![An image of a product called Nizoral 20 mq 60 ml sampun](https://manage.avismed.az/cdn/storage/products_images/XkHDsmvhEYv4Ld7r4/mobile/XkHDsmvhEYv4Ld7r4.webp)
Nizoral 20 mq 60 ml sampun
Əsas tərkibi ketokonazol olan Nizoral şampunu dəridə göbələklərin böyüməsinin və çoxalmasının qarşısını alır. Baş dərisinə və ya dəriyə yerli olaraq tətbiq olunur. Boyun, sinə, qollar və kürək nahiyəsində ağdan çəhrayıya və ya bürüncdən qəhvəyiyə qədər dəyişən ləkələri və yüngül soyulma, qaşınma ilə müşahidə olunan, tüklü və ya yağlı dəri nahiyələrində görünən səpgilər (Seboreik dermatit), saçqıran, baş dərisinin göbələk xəstəliklərinin (tinea capitis) müalicəsində istifadə edilir.