Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 100 ml məhlulun tərkibində 500 mq levofloksasin (levofloksasin
hemihidrat şəklində) vardır.
Levoksimed infuziya üçün məhlul aşağıdakı infeksiyalar zamanı böyüklərə göstərişdir:
- kəskin pielonefrit və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları;
- xroniki bakterial prostatit;
- qarayaranın ağciyər forması: postkontakt profilaktika və müalicə. Levoksimed aşağıda göstərilən infeksiyalar zamanı yalnız o halda istifadə etmək olar ki, bu infeksiyaların müalicəsi üçün standart tövsiyə olunan antibiotiklərin istifadəsi mümkünsüz olsun:
− xəstəxanaxaric pnevmoniya;
− dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları.
Antibakterial maddələrin düzgün istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
− levofloksasinə qarşı və ya digər xinolonlara və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı yüksək həssaslıq;
− epilepsiya;
− anamnezində flüorxinolonların qəbulu ilə əlaqəli vətərlərin zədələnməsi;
− hamiləlik və laktasiya dövrü;
− uşaqlar və böyümə dövründə olan yeniyetmələr.
Hamilə qadınlarda levofloksasinin istifadəsinə dair məhdud məlumatlar vardır. Heyvanlar üzərində aparılan tədqiqatlar birbaşa və ya dolayı reproduktiv toksikliyi nümayiş etdirməmişdir.
Levofloksasini hamilə qadınlarda istifadə etmək olmaz, belə ki, insanlar üzərində tədqiqatlar yoxdur, heyvanlar üzərində aparılan tədqiqatlar isə flüorxinolonların təsiri nəticəsində böyüyən orqanizmdə oynaq qığırdaqlarının zədələnməsi riskini göstərir. Laktasiya Levoksimedin laktasiya dövründə istifadəsi əks göstərişdir. Levofloksasinin ana südünə ifraz olunmasına dair kifayət qədər məlumat yoxdur. Lakin, məlumdur ki, digər flüorxinolonlar ana südünə keçir. Levofloksasini laktasiya dövründə istifadə etmək olmaz, belə ki, insanlar üzərində tədqiqatlar yoxdur, heyvanlar üzərində aparılan tədqiqatlar isə flüorxinolonların təsiri nəticəsində böyüyən orqanizmdə oynaq qığırdaqlarının zədələnməsi riskini göstərir. Fertillik Levofloksasin siçovullarda fertilliyə və ya reproduktiv aktivliyə təsir göstərməmişdir.
Nəqliyyat vasitəsi idarəetmə və yüksək diqqət və cəld psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda nəzərə almaq lazımdır ki, preparatın istifadəsi zamanı əlavə təsirlər müşahidə oluna bilər (məsələn, başhərlənmə, yuxululuq, görmə itiliyinin pozulması).
Levoksimed infuziya üçün məhlulu venadaxilinə yavaş-yavaş gündə 1-2 dəfə yeridirlər. Doza infeksiyanın tipindən və ağırlığından, həmçinin ehtimal olunan törədicinin həssaslığından asılıdır. Başlanğıc venadaxili terapiyadan sonra pasiyentin vəziyyətindən asılı olaraq levofloksasinin tablet formasının qəbuluna keçmək mümkündür. Peroral və parenteral formaların bioekvivalentliyini nəzərə alaraq, eyni dozanı istifadə etmək olar. Böyrəklərin funksiyası normal olan pasiyentlər (kreatinin klirensi >50 ml/dəq)
Göstəriş Gündəlik dozalar (xəstəliyin ağırlığından asılı olaraq) Müalicənin ümumi davametmə müddəti1 (xəstəliyin ağırlığından asılı olaraq) Xəstəxanaxaric pnevmoniya 500 mq gündə 1-2 dəfə 7-14 gün Pielonefrit 500 mq gündə 1 dəfə 7-10 gün Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları 500 mq gündə 1 dəfə 7-14 gün Xroniki bakterial prostatit 500 mq gündə 1 dəfə 28 gün Dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları 500 mq gündə 1-2 dəfə 7-14 gün Qarayaranın ağciyər forması 500 mq gündə 1 dəfə 8 həftə 1 Müalicənin davametməsinə həm venadaxili, həm də peroral terapiya daxildir.
Venadaxili terapiyadan peroral terapiyaya keçid vaxtı pasiyentin vəziyyətindən asılıdır və bir qayda olaraq, müalicənin başlanmasından sonra 2-4 gün təşkil edir. Xüsusi qrup pasiyentlər Böyrəklərin funksiyası pozulmuş pasiyentlər (kreatinin klirensi ≤50 ml/dəq)
Kreatinin klirensi Dozalanma sxemi 250 mq/24 saat 500 mq/24 saat 500 mq/12 saat birinci doza: 250 mq birinci doza: 500 mq birinci doza: 500 mq 50-20 ml/dəq sonra: 125 mq/24 saat sonra: 250 mq/24 saat sonra: 250 mq/12 saat 19-10 ml/dəq sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/12 saat < 10 ml/dəq (hemodializ və DAPD*) sonra: 125 mq/48 saat sonra: 125 mq/24 saat sonra: 125 mq/24 saat * Hemodializ və ya davamlı ambulator peritoneal dializdən sonra (DAPD) əlavə dozaların yeridilməsi tələb olunmur.
Qaraciyər funksiyası pozulmuş pasiyentlər Dozanın korreksiaysı tələb olunmur, belə ki, levofloksasin qaraciyərdə əhəmiyyətli dərəcədə metabolizmə məruz qalmır və əsasən böyrəklərlə xaric olunur. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərə dozanın korreksiyası tələb olunmur, böyrəklərin funksiyasının pozulması halları istisna olmaqla. Uşaqlar və yeniyetmələr Preparat uşaqlara və yeniyetmələrə böyümə dövründə əks göstərişdir. Preparatın istifadə qaydası Levoksimed infuziya üçün məhlulu venadaxili yavaş-yavaş gündə 1-2 dəfə yeridirlər. 250 mq levofloksasin üçün infuziyanın davametmə müddəti ən azı 30 dəqiqə və 500 mq levofloksasin üçün ən azı 60 dəqiqə təşkil etməlidir. Levoksimed heparinlə və ya qələvi məhullarla uyğunsuzluq təşkil edir (məsələn, natrium bikarbonat). Levoksimed aşağıdakı infuzion məhlullarla uyğunluq təşkil edir: 0,9% natrium xlorid məhlulu, 5% dekstroza məhlulu, 2,5% Ringer məhlulu dekstroza ilə, parenteral qidalanma üçün kombinəolunmuş məhlullar (aminturşular, dekstroza, elektrolitlər). Levoksimedi digər preparatlarla qarışdırmaq olmaz, yuxarıda qeyd olunanlardan başqa. Bakterial kontaminasiyanın qarşısını almaq üçün tıxacı deşdikdən sonra məhlulu dərhal istifadə etmək lazımdır (3 saat ərzində). İnfuziya zamanı işıqdan qorumaq tələb olunmur. Məhlulu yalnız o zaman istifadə etmək lazımdır ki, o şəffaf olsun, yaşılımtıl-sarı rəngli olsun və içində kənar hissəciklər olmasın.