Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq kalsium hopantenat (Pantoqam®) vardır.
Baş beynin üzvi zədələnmələri (o cümlədən neyroinfeksiyanın və kəllə-beyin travmalarının nəticələri) və nevrotik pozğunluqlar zamanı koqnitiv pozuntular; serebral üzvi çatışmazlıqla şizofreniya; ekstrapiramid pozğunluqlar (mioklonus-epilepsiyası, Hentinqton xoreyası, hepatolentikulyar degenerasiya, Parkinson xəstəliyi və s.), eləcə də, neyroleptiklərin qəbulu ilə yaranan ekstrapiramid sindromun (hiperkinetik və akinetik) müalicə və profilaktikası;
qıcolmaəleyhinə vasitələrlə kompleks terapiyada psixi proseslərin ləngiməsilə epilepsiya; psixoemosional yüklənmə, əqli və fiziki fəaliyyətin azalması, diqqət toplanmasının və yaddaşın yaxşılaşdırılması; sidiyəgetmənin neyrogen pozuntuları (pollakiuriya, imperativ çağırış, imperativ sidik saxlamazlığı, enurez); inkişaf ləngiməsi olan uşaqlar (psixi, nitq, hərəki və ya onların eyni vaxtda olması), o cümlədən keçirilmiş perinatal ensefalopatiya fonunda və uşaq serebral iflicinin müxtəlif forması olan uşaqlar; uşaqlarda hiperkinetik pozuntu zamanı (diqqət defisitilə hiperaktivlik sindromu); uşaqlarda nevrozabənzər hallar (tiklər; kəkələmə, əsasən klinik forma) zamanı.
Hiperhəssaslıq; böyrəklərin kəskin ağır xəstəlikləri;
laktasiya dövrü; 3 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri Uzun müddətli müalicə şəraitində digər nootrop və stimuləedici vasitələrlə eyni vaxtda təyin edilməsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Barbituratların təsir müddətini uzadır, qıcolmaəleyhinə vasitələrin təsirini gücləndirir, fenobarbitalın, karbamazepinin, neyroleptiklərin əlavə təsirlərinin qarşısını alır. Qlisinlə, etidron turşusu ilə birlikdə istifadəsi Pantoqamın effektini gücləndirir. Yerli anestetiklərin (prokain) təsirini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi Bu kateqoriyadan olan pasiyentlərdə istifadəsinin klinik təcrübəsi olmadığı üçün hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.
Preparatın qəbulunun ilk günlərində yuxululuğun mümkün yaranmasını nəzərə alaraq, nəqliyyat vasitələrini və mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır ( “Əlavə təsirləri” bölməsinə bax).
Yeməkdən 15-30 dəqiqə sonra daxilə qəbul edilir. Böyüklər üçün birdəfəlik doza adətən 0,25-1 q (1-4 tablet), uşaqlar üçün 0,25-0,5 q (1-2 tablet); gündəlik doza böyüklər üçün 1,5-3 q (6-12 tablet), uşaqlar üçün 0,75-3 q (3-12 tablet) təşkil edir. Müalicə kursu 1-4 aya, ayrı-ayrı hallrda 6 aya qədərdir. 3-6 aydan sonra müalicə kursunun aparılması mümkündür. Baş beyinin üzvi zədələnməsi zamanı koqnitiv pozuntular zamanı, o cümlədən, neyroinfeksiya və kəllə-beyin travması və nevrotik pozuntular nəticəsində 0,25 q (1 tablet) sutkada 3-4 dəfə təyin edilir. Ekstrapiramid pozuntular zamanı (mioklonus-epilepsiyası, Hentinqton xoreyası, hepatolentikulyar degenerasiya, Parkinson xəstəliyi və s.) Sutkada 0,5-3 q (2-12 tablet) dozada təyin edilir. Müalicə kursu 4 aya qədər və daha artıqdır. Neyroleptiklərin qəbulu ilə yaranan ekstrapiramid sindromun müalicəsi və profilaktikası (hiperkinetik və akinetik), serebral üzvi çatışmazlıqla şizofreniya zamanı Böyüklərdə 0,5-1 q (2-4 tablet) dozada sutkada 3 dəfə; uşaqlarda 0,25-0,5 q (1-2 tablet) dozada sutkada 3-4 dəfə istifadə edilir. Müalicə kursu 1-3 aydır. Qıcolmaəleyhinə vasitələrlə kompleks terapiyada psixi proseslərin ləngiməsilə epilepsiya
Böyüklərə 0,5-1 q (2-4 tablet) dozada sutkada 3 dəfə; uşaqlara 0,25-0,5 q (1-2 tablet) dozada sutkada 3-4 dəfə təyin edilir. Müalicə kursu 6 aya qədərdir. Psixoemosional yüklənmə, əqli və fiziki fəaliyyətin azalması, diqqət toplanmasının və yaddaşın yaxşılaşdırılması Sutkada 3 dəfə 0,25 q (1 tablet) istifadə edilir. Sidiyəgetmənin neyrogen pozuntuları zamanı Böyüklərə sutkada 2-3 dəfə 0,5 1 q (2-4 tablet) dozada; uşaqlara sutkada 3 dəfə 0,25-0,5 q (1-2 tablet) təyin edilir (sutkalıq doza 25-50 mq/kq təşkil edir). Müalicə kursu 1-3 aydır. Sinir sisteminin müxtəlif patologiyası olan uşaqlarda Yaşdan asılı olaraq preparatı sutkada 3 q-a (12 tablet) qədər qəbul etmək məsləhət görülür. Preparatın təyin edilməsi taktikası: 7-12 gün ərzində dozanın artırılması, 15-40 gün müddətində maksimal dozanın qəbulu və 7-8 gün ərzində Pantoqamın ləğv edilməsinə qədər dozanın tədricən azaldılması. Pantoqamın qəbul kursu arasındakı fasilə istənilən nootrop vasitədə olduğu kimi 1-3 ay təşkil edir. Uşaqlarda inkişafın ləngiməsi zamanı Sutkada 3-4 dəfə 0,5 q (2 tablet) istifadə edilir. Müalicə kursu 2-3 aydır. Diqqət defisit ilə hiperaktivlik sindromu olan uşaqlarda Sutkada 1-2 dəfə səhər və günorta 0,25-1 q (1-4 tablet) dozada və ilk 5-7 gün ərzində dozanın titrlənməsilə təyin edilir (orta terapevtik doza uşağın bədən çəkisinə görə 30 mq/kq doza təşkil edir). Müalicə kursu 3-4 aydır. Uşaqlarda nevrozabənzər vəziyyət zamanı Sutkada 3-6 dəfə 0,25-0,5 q (1-2 tablet) istifadə edilir. Müalicə kursu 1-4 aydır. Preparatın nootrop təsirini nəzərə alaraq onun qəbulunun səhər və günorta saatlarında (saat 17-ə qədər) aparılmasına üstünlük verilir. Preparat 3 yaşdan yuxarı uşaqlarda istifadə edilir.Daha kiçik yaşlı uşaqlarda preparatın şərbət formasının qəbulu məsləhət görülür.