Satıldı
Stokda olanda mənə xəbər verin.PARAFERİN tərkibi, 1 kapsulda 300 mq parasetamol, 2 mq xlorfeniramin maleat, 10 mq kodein fosfat vardır
Qrip və soyuqdəymə zamanı müşahidə olunan əlamətlərin aradan qaldırılması üçün istifadə olunur.
Dərmanın tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, ağır böyrək və qaraciyər çatışmazlığı. Son 14 gün ərzində MAO inhibitorlarının qəbulu. Furazolidonla eyni vaxtda qəbul etmək olmaz.
Hamiləlik dövründə istifadəsi: Hamiləlik kateqoriyası C-dir. Reproduktiv qabiliyyət / Doğum kontrolu (kontrasepsiya): Paraferin müalicəsi zamanı hər hansı bir təsirin olduğunu göstərən bir araşdırma mövcud deyil. Parasetamol plasentar baryeri keçir, ancaq dölə mənfi təsiri bu vaxta kimi aşkar olunmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda teratoqen və ya embriotoksik təsirləri bildirilmişdir, lakin qadınlarda nəzarətolunan tədqiqatlar yoxdur. Həkim tövsiyəsi olmadan istifadə edilə bilməz. Xlorfeniramin və kodeinlə bağlı kifayət qədər məlumat yoxdur, üçüncü trimestrdə istifadəsi risklidir. Laktasiya dövründə istifadəsi: Parasetamolun südə keçməsi körpəyə təhlükə yaratmır. Xlorfeniramin südə keçə və laktasiyanı inhibə edə bilər. Kodein də süd vasitəsilə keçdiyindən istifadə tövsiyə edilmir. Opioid toksikliyi riski olduğuna görə istifadə edilməməlidir. Fertilliklə bağlı təsirlər barədə məlumatlar məhduddur.
Həkim təyinatı olmadığı halda: böyüklər üçün gündə 3 dəfə yeməkdən əvvəl 1 kapsul daxilə qəbul edilir. Həkim təyinatı olmadan preparatı 3 gündən artıq istifadə etmək olmaz.