Bitib
Stokda olanda mənə xəbər verin.Neomezol, beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole + Neomycin sulphate + Clotrimazole
Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 500 mq metronidazol, 200 mq neomisin sulfat, 150 mq klotrimazol vardır.
Müalicə məqsədi ilə: vulvovaginit, vaginit, həssas mikroflora tərəfindən törənən bakterial, göbələk və ya qarışıq mənşəli servisit.
Profilaktika məqsədi ilə: aşağı cinsiyyət yollarında cərrahi əməliyyatlardan əvvəl, doğuşdan və abortdan əvvəl, uşaqlıqdaxili spiral istifadəsindən əvvəl və sonra, uşaqlıq boynu diatermokoaqulyasiyasından əvvəl və sonra, histeroqrafiya və uretradaxili müayinələrdən əvvəl infeksiya və göbələk ağırlaşmalarının qarşısının alınması.
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
Hamiləlik zamanı preparat ehtiyatla təyin edilir. Müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Təlimatda pediatriyada istifadəyə dair məlumat yoxdur.
Preparat sürətli reaksiya tələb edən fəaliyyətə, nəqliyyat vasitələri və təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Preparat intravaginal istifadə olunur. 1 suppozitoriya kontur qablaşdırmadan çıxarılaraq uşaqlıq yoluna arxası üstə uzanmış vəziyyətdə dərinə yeridilir.
– Kəskin vaginit: 1–2 gün ərzində gündə 2 dəfə (səhər və axşam) 1 suppozitoriya, sonra 6–8 gün ərzində axşamlar 1 suppozitoriya
– Xroniki vaginit: 8–10 gün ərzində axşamlar 1 suppozitoriya
– Profilaktika üçün: hər 7–10 gündən bir axşamlar 1 suppozitoriya