keçir, buna görə də ana südü ilə qidalandırma dövründə preparat istifadəsi dayandırılmalıdır. Ana südü ilə qidalandırmanı preparatın dayandırılmasından sonra 48 saatdan tez olmayaraq, bərpa etmək olar.
İnsan davranışına, avtomobil və ya mexanizmlərin idarə olunması qabiliyyətinə təsiri.
mənfi təsiri istisna olunmur, buna görə də preparatla müalicə zamanı ehtiyatlı olmaq lazımdır. Pediatriyada istifadəsi Klomeprol preparatının pediatrik təcrübədə istifadəsi əks göstərişdir.
İntravaginal. 1 şam axşam, yatmazdan əvvəl, 6 -12 gün ərzində. İl ərzində 3 kursdan artıq müalicə almaq tövsiyə olunmur. Eroziv və ya xoralı servisitlər zamanı kurslar arasında 7 gün fasilə verməklə, 1 -2 kurs müalicə aparılır.
Şam əvvəlcədən qayçı vasitəsilə kontur qablaşdırmadan çıxarılır (şamın konturu ilə plyonkanı kəsmək), uzanmış vəziyyətdə, vaginaya, dərinə yeridilir. Dərman vasitəsinin növbəti qəbulu ötürüldükdə Dərman vasitəsinin növbəti qəbulu ötürüldükdə, ikiqat doza qəbul etmək olmaz, tövsiyə olunan doza ilə müalicəni davam etdirmək lazımdır.